Əlimizdə olan erməni “əsirlər”: Onlardan necə istifadə edək?

Əlimizdə olan erməni “əsirlər”: Onlardan necə istifadə edək?

Ermənistan aylardır “əsir” mövzusundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir və açıq demək lazımdır ki, beynəlxalq aləmdən kifayət qədər dəstək qazanıb.

Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Azərbaycanın ermənilərin “əsir” saydığı 3 terrorçunu təhvil verməsi barədə qeyd edib.

O bildirib ki, emənilərin beynəlxalq təşkilatlardakı, o cümlədən ABŞ Konqresi və Avropa Parlamentindəki dostları “əsirlər” mövzusunda Azərbaycana təzyiqi artırıblar:

“Halbuki 10 noyabrdan sonra Azərbaycan sərhədini qanunsuz keçən Ermənistan vətəndaşları əsir sayılmamalıdır. Bu həqiqəti Qərbdə qəbul etmək istəmirlər. Demək, biz bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Siyasətdə manevr imkanlarımız olmalıdır. Əlimizdə olan ermənilərlə bağlı strategiyamızı müəyyənləşdirməliyik. Eyni zamanda, əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyən ermənilər hissə-hissə Ermənistana təhvil verilə bilər. Buna baxmayaraq, hamısını birdən təhvil vermək olmaz. Bu halda ermənilərin və onların xaricdəki dostlarının təzyiqləri qarşısında geri çəkildiyimiz – “təzyiq et, istədiyini al” görüntüsü yaranar”.

Qeyd edək ki, təhvil verilən hər 3 erməninin Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı təsdiq edilməyib.   /Axar.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle