Rusiyanın bu bazarı uğrunda müharibə başlayır: Quli, yoxsa Lənkəranski klanı?

Rusiyanın bu bazarı uğrunda müharibə başlayır: Quli, yoxsa Lənkəranski klanı?

Rusiyanın Ural regionunun ən böyük meyvə-tərəvəz bazası uğrunda yeni müharibə başlaya bilər. Lent.az-a daxil olan məlumata görə, Yekaterinburq şəhərində yerləşən 4 saylı baza uğrunda bir neçə klan arasında mübarizə gedir. Mənbənin dediyinə görə, az qədər əvvəl Lotu Qulinin varisi və qardaşı Namiq Bakinskiyə yaxın bir neçə nəfər adıgedən bazada olublar. Onları Yusif adlı, əslən Gürcüstandan olan bir nəfər müşayiət edib.

Bu arada məlum olub ki, bazaya faktiki nəzarət edən əslən Lənkərandan olan Ağayar Ağayev onları necə deyərlər, qarşılamayıb. Söhbət olduqca böyük pulların dövr etdiyi bazada gəlirlərin bölünməsindən gedirmiş. Ağayev isə buna razılıq verməyib və görüşdən imtina edib.

Mənbənin dediyinə görə, Ağayar “qanuni oğru” Rövşən Lənkəranskinin qətlindən sonra da öz mövqelərini qoruyub saxlaya bilib. Və o, heç kimə, heç bir klana güzəştə getmək istəmir. Hələ bir neçə il əvvəl Lənkəranski tərəfindən Ağayara “qanuni oğru” adının verilməsi də gündəmdə olub. Məhz onun ad günündə bu ad ona veriləcəkmiş. Həmin gün Yekaterinburqun ən dəbdəbəli restoranlarının birində ziyafət də təşkil ediləcəkmiş. Ziyafəti təntənəli keçirmək üçün Bakıdan belə qonaqlar dəvət edilibmiş. Ziyafətə Ehtiram və İntiqam Rüstəmov qardaşları, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə “Oqni Baku” qrupu da dəvətli olub. Amma həmin vaxt Yekaterinburq polisi buna imkan verməmişdi.

Lənkəranskinin qətlindən sonra Qulinin briqadası bir neçə dəfə bazanı ələ keçirməyə cəhd etsə də, buna nail olmamışdı. Görünür indi yeni şərait yetişib. Elə Namiq Bakinski tərəfdarlarının Yekaterinburqda görünməsi də təsadüfi deyil. Əgər Ağayev güzəştə getməsə, klanlar arası yeni müharibənin başlayacağı ehtimal edilir.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle