Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

II Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

Nəriman Nərimanov 1898-ci il­də yaz­dı­ğı, 1913-cü il­də “dü­zə­liş­lər” et­di­yi “Na­dir şah” ad­lı dram əsə­rin­də də bir maa­rif­çi ki­mi Na­dir­qu­lu xa­nı ön­cə “baş­kə­sən, yol­kə­sən qul­dur”, da­ha son­ra və­tən və mil­lət uğ­run­da mü­ca­di­lə edən fə­dai, qəh­rə­man ki­mi qə­lə­mə ver­miş­dir. Nə­ri­ma­nov hə­min əsə­rin­də Na­dir şa­hı bü­töv­lük­də Sə­fə­vi­lə­rin tə­nəz­zü­lü döv­rün­də mey­da­na çı­xa­raq “Mil­lət və Və­tən yo­lu­na” dü­şüb[1] qı­sa bir müd­dət ər­zin­də os­man­lı­la­rı, rus­la­rı və baş­qa­la­rı­nı Sə­fə­vi-Tu­ran tor­paq­la­rın­dan uzaq­laş­dır­ma­ğı ba­ca­ran, əf­qan-gil­zay, sis­tan, bə­lu­ci üs­yan­la­rı­nı ara­dan qal­dı­ran, bu­nun­la da Sə­fə­vi-Qı­zıl­baş or­du­su­nun sər­da­rı və­zi­fə­si­nə qə­dər yük­sə­lə bi­lən qəh­rə­man, hökm­dar ki­mi qə­lə­mə ver­miş­dir.

Na­dir şa­hın hə­ya­ta ke­çir­mək is­tə­di­yi ide­ya­la­rı Nə­ri­ma­nov hə­min döv­rün ta­rix­çi­si Mir­zə Meh­di xa­nın di­lin­dən bu­nu çox yax­şı ifa­də et­miş­dir: “İki məz­hə­bin bir­ləş­mə­yi hə­qi­qət gö­zəl, bir fi­kir­dir. Çün­ki əda­vət bil­mər­rə ara­dan gö­tü­rü­lər, mə­də­niy­yət ar­tar, hər iki mil­lət qüv­vət­lə­nər. Mol­la­la­ra mə­va­cib kəs­mək də mə­nim tə­səv­vü­rü­mə gö­rə, ya­man de­yil. Pad­şah­lıq­dan mə­va­cib­lə­ri ol­sa, bir pa­ra ağ­la­gəl­­mə­yən şey­lə­ri və və aş­ka­ra mil­lə­tin, və­tə­nin döv­lə­tin zə­rə­ri olan söz­lə­ri xal­qın ara­la­rın­da nəşr et­məz­lər. O gün (Na­dir şah) mə­nə de­yir ki, Mir­zə! Sən elə bil­mə ki, mən  ru­ha­ni­lə­rə düş­mə­nəm. Xeyr, di­nə röv­nəq ve­rən mol­la­lar mə­nim ca­nım­dır­lar. Di­nə rəx­nə sa­lan mol­la­la­ra, hə­qi­qət mən düş­mə­nəm… Bun­lar za­hir­də din­pə­rəst, ba­tin­də di­ni tar-mar edir­lər. Bə­li, fi­kir et­dik­cə gö­rür­sən in­sa­fən ağll­lı qa­nun­lar­dır, hə­qi­qət, gö­zəl fi­kir­lər­dir, am­ma hey­fa, qəd­ri­ni bi­lən yox­dur”. [2]  

Nə­ri­ma­no­vun “Ba­ha­dır və So­na” ro­ma­nın­da da maa­rif­lən­dir­­mək xət­ti əsas mə­sə­lə­lər­dən bi­ri ol­maq­la ya­na­şı, bu­ra­da mil­lət, dil və din prob­le­mi­nə də to­xu­nul­muş­dur. Onun fik­rin­cə, bir türk ailə­sin­də dün­ya­ya gə­lib, son­ra­lar türk­cə da­nış­ma­ğı bə­yən­mə­yən heç bir kəs öv­­lad­­la­rı­na mil­li ruh­da tər­bi­yə ve­rə bil­məz. Çün­ki on­la­rın öz­lə­ri­­nin də, doğ­ma dil­lə­ri­nə bu cür mü­na­si­bə­tin əsas sə­bəb­lə­rin­dən bi­ri, bu gü­nə qə­dər türk di­lin­də ya­zı­lan əsər­lə­rin mil­li tər­bi­yə­dən, mil­li ruh­dan uzaq ol­ma­sı və on­la­ra bu­nu ve­rə­cək, mil­li mək­təb­lə­rin ol­ma­ma­­sı­dır. Nə­ri­­ma­no­va gö­rə, mil­li ruh­da əsər­lər ya­zıb mil­lə­tin ru­hu­nu tə­miz­lə­­mə­dən, na­xoş və kor mil­lət­dən nə isə göz­lə­mək fay­da­sız­dır. [3]

Nə­ri­ma­nov Ba­ha­dı­rın di­lin­dən döv­rün­də is­la­mın əsil ma­hiy­yə­ti­nin düz­gün izah olun­ma­dı­ğı­nı da ifa­də et­miş­dir. Bu di­nin el­mə düş­mən ol­ma­sı fik­ri ilə ra­zı­laş­ma­yan Nə­ri­ma­no­vun fik­rin­cə, is­lam və onun rə­su­lu Mə­həm­məd pey­ğəm­bər (s.) hə­mi­şə elm yo­lu­nu tut­ma­ğı hər şey­dən va­cib say­mış­dır. Ona gö­rə, is­lam əx­la­qı poz­ğun mil­lə­tin əx­la­qı­nı dü­zəlt­mək, büt­lə­rə si­ta­yiş et­mə­yə son ver­mək, bir söz­lə tə­rəq­qi yo­lu­nu gös­tər­mək üçün gəl­miş­dir. Ey­ni za­man­da cə­miy­yət in­ki­şaf edib, ye­ni dö­nəm­lə­rə qə­dəm qo­yan­da hə­mi­şə­lik bir qa­nu­nun ki­fa­yət et­mə­yə­cə­yi təq­dir­də, ağ­la uy­ğun dav­ra­nıl­ma­sın­da Həz­rət Mə­həm­məd (s.) ən­gəl gör­mə­miş­dir. Bir söz­lə, is­lam­la bağ­lı prob­lem­lər bu din­lə və onun pey­ğəm­bə­ri ilə bağ­lı de­yil, onu təb­liğ edən­lər­də və onun təm­sil­çi­lə­rin­də­dir. [4]

N.Nə­ri­ma­nov bu dövr­də yaz­dı­ğı mə­qa­lə­lə­rin­də İs­lam di­ni­nə və mil­liy­yət mə­sə­lə­si­nə çox eh­ti­yat­la ya­naş­mış, xü­su­si­lə də, is­la­mın bü­tün elm­lə­rin öy­rə­nil­mə­si­nə önəm ver­di­yi­ni də­fə­lər­lə vur­ğu­la­mış­dı: “Mən bil­mi­rəm, ru­ha­ni­lə­ri­miz öz­lə­ri təs­diq edir­lər ki, Qu­ran­da o elm yox­dur ki, ona işa­rə olun­ma­sın. Hə­qi­qət be­lə isə gö­rü­nür, pey­ğəm­bə­ri­miz (s.) bu­nu la­zım bi­lib­dir ki, əha­di­si-şə­rif­lə­ri ilə bə­yan edib­dir. La­zım ol­ma­yan şey­lə­ri nə Al­lah bu­yu­ra­ra­dı, nə də cə­nab pey­ğəm­bə­ri­miz xə­bər ve­rər­di”. [5]

O, xü­su­si­lə də “Tibb və is­lam”  (1909-1911) ad­lı əsə­rin­də di­nin cə­miy­yə­tin hə­ya­tın­da oy­na­dı­ğı müs­bət amil­lə­ri gös­tər­mək is­tə­miş­dir. “Hər bir vü­cu­da Al­lah-təa­la bir cür xü­su­siy­yət bəxş edib­dir ki, öz hə­ya­tı­nı uz­laş­dır­sın. Uz­laş­dır­maq­dan öt­rü cür­bə­cür əlac­lar ya­ra­dıb­­dır”. [6] N.Nə­ri­ma­nov da­ha son­ra Mə­həm­məd pey­ğəm­bə­rin tibb el­mi ilə bağ­lı fi­kir­lə­ri­nə nə­zər sa­lır: “Pey­ğəm­bə­ri­miz in­sa­nın bə­də­ni­nə düz­gün diq­qət edir­di və in­sa­nın əx­laq mə­sə­lə­lə­ri­ni dü­zəl­dər­kən, ru­hu­nu tə­miz­lə­yər­kən, yə­qin edib­dir ki, an­caq in­sa­nın səh­hət və ru­hu tə­miz ol­ma­lı­dır. Bu­nun is­lam­da lap qə­dim­dən möv­cud və ya­xud va­cib ol­du­ğu gə­rək bi­zi tə­əc­cüb­lən­dir­mə­sin. Pey­ğəm­bər bu­yur­muş­dur: elm iki qism­dir – bə­dən­lər el­mi və din­lər el­mi”.[7]

Nə­ri­ma­no­va gö­rə, is­la­mın bə­dən el­mi ilə bağ­lı qa­nun­la­rı tibb qa­nun­la­rı­na uy­ğun­dur. Mü­tə­fək­kir bu din­də irə­li sü­rü­lən pak­lıq, va­cib­lər, ye­mək və iç­mək, mur­dar hey­van­lar mə­sə­lə­si­nə əməl et­mə­yin tibb el­mi ilə ta­ma­mi­lə üst-üs­tə düş­dü­yü­nü, İs­la­mın bu sa­hə­də çox gə­rək­li ol­du­ğu­nu bil­dir­miş­dir. Bu ba­xım­dan bir çox mark­sist-le­nin­çi­lər­lə mü­qa­yi­sə­də N.Nə­ri­ma­no­vun is­la­ma mü­na­si­bə­ti fərq­li ol­muş­­dur. O, is­la­mın əsil ma­hiy­yə­ti ilə bir çox ru­ha­ni­lə­rin əməl­lə­ri­nin üst-üs­tə düş­mə­mə­si­ni ifa­də et­mə­yə ça­lış­mış, din­də­ki fay­da­lı mə­sə­lə­­lər­dən əha­li­nin ya­rar­lan­ma­sı­nı is­tə­miş­dir: “Qu­ra­ni-Kə­rim bü­tün in­san­la­rın səa­də­ti üçün na­zil ol­du­ğu hal­da ru­ha­ni ata­la­rı­mız xal­qın cə­ha­lə­tin­dən is­ti­fa­də nöq­tə­si­ni tu­tub, avam xal­qı əsa­rət­də sax­la­yır­­dı­lar. Xalq tək­cə Qu­ra­ni-Kə­ri­min mə­na­sı­nı de­yil, həm də beş vaxt qıl­dıq­la­rı na­ma­zın nə­dən iba­rət ol­duq­la­rı­nı bil­mir­di­lər. Qu­ran ilə xalq ara­sın­da ke­çil­mə­si qey­ri-müm­kün olan di­var ta­pıb, bu di­va­rın da­şı və kər­pi­ci müc­tə­hid, şey­xü­lis­lam və müf­ti­lər olub pal­çı­ğı bu cür mol­la­lar və mər­si­yə­xa­na­lar idi. Xalq əyi­lib əl­lə­ri­ni yu­xa­rı qal­dı­rıb cə­na­bı Al­la­ha nə­zir-ni­yaz et­dik­də nə söy­lə­yə­cək­lə­ri­ni bil­mir­di­lər. Yal­nız xalq özü­nün Al­la­ha yal­var­ma­ğı­nı bi­lir­di. Mol­la­lar xal­qa yal­nız təc­vi­di qay­da­da Qu­ran oxu­dar, mə­na­sı­nı ba­şa sal­maz­dı… Əcə­ba gö­rə­sən Qu­ra­nın mə­na­sı­nı ru­ha­ni­lə­ri­miz nə üçün giz­lə­yir­di­lə­r?”. [8]

O ya­zır­dı ki, bü­tün mü­səl­man­lar üçün mü­qəd­dəs bir məs­lək hə­qi­qə­ti-is­la­mı öy­rən­mək­dir­sə, bu di­nə qul­luq edən hər bir mil­lə­tin özü­nə­məx­sus məs­lək­lə­ri ola bi­lər. Çün­ki din ay­rı-ay­rı mil­lət­lə­ri özün­də bir­ləş­dir­sə də, özü­nə­məx­sus məs­lək və ide­al­la­rı on­la­rı bir-bi­rin­dən fərq­lən­di­rir. Nə­ri­ma­nov “Dərd­lə­ri­mi­zin əla­cı” (1916-cı il) mə­qa­lə­sin­də ya­zır­dı: “Ümum mü­səl­man­lar üçün mü­qəd­dəs bir məs­lək hə­qi­qə­ti-is­lam nə ol­ma­ğı­nı bil­mək­dir. Mü­dam tə­rəq­qi, mü­dam gər­dik­lə mü­ba­ri­zə və ha­man mü­ba­ri­zə­nin va­si­tə­si­lə ta­pıl­mış giz­lin xə­zi­nə­lə­ri in­san­lar üçün mey­da­na gə­tir­mək, yə­ni in­sa­niy­yə­tə xid­mət – bun­dan ali və mü­qəd­dəs bir məs­lək, bun­dan ar­tıq qüv­vət­li bir ni­cat yo­lu ol­maz. Fə­qət bir di­nə qul­luq edən  bir çox tay­fa­la­rın öz­lə­ri­nə məx­sus məs­lək­lə­ri ola bi­lər. Çün­ki din bir çox tay­fa­la­rı bir nöq­tə­də bir­ləş­di­rə­sə, hər bir tay­fa­ya məx­sus bir çox adət­lər ha­man tay­fa­la­rı bir bi­rin­dən ayı­rar. Ona bi­na­ən hər bir tay­fa və mil­lə­tin məx­su­si bir məs­lək və, bir ide­al da­lın­ca ye­riş et­mə­yi də tə­bii­dir”.[9]

De­mə­li, Nə­ri­ma­nov bü­tün mü­səl­man xalq­la­rı­nı özün­də bir­ləş­di­rə­rək in­sa­niy­yə­tə xid­mət edən hə­qi­qə­ti-is­lam məs­lə­yi­nin əhə­miy­yə­ti­ni dərk et­mək­lə ya­na­şı, mil­li məs­lə­kin də va­cib­li­yi­ni dərk et­miş­dir. Ona gö­rə, hə­qi­qə­ti-is­lam məs­lə­yi ilə mil­li məs­lək isə bir-bi­ri­ni nə­in­ki in­kar et­mir, çün­ki hər iki­si in­sa­niy­yə­tə xid­mət et­mək yo­lun­da birl.ir­lər. Baş­qa söz­lə, in­sa­niy­yə­tə xid­mət et­mək na­mi­nə di­ni­ni bi­lən xalq, mil­li kim­li­yi­ni də ta­nı­ma­lı­dır: O, ya­zır­dı: “Ümum idea­la çat­maq üçün, yə­ni in­sa­niy­yə­tə xid­mət et­mək üçün mil­lə­tə la­zım­dır özü­nü ta­nı­sın. Bir mil­lət özü­nü ta­nı­maz isə özü ilə qey­ri­si­nin fər­qi­ni dü­şün­mə­yə qa­dir ol­maz isə xü­su­si məs­lə­ki da­lın­ca ye­riş edə bil­məz. Bu yol­da ye­riş edə et­məz isə ümu­mi mü­qəd­dəs məs­lək nə ol­ma­ğı­nı da dü­şün­məz. İn­di biz is­la­ma qul­luq edən bir çox tay­fa­lar­dan bi­ri­yik: mə­lum bir qa­nun al­tın­da ya­şa­yıb, özü­mü­zə Türk de­yib də xü­su­si bir məs­lək da­lın­ca ge­­mə­­li­­yik­­mi­­? Get­mə­li­yik de­sə­niz, özü­mü­zü gə­rək­dir ta­nı­yaq. Fə­qət ta­nı­maq üçün nə la­zım­dı­r? Mil­li dil, mill­li mək­təb, mil­li mət­bu­at və qey­ri-qey­ri şey­lər de­­yil­­mi­­?”.[10]

N.Nə­ri­ma­no­vun fik­rin­cə, ümu­mi məs­lə­kə, idea­la çat­maq üçün hər bir mil­lət, o cüm­lə­dən is­la­ma ina­nan Azər­bay­can türk­lə­ri özü­nü ta­nı­ma­lı, baş­qa­la­rın­dan fərq­li cə­hət­lə­ri­ni bil­mə­li­dir. Özü­nü ta­nı­maq, baş­qa mil­lət­lər­dən fərq­li­li­yi­ni hiss et­mək üçün, ilk növ­bə­də mil­li dil, mil­li mək­təb, mil­li mət­bu­at, mil­li ədə­biy­yat la­zım­dır. Türk­lə­rin dil, mək­təb, mət­bu­at sa­hə­sin­də tə­rəq­qi­sin­də isə 1905-ci il rus in­qi­la­bı­nın ver­di­yi cü­zi hür­riy­yət be­lə, mü­hüm rol oy­namş­dır. Onun fik­rin­cə, 1-ci Ru­si­ya in­qi­la­bı­na qə­dər türk­lər ana di­li­nə həs­rət qal­mış, mil­li və di­ni his­siy­ya­tı tap­da­lan­mış, ix­ti­ya­rı baş­qa­la­rı­nın əlin­də ol­muş­dur. İn­di özü­nü mil­lə­tin dos­tu, mil­lət­pə­rəst ki­mi qə­lə­mə ve­rən­lə­rin ço­xu da hə­min dövr­də xal­qın, mil­lə­tin mə­na­fe­yi na­mi­nə de­yil, çar mə­mur­la­rı üçün ça­lış­mış­lar.[11] Nə­ri­ma­no­va gö­rə, mil­lə­tin bir­li­yi ya­lan­çı mil­lət­pə­rəst­lər­lə de­yil, yal­nız mil­lə­tin hə­qi­qi dost­la­rı olan mil­li mü­əl­­lim­­lər, mil­li zi­ya­lı­lar­la müm­kün­dür.

Bu dövr­də Nə­ri­ma­nov mil­lə­tin, mü­səl­man­la­rın ta­le­yi­ni dü­şü­nür, on­la­rın möv­cud du­ru­mun­dan çı­xış yo­lu ki­mi nis­bə­tən is­lam­çı­lıq-türk­çü­lü­yə üs­tün­lük ve­rir, so­si­al-de­mok­ra­ti­ya­nı çox da ya­xı­na bu­rax­mır­dı. Sa­də­cə, bə­zi mə­qa­lə­lə­rin­də so­si­al-de­mok­ra­ti­ya­ya aid edi­lən so­si­al bə­ra­bər­lik, in­san­la­rın azad­lı­ğı və ri­fa­hı mə­sə­lə­lə­ri­nə to­xu­nur­du.[12] Bu dövr­də onun so­si­al-de­mok­rat fir­qə­si­nə rəğ­bə­ti mər­kəz­çi mark­sist­lər­dən da­ha çox mil­li so­si­al-de­mok­rat­la­ra ya­xın ol­muş, bu­na gö­rə də o, “Hüm­mət”də fəa­liy­yət gös­tər­miş və RSDFP-nin Ba­kı Ko­mi­tə­­si­nə üzv ol­ma­mış­dır. Gö­rü­nür, bu ki­mi mə­sə­lə­lə­ri gö­zə ala­raq, SSRİ ədə­biy­­ya­tın­da qeyd edi­lir­di ki, “Nə­ri­ma­nov 1917-ci il fev­ral in­qi­la­bı­na qə­dər mark­sizm nə­zə­riy­yə­si­ni bü­tün də­rin­li­yi ilə mə­nim­sə­yə bil­mə­miş, marks­­iz­min baş­lı­ca müd­də­­a­la­rı haq­qın­da sət­hi tə­səv­vü­rə ma­lik idi”.[13]

 

 

[1] Nərimanov N. Nadir Şah (Seçilmiş əsərləri). Bakı, “Lider nəşriyyat”, 2004, s.125

[2] Yenə orada, s.144-145

[3] Nərimanov N. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004, s.178-179

[4] Yenə orada, s.165

[5] Yenə orada, s.263

[6] Əhmədov H.M. Nəriman Nərimanov (həyatı, fəaliyyəti, pedaqoji və tibbi fikirləri). Bakı, ABU, 2004, s.175

[7] Yenə orada, s.175

[8] Yenə orada, s.191

[9] Nərimanov N. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004, s.375

[10] Yenə orada, s.375

[11] Yenə orada, s.313

[12] Nərimanov N. Məqalələr və nitqlər. I c, II cilddə, Bakı: Azərnəşr, 1977, s.66

[13] Köçərli F.Q. Nəriman Nərimanov. Bakı, Azərnəşr, 1965, s.74

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle