Qiymətlər niyə qalxır? – Ekspert səbəblər və çıxış yolu GÖSTƏRDİ

Qiymətlər niyə qalxır? – Ekspert səbəblər və çıxış yolu GÖSTƏRDİ

“Qiymət artımı ilə bağlı problemlərin həllində irəlləyişlər olmalıdır.  Yeganə obyektiv səbəb odur ki, dünyada da ərzaq indeksində ciddi artım müşahidə olunur. Pandemiya ilə əlaqədar olaraq ölkələrin qapanması və daxildəki ərzaq təhlükəsi ilə bağlı müəyyən qadağaların olması dünyada ərzaq indeksini təqribən 10%-ə yaxın artırıb. Bu addım bütün dünyada özünü göstərir”.

Turkustan.info xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ölkədə ərzaq məhsullarının qiymətinin artması haqda danışarkən deyib.

Ekspert qeyd edib ki, Azərbaycanda daha çox ərzaq qiymətlərinin qalxmasına təsir edən subyektiv amillərdir:

“Bunların əsas səbəbi təbii ki, inhisarçılıqla bağlıdır. Çünki ölkədə ərzaq istehsalı ilə məşğul olan şirkətlərin sayı çox azdır. Bunlar da bazarda dominant rola malikdir. Ona görə də qiymət indeksin həyata keçirə bilirlər. İdxalla məşğul olan şirkətlərin də sayı azdır. Bizdə əsas problem topdan satış ticarətindədir. Qiymətlərin artımı müşahidə olunur deyə pərakəndə satışda da qiymətlər yüksəlir. Bu da inhisarçılıqla, həm məmur biznesi ilə, həm də gömrük-vergi siyasəti ilə bağlı məsələdir”.

Onun sözlərinə görə, bu kimi halların aradan qaldırılması üçün dövlət tədbirlər görməlidir:

“Bu demək deyil ki, qiymətlərin formalaşmasında dövlət rol oynasın. Bunun fəsadlarını bilirik. SSRİ dövründə qiymətləri dövlət tənzimləyəndə ərzaq məhsullarının necə piştaxtalardan yoxa çıxdığını yaşlı nəsil yaxşı xatırlayır. Yeni örnəyi də var. Fevral ayında Rusiyada günəbaxan yağının qiymətini dövət təyin elədi, nəticədə məhsul piştaxtalardan yoxa çıxdı. Sonradan daha baha qiymətə piştaxtalara qayıtdı.

Azərbaycanda isə düşünmürəm, belə qərarlara ehtiyac var. Dövlətin müdaxilə etməsi doğru olmaz. Amma dövlətin əlində çox yaxşı alətlər var. Bu alətlər də gömrük və vergi rüsumlarıdır. Azərbaycanda istehsalı olmayan ərzaq məhsullarının gömrük rüsumları ilə bağlı yeni qərarların alınmasına ehtiyac var. Bir çox ərzaq məhsulları ölkəyə 15% gömrük rüsumu və 18% əlavə dəyər vergisi ilə idxal olunur.  Bu da məhsulların qiymətlərin təqribən 35% artım gəlməsi deməkdir. Ona gör, gömrük və vergi siyasətinə yenidən baxılmalıdır. Ölkədə istehsalı olmayan və yaxud çox az istehsalı olan ərzaq məhsullarına gömrük və vergi güzəştləri tətbiq edilsə, bazarda müəyyən qədər sabitlik yarana bilər. Bundan başqa, çoxlu sayda oyunçuların bazara daxil olması üçün şarait yaradılmalıdır ki, rəqabətli mühit artsın. Dünyanın hər yerində məhs rəqabətli mühit qiymətlərin tənzimlənməsində mühüm rol oynayır”.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle