Koronavirusa qarşı peyvənd: Saxta arayış vətəndaşa niyə lazımdır?

Koronavirusa qarşı peyvənd: Saxta arayış vətəndaşa niyə lazımdır?

18 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri ilə tibb qeydiyyatçılarının qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif pul məbləğləri müqabilində ayrı-ayrı vətəndaşların guya COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesində müayinədən keçərək peyvənd olunmaları barədə yalan məlumatları müvafiq informasiya portalına daxil etmələri və bununla əlaqədar digər zəruri saxta sənədləri tərtib etmələrinə əsaslı şübhələr yaranıb.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak dən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Maraqlıdır, əgər peyvənd könüllüdürsə, niyə vətəndaşlar saxta arayışa müraciət edir? Peyvənd olunmaq istəməyən vətəndaşlar peyvəndə etibar etmirmi?

Cebhe.info-nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, peyvənd könüllülük prinsipi ilə tətbiq olunur:

“Ölkəmizdə Vaksinasiya strategiyasına uyğun olaraq vətəndaşların peyvəndlənməsi tamamilə könüllüdür. Vətəndaşların saxta arayış üçün niyə üz tutur sualını isə aidiyyəti qurumlara ünvanlamaq lazımdır”.

Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, bəzi idarələrdə, təşkilatlarda vətəndaşlardan peyvənd olunub-olunmaması ilə bağlı sənəd tələb edirlər:

“Elə sənədlər tələb olunduğuna görə kimlərisə məcbur edirlər ki, peyvənd olunsun. Belə olan halda vətəndaş da məcbur olur ki, haradansa saxta kağızdan tapıb göstərir ki, bəs mən peyvənd olunmuşam, əlimdə də kağızım var.

Bu kağızların əsasında da peyvənd olunmurlar. Peyvənd olunmaq istəməyən insanlar saxta sənəd yollarına əl atırlar. Peyvənd olunmaq məsələsi sizin, bizim dediyimiz kimi könüllü deyil. Dövlət idrarəsində işləyənlərin çoxusunu məcbur edirlər ki, gedin peyvənd olunun”.

Ekspert qeyd edib ki, bəzən peyvənd olunanları qan analizləri vasitəsilə yoxlamaq da düzgün deyil:

“Çünki Çinin verdiyi peyvəndin 50-60% qoruyculuğu var. Yəni o peyvəndin qoruyuculuğu heç 90% də çatmır. Bu peyvəndlər ola bilər ki, yaşlı adamların immun sistemində heç dəyişiklik yaratmasın. Bunu da analizlə müəyyən etmək mümkün deyil. İkincisi də, analizlərlə immunoqlobulinlərin yoxlanılması ümumiyyətlə, düzgün nəticələrə gətirib çıxarmır”.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle