Gözlənilən bir qətlin tarixçəsi: Piterdə “sxodka”, Lotu Qulinin qisası, Mətləbdən 5 güllə…

Gözlənilən bir qətlin tarixçəsi: Piterdə “sxodka”, Lotu Qulinin qisası, Mətləbdən 5 güllə…

Zaman: 1 fevral, 2020-ci il.

Məkan: Moskva, Odintsovo, “Ocaq” restoranı.

Restoranda “Albert Rıjıy” kimi tanınan “qanuni oğru” Əli Heydərovun 40 yaşı qeyd olunur. Ad gününün keçirildiyi “Ocaq” restoranına yığışan kriminal avtoritetlər gözlənilmədən  “Albert” üçün sürpriz edirlər.

Belə ki bir mərasimə dəvət olunan bir neçə artist yubiley gecəsində xüsusi təyinatlılara aid forma geyərək onun qarşısında diz çökür. Onların bu hərəkəti “Albert Rıjı”nın xoşuna gəlsə də… Rusiya güc strukturlarını bərk qəzəbləndirir.

Zaman: 12 aprel, 2021-ci il.

Məkan Moskva “Alıe parusı” yaşayış kompleksinin fitness zalı. Albert elə bu kompleksdəki elitar mənzillərdən birində yaşayır. Fitness zalının isə daimi müştərilərindəndi. Günorta saat 13-ü təzəcə göstərmişdi ki, zala qırmızı çantalı biri daxil olur. Albertə yaxınlaşıb ona arxadan beş güllə vurur, “Rıjıy” yerindəcə keçinir. Onu xəstəxanaya çatdırmağa belə lüzum olmur.

Zaman: 14 fevral, Moskva.

Sübh tezdən polislər Moskvanın Krasnodarski küçəsindəki mənzillərinin birinin qapısını  döyür. Mənzildə müvəqqəti məskunlaşan Mətləb Sultanov saxlanılır. Elə ilk ifadəsindəcə polisə etiraf edir: “Mən öldürmüşəm, özü də mükafat müqabilində”.

Kimdir bu Mətləb Sultanov? Peşəkar killermi? Yoxsa, daha sonradan etiraf etdiyi kimi kriminal avtoritetlə şəxsi haqq-hesab olan birisi?

Kriminal aləmdə Mətləb Sultanov adı necə deyərlər, bir söz demir. Heç bir kriminal saytlarda – xüsusən də Rusiyanın – bu ad keçmir. Ölkədə az qala bütün kriminal çevrələrdə “adamı” olan Rusiya hüquq-mühafizə orqanları üçün də bu ad tanış deyil yəqin. Bəs onda Mətləb Əli Heydərovu niyə öldürməliydi? Sifariş olubmu? Olubsa, kimdən gəlib? Bütün bu məqamlar qayıdacağıq. Hələliksə, ondan başlayaq: 40 il əvvəl Gəncədə doğulan, Əli adı verilən bu adam necə oldu ki, Albert Rıjıya çevrildi?

Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. 15 yaşında Rusiyanın Arxangelsk şəhərinə gedib. 2000-ci ildə oğurluq, reketlik və digər maddələrlə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib. O, kürən olduğundan, həbsxanada “Rıjıy” ləqəbini alıb.

Həbsdən çıxdıqdan sonra Ded Xasanın klanına daxil ola bilib. Ded, Əli 22 yaşındaykən Sank-Peterburqda keçirilən “sxodka”da  onu taclandırılıb. Kriminal aləmdə Albert Gəncinki, Albert Rıjıy, Albert Arxangelsk ləqəbləriylə tanınır. Şəxsi sədaqtəinə görə, Peterburq da daxil olmaqla Ded tərəfindən Moskvanın şimalına “smotryayuşi” təyin edilib.

Əli Heydərov növbəti dəfə 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilir. O, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.

***

Ded Xasanın qətlindən sonra o, başqa klana üz tutmur. Dedin varisi Şakroya sədaqət andı içir. Və eyni zamanda digər klanlrala münasibətləri kəskinləşir.

2014-cü ildə isə Albert Rıjıya qarşı sui-qəsd təşkil olunur. Bu olayla bağlı məhkəmədə çox maraqlıdır ki, Lotu Qulinin adı hallanır. Əslində, bu da səbəbsiz deyildi.

Çünki 2014-cü ilin mart ayının 18-də iki killer Albert Rlıjını öldürmək istəsələr də, buna nail ola bilmirlər. Polis muzdlu killerləri həbs edir. Və sifarişçinin adı məlum olur. Bu “Hamlet” ləqəbli Gürcüstan əsilli azərbaycanlı imiş. Az sonra o da məlum olur ki, “Hamlet” Qulinin yaxın qohumudur.

Bundan sonra Albert Rıjıy Peterburqda “sxodka” keçirərək Quliyə qarşı sərt ittihamlar irəli sürür. “Sxodka”da iştirak edən Lexa İrkutski isə Qulinin adının hallanmasına etiraz edir. Və  onu da bildirir Ki, Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə sui-qəsd səhnəsi quraşdırıb.

2014-cü il iyunun 9-da isə Lotu Qulinin qardaşı “Namiq Bakinski”, “Nika Qaqrinski”, “Qoça Rustavski”, “Rafət Əli Bayramlisnki”, “Ceyhun Gəncinski” və daha bir neçə nəfərin iştirakı ilə keçirilən “sxodka”da  Albertin qanuni oğru adının alınmasıyla bağlı qərar çıxarılır . Qərar Rusiyanın bütün həbsxanlarına göndərilir.

Sonuncu dəfə həbs olunanda “Rıjiy” cəzasını Rusiyanın Yoşkar-Ola şəhərində çəkmişdi. Burada onun barəsində şayiə yayılmışdı ki, guya həbsxana rəhbərliyi ilə yaxınlıq edir, kriminal avtoritetlərin əleyhinə ifadə verir.

Onun qətli ilə bağlı bir versiyada odur ki, məhz bu səbəbdən kriminal dairələr tərəfindən sifariş edilib.

İkinci versiya isə Lotu Qulinin qisasıdır. Gəzən söhbətlərə görə, Albert Lotu Qulinin qətlində günahkar bilinir. Məhz Qulinin klanı onu qətlini qisas zəminində sifariş veriblər.

***

Hələ ki istintaq gedir. Həbs edilən Mətləb Sultanov təzə dindirilib. O, çox mətləblərə aydınlıq gətirə bilər. Çox adlar çəkilə bilər, çox başlar gedə bilər, hətta yen kriminal müharibənin başlanma ehtimalı da var. Hələ…

Hələki istintaq davam edir…     /lent.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle