Ərdoğan Şuşaya gəlir: Bakının səfər gözləntiləri

Ərdoğan Şuşaya gəlir: Bakının səfər gözləntiləri

Türkiyə Prezidentinin səfəri bu həftə baş tuta, ya da o, mayın sonunda gələ bilər. Rəsmi olaraq hansı mövzuların səsləndiriləcəyi ehtimallarını Sputnik Azərbaycan-ın siyasi şərhçisi Aleksandra Zuyeva araşdırıb.

Beynəlxalq “Xarı-bülbül” festivalı, demək olar ki, otuz il sonra Şuşa şəhərinə qayıdır. Onun mayın 12-13-də keçiriləcəyi gözlənilir. Festivalın bağlanış mərasimi də Ramazan bayramı ilə üst-üstə düşəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayından sonra Şuşaya gələcəyinə söz vermişdi.

“Ramazan ayından sonra Prezident İlham Əliyevlə Şuşaya gedəcəyik”, – qeyri-formal Türk sammitində çıxışı zamanı Ərdoğan söyləmişdi.

Deməli, ehtimal etmək olar ki, “Xarı-bülbül” festivalının bağlanış mərasimi möhtəşəm olacaq və mötəbər qonaqlar öz gəlişləri ilə onu rövnəqləndirəcəklər. Niyə də olmasın? Azərbaycan xalqı Qarabağın ürəyinə qayıdışını 28 il yarım gözlədi. İndi isə onun bu bayramı qeyd etməyə haqqı var.

Türkiyə liderinin Şuşaya gəlişi isə növbəti dəfə Azərbaycanla Türkiyənin qardaşlığını sübut edəcək.

Münaqişədən sonra Qarabağın gələcəyi

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov da bu fikirdədir. O əmindir ki, Ərdoğanın səfəri çox vacibdir.

“Bu səfər çərçivəsində vacib bəyanatlar səslənəcək, bunlar arasında geosiyasi, münaqişədən sonrakı Qarabağın sonrakı taleyini təyin edəcək mesajlar olacaq”, – ekspert vurğulayıb.

Ancaq digər analitiklər kimi, Hüseynov da hesab edir ki, Ərdoğan Azərbaycana mayın sonuna yaxın gələcək. Ekspertlər düşünürlər ki, həmin səfər mayın 28-i – Azərbaycanın Respublika Gününə təsadüf edəcək. Ancaq onu da istisna etmirlər ki, səfər daha yaxın zamanda baş tuta bilər.

3+3 platformasının perspektivləri

Sonuncu dəfə Ərdoğan Azərbaycana 2020-ci ilin dekabrında gəlmişdi. Türkiyə lideri Bakıda Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsi şərəfinə təşkil olan paradda iştirak etmişdi. O zaman Ərdoğan Prezident İlham Əliyevin altı ölkədən – Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran – ibarət platformanın yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan etmişdi. Düzdür, bu ideya indiyədək gerçəkləşməyib. Maraqlıdır ki, səbəbi də Ermənistan deyil. Rəsmi Tbilisi indiyədək bu platformada Moskva ilə birgə iştiraka razılıq vermir.

Gürcü tərəfi anlayır ki, regional platformadan kənarda qalmalı deyil. Ancaq istəyir ki, orada iştirak edən bütün dövlətlər bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət eləsin.

Ankara və Bakı Tbilisinin 3+3 platforması ilə bağlı şübhələrini anlayışla qarşılayır və Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əməkdaşlığına böyük önəm verir. Üstəlik, hər üç dövlət bu əməkdaşlığın bölgə üçün vacib olduğundan əmindir.

Mümkündür ki, Ərdoğanın Azərbaycana növbəti səfəri zamanı postmünaqişə dövründə bölgənin inkişafına yönəlmiş hansısa əlavə təkliflər səslənsin. Müharibənin bitməsindən altı ay keçir və bu müddət ərzində çox iş görülüb, bir çox mətləblər aydın olub və Qarabağın yeni gələcəyinin konturları daha dəqiq sezilir.     /sputnik.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle