Gəncə şəhərində “Sehr dükanı” fəaliyyətə başlayır

Gəncə şəhərində “Sehr dükanı” fəaliyyətə başlayır

Xeyr, bu sizin ağlınıza ilk gələn qara və ya ağ magiya ilə bağlı bir dükan deyil, lakin görünüş etibari ilə filmlərdə izlədiyimiz müxtəlif qəribə və sirli-sehrli əşyaların satıldığı dükanı xatırladır. Bu yeni və uzun ömürlü olması hədəflənən layihənin adıdır…

Gündəlik həyatda istifadə etdiyimiz əşyalar zamanın və fiziki təsirlərin nəticəsində sıradan çıxa, xarab ola və istifadəyə yarasız hala düşə bilir. Bu cür əşyalardan adətən “canımızı qurtarmaq” üçün onları atır və ya ən yaxşı halda ehtiyacı olan kiməsə veririk. Lakin, elə əşyalar var ki, öz funksiyasını yerinə yetirə bilməsə də ondan ayrılmaq istəmir, onun hər hansısa formada yanımızda olmağını istəyirik. Bu ya uşaq vaxtı çox sevdiyimiz bir oyuncaq, ya bizim üçün dəyərli bir insan tərəfindən hədiyyə edilmiş, və ya hansısa digər səbəbdən bizim üçün xüsusi mənəvi dəyərə malik əşya ola bilir… Böyük evlərdə yaşayan, zirzəmisi və ya qarajı olan şəxslər bəzən belə mənəvi dəyəri olan əşyaları oralarda saxlayır. İstehlak cəmiyyətinin üzərimizdə qurduğu basqı nəticəsində evin “interyer” dizaynına uyğun olmadığı əsas gətirilərək gözdən uzaq yerlərdə gizlədilən bu əşyalar zamanın da təsiri ilə ya tamamilə öz funksionallığını itirir, ya da əsaslı təmirə ehtiyacı duyur.

Bəs bir gün Sizə bu əşyanı yenidən “həyata qaytarmağı” təklif etsələr nə reaksiya verərsiniz? Sizin üçün mənəvi dəyəri olan, illərdir atmağa və ya kiməsə verməyə qıymadığınız, amma öz funksionallığını itirdiyi üçün ən yaxşı halda dekorasiya ola biləcək bu əşyaya yenidən “can vermək”… Necədir? Qulağa həyəcanlı gəlir?

“İQemalatxana”, Kreativmart.com və “Art Garden Gəncə” bu vəzifəni öz öhdəsinə götürərək birlikdə “Sehr dükanı” layihəsini başlayıblar. Azərbaycanda ilk dəfə olaraq ikinci əl əşyaların yenidən restorasiya edilməsi, və ya əşya sahibinin də razılığınızla bu əşyaya yeni forma qazandıraraq bir daha istifadə edilmək üçün ona “şans” verilməsi xidməti təklif edilir. “Gəlin dəyər verdiyimiz əşyalarımıza “ikinci həyat” bəxş edək…” şüarı ilə fəaliyyətə başlayan layihə haqqında ətraflı yuxarıda adı çəkilən sosial media hesabları ilə əlaqə saxlayaraq və ya “Art Garden Gəncə” kafe-emalatxanaya yaxınlaşaraq əldə edə bilərsiniz. Biz də öz adımızdan bu gözəl təşəbbüsə uğurlar arzulayır və davamlı olmağını diləyirik.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle