Milli günlərimiz

Milli günlərimiz

Prof. Nəsib Nəsibli,

Ankara Universitetinin müəllimi

Millət olaraq niyə bu gündəyik? sualını sormaq və ona cavab axtarmaq hər şüurlu soydaşın haqqı, bəlkə də vəzifəsidir. Cavabı elə də asan olmayan bu sual şüurumuzu qurcalayır, hətta bəzilərimiz üçün dərdə çevrilir. Sualı cavablandıramayan birisinden, özü də milli dərdi olan birisinden Bizdən millət olmaz hökmünü eşitməyimiz də olub. Çox da önəmsəməmişik. Halbuki bu, şüurumuzdakı, dolayısıyla həyatımızdakı ciddi problemin varlığının göstəricisidir.

Bu ay müzakirəsinə, mübahisəsinə və mücadiləsine başladığımız mövzu önəmsiz görünə bilər. Amma hər il təkrar-təkrar yanlış, ya yarımçıq fikirləri  şüurlarımıza yerləşdirirlər, bizi istədikləri yöndə düşünmeye ve davranmağa çalışırlar. Bunun fərqində olmuruq, sonra da əlimizi yelləyib eyni aşağılayıcı durumu yaşayırıq. Mövzumuz, təqvimdə yer alan rəsmi günlərdir, yəni qanunvericilik qaydasında resmiləşmiş önəmli günlərdir. Başqa ölkələrin rəsmi/milli günlərində olduğu kimi bizdə də onlar ölkənin keçmişini və bugününü göstərən ən həssas simvollardan biridir. Problem də bundadır: Rəsmi günlər tariximizi və indimizi nə qədər obyektiv və ədalətli əks etdirir? Azca araştırandan sonra düşündürücü bir durumla qarşılaşırıq:   Milli kimliklə bağlı digər sahələrdəki (etnonim, tarix şüuru, qurucu şəxsiyyətlər, tarixi qəhrəmanlar) berbad durum, milli günlər üçün də keçərlidir.

Azərbaycan Respublikasında hazırda həddindən artıq uzun bir bayramlar, xatirə günləri, peşə bayramları və xüsusi günlər (66!) rəsmi siyahısı vardır. Bu yazıda rəsmi günlər siyahısına daxil olanların hamısına toxuna bilmeyeceyik.  Dini (Orucluq, Qurban) və təbiət (Novruz) bayramları məsələsinə heç girməyəcəyik. Siyasi önəm ərz edən bəzi günlərdən bəhs edəcəyik.

 Bayağılaşdırılan Milli Günlərimiz

Yarımbaşlıqdakı dəyərləndirməyə ən çox uyğun gələn 20 Yanvar Ümumxalq Hüzn Günü’dür. Sanki bir təbiət hadisəsi olmuş, ən az 132 vətəndaşımızı itirmişik, çaresizlikden hüzn içində olmalıyıq. Halbuki bu günün rəsmi açıxlamasında yazılır: “1990-cı ilin 20 yanvarında SSRİ rəhbərliyinin siyasətinə etiraz edərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində şəhid olanların xatirəsi yad edilir.” O günün ən önəmli özəlliyi minlərlə insanın Rus tanklarının qarşısında əliyalın vətəni üçün dirənməsi idi. Bu bir qəhrəmanlıq dastanı idi! 20 Yanvar’ın ən məntiqli adı Milli Dirəniş Günü’dür.

Bu, məsələnin üzdə olan, gözlə görünən qismidir. Məsələnin bir də dərin qatı vardır. 20 Yanvar’ın qurbanları tək ailələrinin deyil, bütün millətimizin itkisidir, dərdidir. Bunda fikir ayrılığı yoxdur. Diqqə çəkən məsələ əliyalın Rus tanklarına kütləvi dirəniş faktını yox saymaqdır. Ona gərəkən dəyəri verməməyin görünür bir neçə səbəbi vardır. Bunlardan birini deyək: Milləti qürurlanmağa, özünü güçlü hiss etmeyə imkan verməmək siyasəti. İllərlə 20 Yanvar ərəfəsində “ekstremist ünsürlərin” fəaliyyətinə diqqət çəkilir, qırğın və təcavüzün səbəbkarları, özəlliklə məlum Primakovun cinayətləri gizlədilir. Hətta təcavüzün başında duran adama Bakıda bir dəfə yubiley də keçirildi! 20 Yanvar’ın “hüzn günü” deyil, haqsızlığa, təcavüzə, nəhayət Rus imperializminə dirəniş günü kimi dəyərləndirilməsi çağırışlarını illərlə qulaq ardına vuran mövcud iqtidar, nədən bu həssas məsələdə qırımını dəyişdirmək istəmir? İqtidar başbilənlərinin bu həssas ideoloji və psixoloji məsələdə inadı heç başadüşülən deyildir.

Yaxın tariximizin ən faciəli günlərindən biri – 27 Aprel unudulmağa məhkum edildi. Uzun 71 illik Sovet dönəmində olduğu kimi. Sovet dönəmində 27 Aprel işğalını unutdurmaq üçün 28 Aprel inqilabı adlı əcayib bir şey uydurdular. Bağımsız Azərbaycan Respublikasında isə izahatsız-filansız 28 Aprel küçə, metro stansiyası, digər adlar avtomatik olaraq 28 May’a dəyişdirildi. Azərbaycan Respublikası bağımsızdırsa 27 Aprel İşğal Günü rəsmi təqvimdə yerini almalıdır. Çünki deyildiyi kimi tariximizin ən faciəli günlərindən biridir; hər il bu faciəni xatırlatmaq insanların siyasi şüurunun inkişafına təkan vermiş olar.

Bu arada 1920-ci ilin 27 Aprelinin milli tariximizdə ikinci işğal olduğunu da unutmayaq. Birinci işğalın ise 12 oktyabr 1813-cü il  tarixli Gülüstan müqaviləsi ilə yekunlaşdığı, 10 fevral 1828-ci il tarixli Türkmançay müqaviləsilə bir daha təsdiq edildiyi bilinən bir həqiqətdir. Məhz 12 Oktyabr’ın Rusiyanın birinci işğalı və Azərbaycanın bölünməsi günü elan edilməsi həm siyasi-tarixi biliklərin artmasına, həm də millətin dostunu-düşmənini tanıması gərəkdiyinə xidmət etmiş olardı.

Rəsmi günlər siyahısında 28 May, Respublika Günü kimi yer alır. Milli tariximizin ən şərəfli günüdür. Çünki millət əzminin ortaya qoyulduğu, bağımsız dövlət həyatı yaşamağa layiq olduğumuzun dünyaya bildirildiyi bir gündür. Əlbəttə, 1918-ci ilin 28 mayında monarxik dövlətin deyil, məhz respublika idarə şəklinin qəbul edilməsi önəmlidir. Amma ondan daha önəmlisi millət üçün bağımsızlıqdır. Bu səbəbdən də 28 May, Bağımsızlıq Günü kimi siyahıda yerini almalı, vətəndaş da bu günü ilk növbədə bu keyfiyyətdə alqılamalıdır.

Təqvimdəki 18 Oktyabr Dövlət Müstəqiliyi Günü necə olsun? Bağımsızlıq tarixi faktını 71 il sonraya çəkmək ciddi siyasi-ideoloji-tarixi səhvdir və mütləq düzəldilməlidir! 18 Oktyabr, Bağımsızlığın Bərpası Günü olaraq milli günlər siyahısında yerini tapsa məntiqli və ədalətli olar.

Rəsmi günlər siyahısına yeni bir gün artırıldı. 27 Sentyabr Anım Günü. İzahedici cümlə budur:   “2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsinin başlanması gününün anılması.” Birincisi, son 44 günlük muharibə say hesabı ilə ikinci yox, üçüncüdür. Birinci savaş 1918-1920’lərdə oldu. Ölkədə fədakar bir iqtidarın varlığı səbəbindən, həm də Rusiyanın Güney Qafqazdan uzaqlarda başının öz işlərinə qarışdığı üzündən Azərbaycan bu permanent savaşı qazandı və Ermənistanı Qərb himayəçilərinin  istəklərinin xilafına yaxşıca əzişdirdi (ayrıntılar tarix kitablarında var). İndi son savaşı ikinci adlandırmaq ağılalmaz bir fikir pintiliyidir. İkincisi, anım günü heç bir anlam daşımır. Halbuki yaşadığımız indiki sürəcdə önəmli bir gündür. Bizim təklifimiz: Həmin gün nəhayət Qarabağın qurtarılması üçün siyasi iradə ifadə edildi, ona görə də Siyasi İradə Günü adlansa anlamlı olar.

2020’də başqa bir önəmli hadisəni də yaşadıq. 27 Sentyabr Siyasi İradə Günü’nü hazırlayan, hətta onu şərtləndirən sürəc 12-14 iyun hadisələri idi. Ermənistan tərəfdən növbəti təxribat, General Tərlan Həşimov və silahdaşlarının müəmmalı qətli sonunda milləti qəzəbləndirdi, təxm. 500.000 gənc Silah verin, Qarabağ üçün ölməyə hazırıq! dedi. Bu, bizcə, milli iradənin ifadəsi idi. Milli İradə Günü olaraq da təqvimdə yerini almalıdır.

Milli günlərimiz siyahısında 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü  də var. Əcayib-qəraib adlanmasına baxmayaraq, dünyanın ən mübariz xalqı kimi tanımlandığımız 1989’un yadigarıdır. Rəsmi adı mahiyyətinə uyğun olmalıdır. Ərəb-Fars söz yığını yerinə redaksiya xarakterli təklifimiz: Milli Birlik Günü.

Bu bölümdəki günlər Güney Azərbaycan üçün də milli bayram səciyəsindədir/ nitəliyindədir. Güney Azərbaycanın keçmişində ən önəmli gün hələ də 21 Azər 1324 (12 dekabr 1945)’dir. Bu günü hər il milli fəallar tariximizin qürur günü olaraq yad edir, keçənləri yenidən dəyərləndirirlər. 21 Azər həqiqətən keçmişimizin parlaq səhifəsidir. Təqvimin məhz bu günündə Xalq Konqresi toplanmış, Milli Hökumətin təşkili haqqında qərar vermişdir. 21 Azər  milli hərəkatın simvoluna çevrildiyindən Pəhləvi rejimi onu şüurlardan silmək üçün çox çalışdı. Hər il hərbi parad keçirdi, insanlara göz dağı verildi, “bölünməz Iran” təbliğatı ilə qafalar qarışdırıldı.

 Sırınmış “Dövlət Günləri”

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsindəki siyahıda sual doğuran daha bir neçə bayram da var. Bir tesnifata görə onlara “dövlət günləri” deyilir. Heç əsassız da deyil.

Birisi 9 May’dır. Faşizm üzərində qələbə günü. İzahedici cümlə budur: “1945-ci ilin bu günü keçmiş SSRİ-də mərkəzi radionun diktoru Yuri Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən Müharibəsi başa çatıb.” 1941-1945-ci illər müharibəsi bağımsızlığını itirmiş bir müstəmləkə ölkəsi üçün vətən müharibəsi ola bilməz. İkincisi, stalinizm və Sovet rejimi Azərbaycana faşizmdən qat-qat böyük ziyan vurmuşdur. Bununla belə müharibədə həlak olmuş 300 mindən artıq Azerbaycan insanının xatirəsi əziz tutulmalıdır. Təqvimdəki 9 mayı hər il “bayram” elan etmək Rusiyanın siyasi orbitindən çıxmamaq siqnalı kimi qiymətləndirilməlidir.

Azərbaycan xalqının milli qurtuluş günü adlanan 15 iyun həm forma, həm də mahiyyətcə 21. yüzilə yaraşmayan bir siyasi təsbitdir, bölücülükdür. Ayrıca 15 iyunda “Azərbaycan xalqı nədən qurtuldu”? Milli hakimiyyətdən qurtulmaq kimi bir bayram ola bilərmi?

Siyahıda yer alan bir başqa rəsmi gün də 8 Noyabr  Zəfər Günü’dür. İzahı belədir: ”2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən qələbə günü.” Üçüncü Qarabağ Savaşında qələbə qazanıldı, amma hər gün Qarabağdan gələn həyəcanlı xəbərlər “zəfər” məsələsinə gerçəkçi yanaşma tələb edir (ayrıntılar obyektiv analitik məqalələrdə var). Kaşki Qarabağ tam qurtarılaydı, Erməni ordusu sərhədlərimizdən eşiyə atılaydı, Ruslar çağrılmayaydı… biz də ürəkdən bayram edəydik.  Şuşanın Azadlığı Günü adlandırsaydılar, həm obyektiv, həm də məntiqli olardı.

Sonuc yerinə

Milli günlərin birinci vəzifəsi vətəndaşları ortaq dəyərlər ətrafında birləşdirməkdir. Verdiyimiz örnəklərdən də göründüyü kimi əksinə bu rəsmi günlərin əhalinin böyük kəsimi üçün “bayram” olmadığı gözle görünen bir gerçektir.

TV reportajlarında rəsmi günlərin adının və mahiyyətinin nədən ibarət olması haqqında jurnalistin sualına vətəndaş adətən cavab verə bilmir. Bu, rəsmiləşən günlərin siyasi şüurda oturmadığının göstəricisidir. Demək ki iqtidarın rəsmi günlərdən gözləntiləri də özünü doğrultmamışdır. İşləməyən bir formalitədən də bir şey çıxmaz.

Millət və dövlət həyatının önəmli bir atributu olan rəsmi/milli günlər siyahısı yenidən dəyərləndirilməlidir. Millətlə dövlət arasındakı hazırki qopuqluğu aradan qaldırmaq qayəsiylə bu siyahıda köklü dəyişikliklərin aparılması arzu edilir.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle