Xalidə Bayramovaya niyə cinayət işi açılmadı…

Xalidə Bayramovaya niyə cinayət işi açılmadı…

“Səbail rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini postundan azad olunmuş Xalidə Bayramovanın hərəkətlərində ən azı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma kimi cinayət əlamətləri sezilir”.

Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında tanınmış vəkil Cavad Cavadov bildirib.

Vəkil deyib ki, istintaq istəsəydi, ona cinayət işi açardı:

“Biz təbii ki, yalnız mətbuata sızan məlumatları bilirik. Bilinənlərdən belə bəlli olur ki, istintaq istəsəydi, Xalidə xanıma cinayət işi da başlada bilərdi. Amma birinci müavini məhz bu qaydada cəzalandırdılar. Qeyd edim ki, prokurorluğun təqdimat vermək kimi səlahiyyəti vardı. Bu qaydada isə daha yüngül, intizam tənbehilə cəzalandırmaq qərarına gəlinib. Səbəblərini deyə bilmərəm. Amma ola bilər ki, arxasında daha səlahiyyətli və nüfuzlu şəxs dayanır ki, ona cinayət işi açılmadı. İstənilən halda, prokurorluğun hadisəyə reaksiya verməsi və ictimaiyyəti məlumatlandırmasının özü də kifayət qədər müsbət haldır”.

C.Cavadov “Prokurorluq haqqında” Qanuna əsasən qeyd edib ki, prokurorluğun təqdimatı ünvanlanan qurum üçün məcburidir:

“Həmin qurum təqdimat əsasında tədbir görüb prokurorluğa məlumat verməlidir. Bu, mütləqdir. Amma cəzalandırılması halına gələndə, ola bilərdi ki, ona sadəcə töhmət verilərdi, xəbərdarlıq edilərdi, aşağı vəzifəyə keçirilərdi. Bu, artıq işəgötürənin, konkret olaraq, Səbail rayon İcra Hakimiyyəti başçısının qərarıdır. Və başçı prokurorluğun təqdimatı ilə verdiyi qərar əsasında Xalidə Bayramovanı vəzifədən azad edib”.

Xatırladaq ki, hələ 3 il əvvəl adı 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanan X.Bayramova uzun müddət mətbuatın gündəmindən düşməyib. Həmin vaxt nə qədər etirazlar edilsə də, ona qarşı hansısa tədbir görülməmiş, yalnız icra hakimiyyətində Qəyyumluq Komissiyasındakı vəzifəsindən azad edilmişdi.

Bu dəfə isə X.Bayramova yaxın qohumuna “saxta vaksin sənədi” almaq üçün vəzifəli şəxslərə müraciət edib. Xanım müavinlə bağlı  Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək, Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib. Baş Prokurorluq onun intizam məsuliyyətinə cəlb edilməsi üçün İcra Hakimiyyətinə təqdimat göndərib. 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle