BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Mayın 7-də BMT ECOSOC-un əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Brüssel Ədliyyə Akademiyası arasında qarşılıqlı tərəfdaşlığa dair memorandum imzalanıb.

Bu barədə AZƏRTAC-a BAMF-ın prezidenti Umud Mirzəyev məlumat verib.

Bildirib ki, Brüssel Ədliyyə Akademiyası QHT olaraq təhsil məsələləri ilə yanaşı, əsasən beynəlxalq cinayət əməllərinin müəyyən edilərək məhdudlaşdırılması üçün məlumatların sənədləşdirilib səlahiyyətli qurumlara təqdim edilməsi, insan haqları pozuntuları sahəsində monitorinq və araşdırmaların aparılması istiqamətində fəaliyyət göstərir. BAMF ilə Akademiyanın mütəxəssisləri arasında keçirilən ilk onlayn vebinar zamanı Qarabağda baş verən zorakılıqların, vandalizmin səbəb olduğu cinayətin hüquqi tərəflərinin araşdırılması, minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən gizlədilməsi kimi əməllərin beynəlxalq hüquqda yaratdığı presedentlər müzakirə olunub.

Qeyd olunub ki, gələcək əməkdaşlığın qurulması üçün Brüssel Ədliyyə Akademiyasının nümayəndələrinin Qarabağa səfərinin təşkili planlaşdırılır.

Umud Mirzəyev deyib: “Bu gün birgə fəaliyyətimizin koordinasiya edilməsini memorandumla rəsmiləşdirdik. Memorandumda əsasən, insan haqlarının qorunması, Şərqi Avropa, Qafqaz və Orta Asiyada baş verənlərə dair obyektiv informasiyanın toplanması və yayılması, jurnalist haqlarının müdafiəsi, hüquqi ekspert araşdırmaları, insan haqları və beynəlxalq humanitar hüquq pozuntularının birgə sənədləşdirilməsi, eləcə də təhsil, sosial və mədəni sahədə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub”.

Onun sözlərinə görə, bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərdə törədilmiş vəhşiliklərin, vandalizm aktlarının sənədləşdirilərək insan hüquq müdafiəsi qurumlarına, beynəlxalq təşkilatlara, İnsan Hüquqları Məhkəməsinə, eləcə də digər beynəlxalq məhkəmələrə çatdırılması üçün əlavə imkanlar yaradır.

“Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün 1992-ci ildən fəaliyyət göstəririk. Şükürlər olsun ki, 44 günlük müharibə haqq və ədalətin bərpası üçün zəmin yaratdı. İndi işğaldan azad olunmuş ərazilərdə törədilən vəhşiliklərin dünyaya çatdırılması istiqamətində var gücümüzlə çalışacağıq. Brüssel Ədliyyə Akademiyası ilə bu məsələlərin Avropa İnsan Hüquqları Məhkəməsində, digər hüquqi müstəvilərdə qaldırılması istiqamətində razılığa gəldik”, – deyə BAMF-ın prezidenti bildirib.

Qeyd edək ki, Brüssel Ədliyyə Akademiyasının təsisçisi professor Deni Teps, əsas idarəçiləri professor Katerin Kedaiten və siyasi məsələlər üzrə ekspert David Sutterdir. Təşkilatın baş ofisi Brüsseldə yerləşir.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle