İftarla imsak arasında: Ramazan və pandemiya

İftarla imsak arasında: Ramazan və pandemiya

Gün ərzində ac-susuz qalmaq immuniteti zəiflədirmi?

Hamımızın bildiyi kimi, virusla mübarizə apardığımız bu çətin günlərdə xəstələnməmək üçün ən vacib məsələ, əlbəttə ki, immunitetimizi qorumaq, gücləndirməkdir. İmmuniteti gücləndirmək isə yaxşı qidalanmaq, normal yuxu rejiminə riayət etmək, stresdən maksimum uzaq durmaqla mümkündür.

İndiki vaxtda Ramazan ayı başlar-başlamaz ağıllara gələn ilk sual bu oldu: “Saatlarla ac-susuz qalmaq immunitetimizi zəiflətməz ki?” Mütəxəssislər isə söyləyir ki, imsakda və iftarda qidalanmasına, başqa vaxtlarda olduğu kimi bu dönəmdə də yuxu rejiminə fikir verən, ətrafın qıcıqlandırıcı təsirlərindən özlərini qoruya bilənlər üçün oruc düşünülənlərin əksinə olaraq immunitetin gücləndirilməsində bir vəsilə ola bilər. Belə ki, il ərzində artıq, zərərli qidalanmadan yorğun düşmüş, zəhərlərlənmiş bədən Ramazan ayı boyunca dincəlir, təmizlənir.

İmsak vaxtına tədbirli olun

İlk tövsiyə imsak vaxtını ötürmədən yaxşıca qidalanmaqdır. İmsak səhərin erkən saatlarında olduğuna görə, adətən yuxu problemi olan, gecə gec yatan insanlar səhər oyanmaqda çətinlik çəkirlər. Beləcə onlar səhər üçün də gecədən yeyərək imsakda oyanmırlar. Həkimlər isə bildirir ki, bu, doğru yanaşma deyil.

Nəzərə alsaq ki, yuxu rejimini qorumağın özü immunitet sistemini gücləndirməkdə əsas faktorlardan biridir, o zaman Ramazan ayında daha erkən yatmaq, həm imsaka oyanmağınızı asanlaşdıracaq, həm də səhər yaxşı qidalanacağınız təqdirdə gün ərzində enerjili olmaqla yanaşı, immunitetizinə dəstək olmuş olacaqsınız. 

Bu yöndə həkim tövsiyələri belədir ki, imsak və iftarda ağır olmayan yüngül qidalara üstünlük vermək lazımdır. İmsakda süd, qatıq, yumurta kimi zülallı qidalardan istifadə sizi həm gün ərzində tox tutacaq, həm də artıq çəki almaqdan qorumuş olacaq. Eyni zamanda həm yulaf sıyığınızı dadlandırmaq, həm də daha enerjili olmaq üçün çərəzlərdən istifadə etmək də yaxşı fikir hesab olunur.

İftar yeməyində səbirli olun

Uzun müddət ac qaldıqdan sonra tez və nəzarətsiz yemək əhvalınızı korlaya bilər. Cəld və həddindən artıq qida qəbulu diskomfort hissi yaratmaqla yanaşı, çəkinizin artmasına, təzyiqinizin anidən yüksəlməsinə səbəb ola bilər. Buna görə də tövsiyə olunur ki, yüngül və sulu yeməklərə üstünlük verəsiniz.

Çox ədviyyatlı, duzlu, yağlı yeməklərdən uzaq durmaqda da fayda var. Yeməyinizi səbrlə və yaxşı çeynəyərək yeyəcəksinizsə, özünüzü yediklərinizə sonradan peşman olmaq hissindən də sığortalamış olacaqsınız.

Su yenə də həyat qurtarır

Ramazan ayı ərzində də bol maye qəbulunu yaddan çıxarmaq olmaz. Su bədənin zəhərli maddələrdən təmizlənməsini asanlaşdırır, immunitetin də güclənməsində kömək olur. Buna görə də gün ərzində susuz qalmış bədənin ehtiyacını iftar və imsak zamanı ödəmək lazımdır.

Bu əsnada qara çay və kofe içməyi bir qədər təxirə salmaq, üstünlüyü daha çox adi, mineral suya, bitki çaylarına, təzə sıxılmış meyvə sularına, az şəkərli kompotlara vermək məqsədəuyğun hesab olunur.

Burada diqqət etməli olduğunuz daha bir məqam isə nəzərdə tutulmuş gündəlik maye həcmini tamamlamağa çalışarkən müəyyən qədər ara verməklə və az-az qəbul etməyinizdir. İftar və imsak aralığında bol maye qəbulu immunitetinizin möhkəmlənməsinə dəstək olduğu kimi, həm də sizi növbəti günün orucuna da hazırlamış olacaq, özünüzü daha gümrah hiss edəcəksiniz.

Ramazan ayından xeyir və bərəkət götürməyimiz diləyi ilə…     /ayna.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle