Qənirə Paşayeva tanınmış ziyalı və ictimai fəallarla görüşüb

Qənirə Paşayeva tanınmış ziyalı və ictimai fəallarla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup tanınmış ziyalı və ictimai fəalla görüşüb, onlarla mədəniyyətyönümlü layihələr, o cümlədən Azərbaycan həqiqətlərinin dünyada daha geniş yayılması, mədəni irsimizin təbliği, habelə türk dünyasında mədəni inteqrasiya ilə bağlı fikirlərini bölüşüb.
Özəlliklə, 44 günlük Vətən Müharibəsindən sonra yaranmış yeni gerçəkliklərin – işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçidin ziyalılardan, sənətçilərdən, elm adamlarından, eləcə də yeni nəsildən tələb etdiyi mənəvi məsuliyyət mövzusunda geniş fikir mübadiləsi aparılıb.
Q.Paşayeva şəhidlərimizin, qazilərimizin fədakarlığının, qəhrəmanlığının tərənnümü, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi yönündə elm, ictimai və incəsənət xadimlərinin, ictimai fəalların görə biləcəyi işlərlə bağlı düşüncələrini bölüşüb.
Görüşdə, haqlı olaraq, Mədəniyyət İli kimi xarakterizə edilən 2021-ci il içində keçirilməsi nəzərdə tutulan mühüm festivallar, habelə yubileyi bu ilə düşən mədəniyyət, incəsənət xadimlərinin yubileyinin qeyd olunması yönündə də danışılıb.
Xalq rəssamı Arif Hüseynov, tanınmış şair Yusif Nəğməkar, ADPU-nun Quba filialının direktoru Dos.dr. Yusif Alı Afşar, tanınmış rəssam Yusif Mirzə, şair-publisist Vahid Aslan, gənc yazar Leyla Şah Komitə sədrinə səmimi görüş və fikir mübadiləsi üçün təşəkkür edib.
Qonaqlara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle