Tanıdıqlarımızı tanıdaq

Tanıdıqlarımızı tanıdaq

Artıq bir ildən çoxdur ki, dünya əhalisinin COVİD-19 yeni koronavirusla mücadilədə uzun müddət aciz qaldığı ümumbəşəri pandemiya dövründə insanların psixoloji durumunda ciddi problemlər yaşanır. Qapalı həyat tərzi, canlı ünsiyyətdə sosial məsafənin gözlənilməsi, geyim aksessuarına çevrilmiş qoruyucu maskalardan gündəlik və kütləvi istifadə olunması, kütləvi tədbirlərin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər, xüsusi və sərt karantin rejiminin tətbiqi nəticəsində təhsildə və əmək fəaliyyətində yaranmış uzunmüddətli fasilələr insanların, xüsusilə də sosiallaşmaya daha çox meylli olan gənclərin psixoloji durumuna ciddi təsir göstərir. Mövcud şəraitdə özünəqapanma və depressiya halları, psixoloji gərginlik və ümidsizlik iradəsi zəif, əlacsız insanları faciə ilə nəticələnən addıma, intihara sövq edir. Bu səbəbdən bu gün uşaqların və gənclərin, ahıl və tənha insanların, həssas əhali qrupunun psixoloji durumunda baş verən dəyişikliklər və nəticədə yaşanan problemlər cəmiyyətdə geniş müzakirə obyektinə çevrilmişdir.

“Nə etməli?” sualına cavab axtarışında daha çox sosial şəbəkələrə, kütləvi informasiya vasitələrinə və ya bu sahədə peşəkarlıqdan uzaq həmfikirlərimizə üz tutur və təəssüf ki, mütəxəssis rəyinə diqqət yetirməkdən çəkinirik.

Səbəb məlumdur: bu gün psixoloji yardıma ehtiyacı olanlara, xüsusilə də savaş meydanından dinc həyata qayıtmış gənclərə, qazilərə, şəhid ailəsi üzvlərinə, ümumilikdə həssas əhali qrupuna köməklik edən, onlara dəstək göstərən peşəkar mütəxəssisləri – psixoloqları və psixoterapevtləri kifayət qədər tanımırıq, sosial mediada və televiziya efirində onlar haqqında məlumat olduqca azdır.

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin himayəsində olan aztəminatlı ailələrə psixoloji yardımın təşkili zamanı bu cür təcrübəli mütəxəssislərdən biri – Peşəkar Psoxoterapiya Liqasının üzvü, Psixoterapiya Mərkəzinin psixoloqu və psixoterapevti Nərgiz Hüseynova ilə tanış oldum. Bu gənc xanımın öz peşəsinə olan sevgisi, böyük həvəslə məşğul olduğu sahədə bilik və bacarığı, yüksək peşə mədəniyyəti, pasientlərlə xoş rəftarı, səmimiliyi və sadəliyi, yüksək məsuliyyət hissi və dəqiqliyi məni valeh etdi.

 Nərgiz xanım daim öz üzərində çalışan, ixtisası üzrə geniş məlumatlar əldə etməyə, biliklərini artırmağa səy göstərən peşəkar və təcrübəli mütəxəssisdir. 1987-ci ildə amerikalı psixoloq Francine Shapiro tərəfindən kəşf edilən psixoterapiya texnikası – Post-travmatik sindrom (PTSR) zamanı EMDR (Eye Movement Desensitization and Reprocessing – göz hərəkətləriylə duyğusuzlaşdırma və yenidən emal) terapiyası ilə maraqlanan Nərgiz xanım bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı 2013-cü ildə rəsmi olaraq EMDR-i travma sonrası stresin ən təsirli müalicəsi olaraq tövsiyə etmişdir. Nərgiz xanımla ünsiyyətdə olduğum müddətdə EMDR terapiya – ən sürətli, dərmansız kompleks müalicə üsulu barədə kifayət qədər məlumat əldə edə bildim.

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin himayəsində olan və canlı ünsiyyətdən məlum səbəblərdən qismən məhrum olmuş yaşlı insanlara təmənnasız psixoloji yardım göstərib, onlara xoş ovqat bəxş etmiş psixoloq Nərgiz Hüseynova ilə tanışlığım sevindirici və qürurvericidir. Cəmiyyətimiz bu cür bilikli və bacarıqlı mütəxssisləri, geniş qəlbli, səmimi və təvazökar insanları tanımalıdır.

Məni Nərgiz xanım haqqında söz açmağa daha çox vadar edən isə onun vətəndaşlıq mövqeyi oldu. Onun Vətən müharibəsi günlərində, daha doğrusu, 4 oktyabr tarixində sosial şəbəkədə paylaşdığı fikirlər məni bu yazını qələmə almağa sövq etdi: “… qızımın 13 yaşı var. Nə yaxşı ki, o QALİB ölkənin vətəndaşı kimi bütün dünya qarşısında öz QALİB sözünü deyə biləcək!!! QƏLƏBƏ ARTIQ QAPIMIZI DÖYÜR! GÖZÜN AYDİN, VƏTƏN!!!”

Böyük QƏLƏBƏNİ xalqımıza yaşadan şəhidlərin doğmalarına, qazilərimizə, bu çətin dönəmdə psixoloji yardıma ehtiyacı olan həssas əhali qrupuna öz köməyini əsirgəməyən tibb işçilərinə, psixoloqlara dəyər vermək, onları ictimaiyyətə təqdim etmək – borcumuzdur. Gəlin bu fədakar insanlar haqqında söhbət açmaqdan çəkinməyək. Tanıdıqlarımızı bir-birimizə tanıdaq…      

Açıklama yok.

Ruhiyyə Məmmədova,

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle