Bayramdan sonra yoluxma arta bilər: “Şəhərdən gedənlər yoluxduruculuq qabiliyyətinə malik olduğuna görə…” – HƏKİM

Bayramdan sonra yoluxma arta bilər: “Şəhərdən gedənlər yoluxduruculuq qabiliyyətinə malik olduğuna görə…” – HƏKİM

Ölkədə 7 günlük bayram tətili baslayıb.

Hər zaman olduğu kimi, bayram günlərində əhali bölgələrə getməyə üstünlük verir. Mütəxəssislər pandemiyanın hələ də səngimədiyi bir vaxtda bölgələrə səfəri insanların sağlamlığı üçün təhükəli hesab edirlər. Hazırda yoluxma sayı 600-dən yuxarıdır.

Tətildən sonra yoluxma sayında artım gözlənilirmi?

Bayramdan sonra yoluxma arta bilər: “Şəhərdən gedənlər yoluxduruculuq qabiliyyətinə malik olduğuna görə…”-HƏKİM

Həkim-terapevt Nərminə Abbasova Cebhe.info-ya açıqlamasında bildirdi ki, tətildən sonra yoluxma sayında artım mümkündür: “Son zamanlar ən çox yoluxanlar şəhər əhalisi idi və rayonda yaşayan əhalinin əksəriyyəti yaşı nəsildir. Nəzərə almaq lazımdır ki, şəhərdən gedənlər yaşlı nəsli yoluxdura bilərlər. Əlbəttə ki, təhlükəlidir, əgər bir gündə bu gün 600-700 yoluxma varsa, həmin adamlar təkrar “n” qədər insanı yoluxdura bilərlər. Xüsusilə, rayon əhalisi bu xəstəliyə məsuliyyətsiz yanaşdığı, şəhərdən gedən əhali də yoluxduruculuq qabiliyyətinə malik olduğuna görə yoluxma genişlənə bilər. Düzdür, yoluxmada səngimə gedir. Ancaq hansı səviyyədə artacağını bilmirik. Bununla yanaşı, yerlərdə əhali inanmasa belə, buradan gedənlər onlar üçün təhlükədir. Kəndlərdə əhalinin dünyagörüşü ilə bağlı epidemiyaya bir qədər fərqli yanaşma var, hələ də deyirlər ki, xəstəlik yalandır. Ancaq rayonlarda da kifayət qədər bu xəstəlikdən həyatını itirənlər oldu. Məsələn, mən Şəmkir rayonunda bunun şahidi oldum”.

Mütəxəssis bildirib ki, yoluxma o qədər sürətlə olmasa belə, artım ola bilər:

“Eləcə də rayon yerlərində xəstəxanalar paytaxtdakı qədər inkişaf etməyib. Əgər bu gün dünyada xəstəlik baş alıb gedirsə, çox sayda can aldısa, toy, yas mərasimləri geniş olan Azərbaycanda bu tədbirlər dayandırılıbsa, buna ciddi yanaşmaq lazımdır. Hətta elə yas yerləri var idi ki, heç 10 nəfər iştirak etmir, toylar 5-10 nəfərlə keçirilir. Yəni toplanmaq ehtimalı çox-çox azaldıldı. Bu gün bayramlar da buna aiddir. Ramazanda hamı oruc tutub, namaz qılıb, dua edib. Rayona getmək o qədərmi vacibdir ki, axın edirlər? İnsanlar bir yerə toplaşırsa, bu, mənfiyə doğrudur. Baxmayaraq ki, bu gün restoranlar işləyir, rayona getdikdə, bir yerdə qalacaqlar, öpüçüb-görüşəcəklər. Bunlar yoluxmanı artıra bilər”.

Həkimin tövsiyəsi odur ki, bayramda rayonlara səfərlər təxirə salınsın:

“Bu il xəstəliklə bağlı bir çox insan oruc tuta bilmədi. Rayona getdikdə valideynlərini təbrik etmək istəyirlər, ancaq əksinə, təhlükə yaradırlar. İnsanlarda bir qədər arxayınlaşma əmələ gəlib. Hazırda yazdır, qışdan sonra vitamin çatışmazlığı var, orqanizm zəifləyib, yoluxma ehtimalı nisbətən yüksəlib. Qışdan sonra bütün insanlarda xroniki xəstəliklərin kəskinləşmə dövrü gedir, immunitetin aşağı düşdüyu vaxtdır. Ona görə də hazırda daha diqqətli olmalıdırlar”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle