Asif Bəkirli BMT-nin medalı ilə təltif olunub – Foto

Asif Bəkirli BMT-nin medalı ilə təltif olunub – Foto

SOCAR-ın İnsan Resursları Departamentinin rəisi, şair-publisist Asif Bəkirli nüfuzlu medalla təltif edilib.

Asif Bəkirli Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən, Fəxri Professoru olduğu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının təqdimatı ilə Birləşmiş Millətlər Təşkilatının UNCOPA (UN Council for Public Awards) Şurasının “Mədəniyyət və Sülh Səfiri” fəxri adı verilməklə Leybnis medalı ilə təltif edilib.

Qeyd edək ki, Leybnis medalı dahi alman filosofu, riyaziyyatçısı, fiziki və hüquqşünası, ikili say sistemi layihəsinin müəllifi Qotfrid Vilhelm fon Leybnitsin adına 1986-cı ildə təsis olunaraq, dünyanın müxtəlif tədqiqat institutlarında çalışan alimlərə və fikir sahiblərinə verilir.

Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunda neftçi ailəsində anadan olub. SOCAR-ın Baş ofisində İnsan Resursları Departamentinin rəisidir. “Haqq səsiyəm” (şeirlər), “Beynəlxalq İdarəetmə Standartları”, “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi”, “Beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası və auditi”, “İnsan Resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya”, “Düşündüklərim… Qənaətlərim… Praktikadan Nəzəriyyəyə” və “Vicdan” adlı kitabların müəllifidir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professorudur. Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının A.S.Puşkin adına “Sözə və əmələ sədaqət” medalı ilə təltif olunub. Azərbaycan Mətbuat Şurasının və Azərbaycan KİVİHİ RH-nin diplom və mükafatları, “Qızıl Qələm” media mükafatı, eləcə də “XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diplomu və neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə “Fəxri Fərman” ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 sentyabr tarixli və 2016-cı il 19 sentyabr tarixli sərəncamları ilə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib və “Əməkdar mühəndis” fəxri adı alıb.

(Eurasia Diary)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle