Araz Əlizadə bu dairədən namizəd olacaq – Özü AÇIQLADI

Araz Əlizadə bu dairədən namizəd olacaq – Özü AÇIQLADI

“Yenə də 35 saylı Xətai 3-cü seçki dairəsindən Milli Məclisin boş qalan yerinə namizədliyimi irəli sürəcəyəm”.

Turkustan.info xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri (ASDP), keçmiş millət vəkili Araz Əlizadə deyib. ASDP sədri bildirib ki, hələlik Milli Məclisin boş qalan yerlərinə seçkilərin nə zaman keçiriləcəyi ilə bağlı onda məlumat yoxdur:

“Xəbər məlum olanda mətbuatda da gedəcək. Nə vaxt desələr, onda da hazırlıqlara başlayacağıq. Hazırda günlük işlərlə məşğulam. Partiyaya gedib-gəlirəm. 2022-ci ildə partiyanın qurultayı keçiriləcək. Hələlik hər hansı hazırlıq işləri getmir. Çünki 2022-ci ilə hələ çox vaxt qalır”.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib. MSK-nın qərarına görə, nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

Həmçinin, Milli Məclisin mərhum deputatı Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişib və 116 saylı Qəbələ seçki dairəsi boşdur.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle