Hikmət Babaoğlu: İlahiyyat İnstitutuna qəbul üçün bakalavr baza təhsili olan məzunlar seçilməlidir

Hikmət Babaoğlu: İlahiyyat İnstitutuna qəbul üçün bakalavr baza təhsili olan məzunlar seçilməlidir

“Dini etiqad azadlığı Azərbaycan vətəndaşlarına tanınmış konstitusion hüquqdur. Vətəndaşlar heç bir maneə olmadan öz dini etiqad azadlıqlarını və dini ritualları sərbəst şəkildə yerinə yetirirlər. Bu, o deməkdir ki, Azərbaycanda din və vicdan azadlığı tam təmin olunub”.

Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər məsələsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

Qanun layihəsi barədə danışan deputat bildirib ki, sənədin 1-ci maddəsinin 3-cü bəndində “kütləvi dini ibadət ayinlərinin və mərasimlərinin icrası zamanı dini təlimin əsaslandırılmasının “işıqlandırılması” ifadəsi dəyişdirilməli və “təqdim olunmalıdır” kimi verilməlidir. Çünki “işıqlandırılması” ifadəsi bu məsələdə uyğun ifadə deyil.

Qanunun 6-cı maddəsinin dini təhsillə bağlı olduğunu deyən Hikmət Babaoğlu qeyd edib ki, dini təhsil çox vacib məsələdir: “Gündəlik dini mərasim və rituallarda dini təhsilin nə dərəcədə olması böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, İlahiyyat İnstitutuna qəbul üçün keçid balı 200 baldır. Bu, ən aşağı göstəricilərdən biridir. Yəni 200 balla ali təhsil müəssisəsinə qəbul olunub, dini fəlsəfəni mənimsəmək çox çətindir. Çünki idraki bazanın özü çox zəifdir. Göstərici 200 baldırsa, dünyəvi fəlsəfədən daha ali, zəngin və mürəkkəb olan ilahi fəlsəfəni 200 ballıq idraki yaddaşla mənimsəmək çətindir. Dini mərasimləri idarə edən din xadimləri geniş kütlə qarşısında öz savadını nümayiş etdirir. Bu baxımdan, hesab edirəm ki, İlahiyyat İnstitutuna keçid balı yüksəldilməlidir. Azərbaycanda dini fəlsəfəni, dini mənəviyyatı, dinimizin əsaslarını dərindən bilən çox gözəl alimlərimiz, din xadimlərimiz var. Onların sayını artırmaq lazımdır”.

Millət vəkili təklif edib ki, İlahiyyat İnstitutuna qəbul üçün bakalavr baza təhsili olan məzunlar seçilsinlər: “Çünki güclü dünyəvi-fəlsəfi baza olmadan, ilahi fəlsəfəni düzgün dərk və təlqin etmək bir qədər çətindir. Din hər şeydən öncə ilahiyyat və mənəviyyat hadisəsi olduğuna görə bizim dünyəvi düşüncələrimizi asanlıqla deformasiyaya məruz qoya bilir. Çünki bu, ilahidir, müqəddəsdir və alidir”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle