Bayden Bakını seçəcək və bu, mesaj olacaq – Trofimçuk

Bayden Bakını seçəcək və bu, mesaj olacaq – Trofimçuk

Son zamanlar dəfələrlə Rusiya və NATO-nun hərbi qurumlarının nümayəndələri üçün danışıqlar meydanı kimi məhz Bakı seçilib. Belə diplomatik dislokasiya heç kimdə heç zaman suallar doğurmayıb. Buna görə də dünya birliyində Bayden-Putin görüşü üçün yerin seçilməsi ilə bağlı qeyri-formal diskussiya başlayanda Azərbaycanın paytaxtı dərhal mümkün variantlardan biri, hətta ən təbii variant kimi səslənməyə başladı.

Bu barədə Axar.az-a açıqlamasıda xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert, “Avrasiya ideyaları” elmi araşdırmalara dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk bildirib.

“Ekspertlərin çoxu Azərbaycan dövlətinin neytral statusunun buna kömək etdiyini bildirir. Bununla razılaşmaq lazımdır. Üstünlüklərin sırasına, həmçinin statuslu görüşlərin təşkilinin ənənəvi yüksək səviyyəsini, Bakının rahat coğrafiyasını və bir sıra digər amilləri də əlavə etmək olar. Rusiya və ABŞ-ın ali rəhbərliyinin görüş yerinin simvolunun xüsusi siyasi əhəmiyyəti də vardır. Məsələn, bu gün səslənən variantlardan biri Reykyavikdir. Çünki məhz bu şəhərdə 1986-cı ildə Mixail Qorbaçov və Ronald Reyqan arasında görüş keçirilib. Lakin bu görüşün SSRİ-nin süqutuna səbəb olduğunu düşünən bugünkü rusların əksəriyyətində bu məqamla bağlı mənfi xatirələr var. Odur ki, əgər Putin-Bayden görüşü də orada keçsə, cəmiyyətdə mənfi fikirlər yaranar: “Rusiya sanki yenidən tərk-silah olunmağa hazırlaşacaq”.

Bayden balans üçün dolayısı ilə ABŞ prezidentinin bu yaxınlarda söylədiyi ifadəyə görə (qondarma “soyqırım” nəzərdə tutulur – red.) eyforiyaya düşmüş İrəvana lazımi siqnal vermək qərarına gələrək, Putin ilə görüşmək üçün Bakını seçəcək”, – deyə müsahibimiz vurğulayıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle