İti qovduq, qaldı yiyəsi…

İti qovduq, qaldı yiyəsi…

Seymur VERDİZADƏ 

 

Rusiyanın Xarici işlər naziri Segey Lavrov deyib ki, Ermənistan razılıq verməsə, Zəngəzur dəhlizi açıla bilməz. Bəli, bəli, bunu Lavrov deyib. Paşinyan cürət edib belə bir sözü dilinə gətirə bilməz. Erməni olsa da, anlayır ki, başının üstündə dəmir yumruğun kölgəsi dolaşır. Yumruq çırtma deyil ki, yeri ağrıtmasın. Dəmir yumruğun “dadını” bildiyi üçün bu dəfə “böyük qardaşı”nı qabağa verib. Onun-bunun arxasında gizlənmək ermənilərin çoxdankı adətidir…

Zəngəzur dəhlizi deyəndə söhbət heç də Zəngilandan Gorusa yol çəkməkdən, cığır açmaqdan getmir. Söhbət Mehridən keçib Naxçıvana çatmaqdan gedir. Uşaq vaxtı mən bu yolu çox getmişəm. Hər il avqust ayında valideynlərimlə birlikdə Qafana məktəb ləvazimatları almağa gedirdik. Bakı-Naxçıvan qatarı Mehridən keçəndə ermənilərin küçük kimi qulaqlarını sallayıb yol kənarında dayandıqlarını çox görürdüm.

Yadımdan çıxmamış bunu da deyim: ruslar o vaxt da indiki kimi ermənipərəst idi. Azərbaycanlılar səhərdən-axşama kimi tarlada tər töküb bolluq yaratsalar da, mağazalarımızda sünbüllü peçenyedən başqa heç nə tapmaq mümkün deyildi. Buna görə də məktəbli forması, dəftər-qələm almaq üçün Qafana gedirdik. Aranda 40 dərəcə istidə pambıq əkən, üzüm becərən azərbaycanlılar Allahın kolbasasını “altdan” alanda, bulaq başında araq içib dəyyusluq edən ermənilər naz-nemət içində üzürdülər. Mənim ruslardan o vaxtdan gözüm su içmirdi…

Mövzumuza qayıdaq. Lavrov düzmü dedi? Yox. Bəs nə deməliydi? Bu sualın cavabını çoxumuz bilirik. Bilməyənlər üçün yazıram: deməliydi ki, Ermənistan 10 noyabr sazişini imzalayanda kommunikasiyaların açılmasıyla bağlı öhdəlik götürüb. İndi də zəhmət çəkib müqavilənin şərtini yerinə yetirməlidir. Qorxudan 10 noyabr sazişini gecəyarısı bunkerdə imzalayan Paşinyan bilmirdi ki, səhər açılacaq? Onun ucbatından Putinin telefonunu söndürdüyü günləri nə tez unudub? Mən əminəm ki, Rusiyanın dövlət başçısı nə vaxtsa vəzifədən gedib memuar yazmaq fikrinə düşsə, orda mütləq bu cümləni qeyd edəcək: “44 günlük müharibə dövründə Paşinyan mənə arvadımdan çox zəng edirdi”.

Bunu da yazım, söhbətə nöqtə qoyaq: Lavrov bilməlidir ki, Ermənistanın Zəngəzur dəhlizini açmaqdan imtina etməsi 10 noyabr sazişinin qüvvədən düşməsi deməkdir. 10 noyabr sazişi qüvvədən düşsə, Rusiya sülhməramlılarına deyiləcək bir söz qalır: Sizin burda nə işiniz var?

İti qovduq, qaldı yiyəsi…

 

/yenisabah.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle