Dünyanın gözlədiyi görüş: niyə Bakı təklif edilir?

Dünyanın gözlədiyi görüş: niyə Bakı təklif edilir?

Bakı Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında baş tutacaq görüş üçün ən ideal məkandır. Bakının belə mühüm görüş üçün etibarlı və bitərəf imici var. NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycanın paytaxtında 3 dəfə bir araya gəlib. Valeri Gerasimovla amerikalı həmkarı Cozef Danfordun görüşü də Bakıda keçirilib.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında baş tutacaq görüşün Bakıda keçirilə biləcəyi haqda səslənən iddiaları şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan ABŞ, Avropa, NATO ilə bərabər, Rusiya ilə də sıx əlaqələri olan bitərəf ölkə, etibarlı tərəfdaşdır:

“Bunun nəticəsidir ki, NATO və Rusiyanın yüksək hərbi rəhbərliyinin qlobal təhlükəsizlik məsələlərini Azərbaycan paytaxtında müzakirə etməsi artıq adi hal alıb.

Bayden-Putin görüşünə rəsmi Bakının ev sahibliyi etməsi ona görə real səslənir ki, regionun digər ölkələri Gürcüstan və Ermənistanın əksinə Azərbaycan müstəqillik illərində balanslı siyasət yeritmək kursunu saxlaya bilib. Bu əslində görüşün niyə Reykyavik (İslandiya), Praqa (Çexiya), Lyublyana (Sloveniya) və s. şəhərlərdə keçirilməməli olduğuna da aydınlıq gətirir.

Qeyd edilən ölkələr hansısa bir geosiyasi gücə tam meyil edərək, digəri üçün şübhə predmetinə çevrilib. Azərbaycan isə hər iki ölkə üçün ən etibarlı tərəfdaşdır”.

Politoloq onu da xatırladıb ki, adı çəkilən ölkələr artıq bu görüşü keçirməyə hazır olduqlarını bildirsələr də, rəsmi Bakı heç bir açıqlama verməyib:

“Bakının bu istiqamətdə hər hansı açıqlama verməməsinin özü də ölkəmizin neytrallığının göstəricisidir. Diqqət edirsinizsə, o açıqlamanı verən ölkələrdən bəziləri Rusiya ilə diplomatik qalmaqal yaşayır, bəziləri NATO üzvüdür və artıq seçimlərini ediblər. Bu ölkələrə Rusiyanın etibar edəcəyi mübahisəlidir. Ancaq Bakı tamamilə fərqlidir”.

Q.Hüseynli bu görüşün Bakıda keçiriləcəyi halda ölkəmizin beynəlxalq imicinə daha bir müsbət çalar əlavə ediləcəyini də vurğulayıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle