Türk dünyası media birliyi: Nədən başlamalı? – RƏYLƏR

Türk dünyası media birliyi: Nədən başlamalı? – RƏYLƏR

Bir neçə gün Bakıda davam edən Türk dövlətlərinin media ilə bağlı rəsmilərin müzakirələri birmənalı olaraq mediamızın inkişafına böyük qatqı verəcəyi kimi dəyərləndirilir.

Müzakirələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türk dövlətlərinin mediasının Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı təklifləri bu istiqamətdə daha böyük ümidlər yaradır.

Bir 1 kişi ve iç mekan görseli olabilir

“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal: “Türk dövlətləri 30 ilə yaxındır ki, müxtəlif sahələr üzrə birgə fəaliyyət göstərir.

Lakin media sahəsində əməkdaşlıqları son 10 ildə aktuallaşıb. 2012-ci ildə Ankarada, sonrakı illərdə Azərbaycanda, Qazaxıstanda Türk ölkələri Media Forumları keçirildi.

Hətta hər ölkədən təmsilçilərin olduğu icra qurumu da yaradılmışdı. Amma bu gün görünən odur ki, nə həmin təşəbbüslər, nə də yaradılmış icra qurumu uğurlu fəaliyyət göstərib.

Bu baxımdan, məsələnin yenidən gündəmə gətirilməsinə zərurət yarandı. Əvvəlcə, format olaraq Azərbaycan və Türkiyə medialarının əməkdaşlıq platforması nəzərdə tutulurdu. İndi isə bu format genişləndirilərək Türk ölkələrinin hamısını əhatə edəcək. 

Hazırda ölkələrin müvafiq dövlət qurumları ilə yanaşı, ictimai sektor, media camiəsi də bu prosesə maraq göstərir və bu hal sevindiricidir. Bizim 2012-ci ildə təsis etdiyimiz və bir neçə tədbirini keçirdiyimiz  Türk Dünyası Media Platforması yeni şəraitdə öz fəaliyyətini qurmağı hədəfləyir. 

Hesab edirəm ki, informasiya savaşının hədsiz aktuallaşdığı hazırkı dövrdə qarşılıqlı media fəaliyyəti olduqca vacibdir. Həyatın bütün sahələrində olduğu kimi, media sahəsində də dərin işbirliyi və interqasiyaya getmək günümüzün tələbidir. Bu müstəvidə sıraların genişlənməsi hər bir dövlətin maraqlarına cavab verəcək. Bu məsələdə sadəcə,  bir mühüm məqam var. Ortaq xəbər siyasəti həyata keçirərkən ölkələr yalnız öz maraqlarını və problemlərini qabartmamalıdır. Bu gün media dəstəyinə ehtiyacı olan türk toplumları var ki, onların da səsi olmalıyıq. Bu baxımdan, medianın sərbəstliyi, inzibati yönləndirmədən uzaq tutulması lazımdır”.

GLOBAL JOURNALİSM COUNCİL-un xarici ölkələr üzrə rəhbəri Elşad Eyvazlı:

“Media sahəsində əməkdaşlığın iki ölkə çərçivəsindən çıxarılaraq daha geniş miqyasda nəzərdə tutulması olduqca mühüm addımdır. Məmnuniyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın qazandığı Zəfər Türk dünyasında bir hərəkətlənmə yaradıb. Hətta Orta Asiyanın Türk dövlətləri belə inteqrasiyaya əvvəlki dövrlərdən daha çox maraq göstərirlər. Bu maraqların media müstəvisində də birləşdirilməsi hamının xeyrinə olacaq.

Qeyd edim ki, beynəlxalq media təşkilatı olan Qlobal Qəzetçilər Konseyi (GJC) yarandığı gündən bu fəaliyyətlərə start vermişdi. Konseyin xətti ilə xarici jurnalistlər iki dəfə Azərbaycanda, həmçinin, işğaldan azad edilmiş ərazilərdə olub. 

Hazırda isə biz “MediaTürk” Televiziyasının yayımına hazırlaşırıq.  “MediaTürk” türk dövlət və toplumları arasında gedən inteqrasiya proseslərinə media dəstəyi vermək üçün qurulub.

Televiziyanın yaradılmasında məqsəd Türk ölkələrinin yaxınlaşmasına, ortaq xəbər siyasətinin həyata keçirilməsinə töhfə verməkdir:

“Biz artıq texniki hazırlığı başa çatdırmışıq, müəllifləri, proqramları müəyyənləşdirmişik. Müəllif proqramlarımız ölkənin tanınmış media simalarının, həmçinin, gənclərin təqdimatı ilə olacaq. Demək olar ki, Türk dünyasının hər yerindən müxbirlərimiz təmsil olunur.  İnanıram ki, bu layihəmiz nəzərdə tutulan media sahəsində əməkdaşlıq işində xüsusi fərqlənəcək.

Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle