Ermənilərin Güllücədə törətdiyi faciədən 27 il ötür

Ermənilərin Güllücədə törətdiyi faciədən 27 il ötür

Bu gün ermənilərin 1994-cü ildə Ağdamın Güllücə kəndində törətdiyi faciədən 27 il keçir.

Turkustan.info xəbər verir ki, faciənin 27-ci il dönümü münasibəti ilə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıar və Ağdam sakinləri dünən onlayn vebinar keçiriblər. Vebinarın aparıcısı əməkdar jurnalist, şəhid bacısı Mətanət Ağamirli olub. Bütünlükdə Azərbaycan şəhidlərini və Ağdam şəhidlərini anmaq, xatirələrini yad etməık üçün vebinara Niderland Krallığından ağdamlı İlkanə Yusifova, İsveçdə yaşayan Kenan Rüstəmov, Rusiyada yaşayan Habil Tahiroğlu, 5 saylı məktəbin direktoru Çimnaz Kərimova, araşdırmaçı jurnalist Aida Eyvazlı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin sektor müdiri Elmira Məmmədli, Azərbaycan Dəmir yollarında departament rəhbəri Pərviz Quliyev qatılıblar.

Görüşdə iştirak edən ağdamlılar Vətən xatirələrindən, Ağdamda gedən döyüşlərdən, şəhidlərdən, boş qalmış yurd yerlərindən danışdılar. 1983-1993-cü ildə Ağdam şəhər 5 nömrəli orta məktəbin direktoru işləmiş Çimnaz Kərimova şəhid şagirdlərini göz yaşları ilə yad edib. Kərimova bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin uğurlu “Dəmir Yumruq” əməliyyatı nəticəsində qazanılan uğurdan sonra ağdamlıların həsrətinə son qoyulub, şəhidlərin ruhu indi doğma torpaqların, yurdların üzərində rahat dolanırlar. Xarici ölkələrdə yaşayan vebinar iştirakçıları da 2020-ci ildə gedən döyüşlər zamanı erməni icmalarının həmin ölkələrdə azərbaycanlılara qarşı törətdikləri qanun pozuntuları və vəhşiliklərdən danışdılar. İsveçdə “Qarabağ” restoranının sahibi olan Kənan Rüstəmov bildird ki, 16 yaşından atası Əkbər müəllimlə çiyin-çiyinə döyüşüb, Xocalı qurbanlarının xilasında yardımçı olub. Güllücə ətrafında gecə-gündüz keşik çəkiblər. Qardaşı Sənan şəhid olub. Azərbaycan Ordusu Zəfər qazanan günlərdə isə ermənilər od vurub onun İsveçdəki restoranını yandırıblar.

Araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk Vətəndən uzaqda yaşayan həmyerlilərimizə şəhidlərimiz haqqında yazdığı kitablardan, tarix boyu ermənilərin himayədarlarına arxalanaraq başımıza gətirdikləri faciələrə diqqət çəkib.

Görüşdə iştirak edən Ağdam ziyalıları həm də 1993-cü il aprelin 18-də Kəlbəcərdə ermənilər tərəfindən törədilən Başlıbel faciəsinin qurbanlarını yad etdilər. Jurnalist Mətanət Ağamirli görüşün sonunda qeyd etdi ki, hər bir azərbaycanlı xarici ölkələrdə zəfərimiz, tariximiz, ermənilərin başımıza gətirdikləri faciələr haqqında dayanmadan təbliğat aparmalıdırlar.

Paylaş:

Share