Həmsədrlərin “TƏKCƏ MƏN OLMALIYAM” iddiaları və… – Ərdoğan Putinə nəyi xatırladıb?

Həmsədrlərin “TƏKCƏ MƏN OLMALIYAM” iddiaları və… – Ərdoğan Putinə nəyi xatırladıb?

Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra da ATƏT-in Minsk Qrupunun həmsədrləri təşəbbüsləri monopoliyaya almaq uğrunda rəqabətin yeni mərhələsinə giriblər.

Söhbət ondan gedir ki, münaqişədən sonra həmsədr institutunun statusu sual altına düşür, buna görə də, həmsədrlərin təlaşı başadüşüləndir.

Həmsədrlər (Rusiya, ABŞ, Fransa) hər vəchlə özlərinə postmüharibə dövrü üçün kurasiya əhatəsi saxlamaq üçün birgə səylər göstərirlər.

Həmsədrlər münaqişədən sonrakı dövrdə baş verən proseslər və ya aparılan danışıqlar barədə bəyanatlar verməklə özlərini var olduğunu xatırladırlar, amma bu, gecikmiş reaksiyalardır.

“Əsas mən olmalıyam” iddiaları

Həmsədrlərin siyasi niyyətlərinin xarakterində trionun dövriyyəyə birgə girməsi, bundan sonra nüfuz dairəsinin bölgüsü uğrunda mübarizə aparmaq dayanır.

Məhz bu səbəbdəndir ki, hazırda həmsədrlər ayrı-ayrılıqda ön plana çıxmaq istəyirlər.

Hələlik, üzdə görünənlərə əsasən deyə bilərik ki, ABŞ passivlik nümayiş etdirir, əsas “yarış” Rusiya və Fransa arasında gedir.

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında aprelin 26-da baş tutan telefon danışığının bəzi məqamları açıqlanıb.

Mayın 4-də Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində deyib ki, prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürülməsi gözlənilir.

Səfir Rusiya və Fransanın Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklərini də bildirib.

Fransa Qərb dövlətlərinin Rusiyaya artan təzyiqləri fonunda Moskvanın Qarabağa dair mövqelərini gücləndirməyə qarşıdır, bu məsələdə onun addımları sözsüz ki, ABŞ xarici siyasəti ilə uzlaşdırılır.

Fransa nə istəyir?

Amma ABŞ-dan fərqli olaraq Fransa aşkar ermənipərəst mövqeyi ilə fərqlənir, indi Parisin təşəbbüsləri ələ almaq cəhdlərinin arxasında İrəvana siyasi dəstəyi artırmaq planları dayana bilər.

Rusiyanın ikili yanaşması

Rusiya eyni anda iki stula oturmaq siyasətini yürüdür. Rusiya həm regionda yeni nəqliyyat dəhlizlərinin açılmasında iqtisadi faydalar kontekstində maraqlıdır, həm də sülhməramlı qüvvələrin Qarabağda qalmasında.

Ancaq eyni anda iki tərəfdən də mövqeləri möhkəmləndirmək mümkün deyil, birincisi ona görə ki, iqtisadi açılımlar Ermənistan qoşunlarının sülhməramlıların nəzarət sahəsində olan ərazilərdən çıxarılmasından sonra reallaşacaq. Hələlik isə gedişat Rusiya və Ermənistanın qoşunların çıxarılmaması məsələsində vahid mövqe nümayiş etdirdiyini göstərir. Münaqişəli məsələlərin qalması isə Rusiyaya sərf edir, çünki bununla Kremlin regiona təsir mexanizmləri güclənir. Bu baxımdan mübahisəli məsələlər Moskvanın proseslərdən birbaşa iştirakı üçün ən əlverişli zəmindir.

Lakin Azərbaycan da bütün riskləri hesablayır və ikili siyasətə qarşı qəti mövqeyini ortaya qoyur.

Deyə bilərik ki, Moskvanın da, Parisin də mövqelərinə qarşı Azərbaycanın siyasi immuniteti var.

Amerikaya gəlincə isə, mövqeyində daha çox neytrallığın cizgiləri müşahidə edilir.

Səfirin açıqlamasından görünür ki, yaxın zamanlarda Fransa və Rusiya birgə addımlar atacaqlar, amma dəqiq motivlər barədə söz demək çətindir. Niyə?

Həmsədrlərin qarşısındakı “sipər”

Münaqişədən sonra Türkiyənin Cənubi Qafqazda hərbi iştirakı başlayıb, proses davam edir. Paralel olaraq isə, Ankara həmsədrlərə qarşı siyasi bəyanatlar da verir.

Türkiyənin hələ müharibədən öncə həmsədrlik institutuna gətirilməsi barədə təkliflər səslənib, ancaq məsələ nəzəri “dualar”dan o tərəf keçməyib.

Ankara müharibə dövründə Azərbaycana güclü siyasi dəstək nümayiş etdirməklə, həm də həmsədrlərə mesaj vermiş oldu.

Bakıya siyasi dəstək postmüharibə dövründə də Türkiyənin geosiyasi, hərbi mövqeyini möhkəmləndirdi – bu gün artıq Türkiyə hərbçiləri Ağdamdakı Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərirlər.

Türkiyə həmsədrlərin yenidən monopoliya yaratmasına qarşıdır, buna görə də, təşəbbüsləri ələ almaqda özünü önə çıxarır.

Təsadüfi deyil ki, münaqişədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə telefon danışıqlarının ana xəttini Qarabağ mövzusu təşkil edir.

Mayın 5-də Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Putin-Ərdoğan telefon danışığında Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini müzakirə ediblər, və münaqişə bölgəsindəki bütün hərbi əməliyyatlar daxil olmaqla, Dağlıq Qarabağ nizamlanması məsələlərinə də toxunublar.

Rəsmi məlumatdakı “bütün hərbi əməliyyatlar” ifadəsi diqqət çəkir. Birincisi, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndi – erməni qoşunlarının sülhməramlıların nəzarət etdiyi ərazilərin çıxarılması icra edilməmiş qalır. Bu, Türkiyəni də narahat edir. İkincisi, Azərbaycan-Ermənistan sərhədində baş verən son insidentlərdən sonra Bakının xəbərdarlıqları fonunda Ərdoğan mümkün hərbi əməliyyat planlarının da gündəlikdə durduğunu Putinə xatırladır.

Ankaranın proseslərdə birbaşa iştirakı isə digər həmsədrlər – Fransa və ABŞ-ın mövqeyinin güclənməsinin qarşısını alır.

Rusiya isə Türkiyədən xəbərsiz addımlar atmaq istəsə də, bunun risklərini hesabladığından hələlik planlarını təxirə salır.

Gedişatlardan çıxarılan nəticələrə gəlincə, deyə bilərik:

1. Səbəb nə olursa olsun, həmsədrlərin aktivliyi Qarabağ məsələsində mübahisəli qalan məsələlərin həlli baxımından vacib sayıla bilər, ancaq həmsədrlər mütləq mövqelərini Bakı və Ankaranın strateji maraqları ilə uyğunlaşdırmalıdır;

2. Türkiyə həmsədrlərin monopoliya siyasətinə imkan verməyəcək.

3. Ümumiyyətlə, Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti kəmiyyət göstəricisindən o tərəfə keçməyəcək. Çünki münaqişə dövründə effektiv nəticələr ortaya qoya bilməyən bir təsisatın, postmüharibə dövrü üçün hansı real addımlar atacağı şübhə doğurur. (oxu.az)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle