Evdən işləməyi öyrənən şirkətlər iş dünyasını dəyişdirəcək

Evdən işləməyi öyrənən şirkətlər iş dünyasını dəyişdirəcək

Texniki-iqtisadi baxımından əvvəllər cəsarət edilməyən uzaqdan işləmək modeli, epidemiya ilə bir məcburiyyətə çevrildi.

Metodlar fərqli olsa da, ümumi təcrübə həftədə 3-4 gün evdə və həftədə 1-2 gün ofisdə işləmək şəklində oldu. Kirayə, ofis xərcləri, nəqliyyat və personal xərcləri nəzərə alındıqda, uzaqdan işləmək xüsusilə böyük şəhərlərdəki şirkətlər üçün bir çox üstünlük təşkil edir.

Yeni növ koronavirus (COVID-19) epidemiyası bir çox sahədə iş fəaliyyətini dəyişdirsə də, ilk vaxtdan etibarən iş qaydalarını evə dəyişdirməyi bacaran sektorlar evdən işləmə sisteminin üstünlükləri ilə bağlı onu qalıcı hala gətirmək niyyətindədir.

Texnologiya əsrində bir çox iş onlayn kanallar vasitəsilə rəqəmsal şəkildə həll edilə bilər. Yer tələbi olmayan, işlərini tamamilə rəqəmsal olaraq tamamlayan şirkətlər, epidemiya tədbirləri ilk dəfə işə düşəndə evdə işləmək qərarına gəldilər.

Bir çox şirkət epidemiya sonrası dövrdə bu modeli qalıcı hala gətirəcəyini açıqlasa da, davamlılıq və səmərəlilik ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün vaxta ehtiyac olduğu bildirilir.

Peyvəndləmənin sürətlənməsi və epidemiyada keçən vaxt nəzərə alınaraq, şirkətlərin “tamamilə bağlanması”ndan sonra gözləyən kritik qərarlar arasında evdən tamamilə işə keçib-keçilməməsi də yer alacaq.

3-4 gün ev, 1-2 gün ofis modeli “Google”, “Salesforce”, “Facebook” və “HSBC” kimi dünyanın aparıcı şirkətlərindən bəziləri bir müddət öncə davamlı olaraq evdən çalışmaq sisteminə keçəcəklərini açıqlamışdı.

Metodlar fərqli olsa da, ümumi təcrübə həftədə 3-4 gün evdə və həftədə 1-2 gün ofisdə işləmək idi. Əsasən “bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı ofisdə, çərşənbə və cümə günləri evdən işləmək” şəklində qurulan planlar önə çıxır.

Evdən çalışma ilə bağlı xüsusilə böyük şəhərlərdəki şirkətlər üçün kirayə, ofis xərcləri, nəqliyyat və personal xərcləri nəzərə alındıqda bir çox üstünlük özünü göstərir. İşçilər üçün xərclərdə də azalma var.

Eyni zamanda bütün faydalarına baxmayaraq, uzaqdan çalışma zamanı evdə diqqəti yayındıran ünsürlər, yaradıcılıq və məhsuldarlığın azalması, intizamın zəifləməsi kimi mövzularla bağlı müzakirələr davam edir.

Ofisdə yaradıcılıq və evdə məhsuldarlıq tələb olunur

Stanford universitetinin professoru, iqtisadçı Nicholas Bloom “Guardian” qəzetindəki araşdırmasına görə, şirkətlər uzaqdan işləmək qərarı zamanı ofisdəki yeni layihələrdə daha çox yaradıcılıq gözləyirlər və mövcud ev tapşırıqlarında daha yüksək effektivlik tələb edirlər.

Blooma görə, bu tələbi yerinə yetirmək üçün həftədə 3 gün ofisdən işləmə ehtimalı daha yüksək olacaq. Bununla yanaşı, həftədə bir dəfə ofisdən işləməyi planlaşdıran şirkətlər də var. Digər tərəfdən, ofis şəraitində asanlıqla həll edilə bilən problemlər və komanda işi tələb edən işlərdə xüsusi tənzimləmələr edilməlidir.

“Microsoft” tərəfindən aparılan bir araşdırma göstərir ki, evdə çalışanların mövcud komanda üzvləri ilə ünsiyyət qurma ehtimalı daha yüksəkdir, lakin yeni işçilərlə əlaqə qurma ehtimalı azdır. Bu baxımdan evdə işləmək, fərqli komandalarla əlaqə qurma qabiliyyətlərini məhdudlaşdırmaq, həmrəyliyi azaltmaq, həm də yeni fikirlər yaratmaq potensialını maneə törətmək riski daşıyır.

Nicholas Blooma görə, xüsusilə səhiyyə, istehsal və ərzaq kimi sahələrdə və epidemiyada həftədə 5 gün çalışmağa məcbur olanlar, epidemiyadan sonra da evdən çalışmaq sisteminə keçəməyəcəyi üçün sosial bərabərsizlik yarana bilər.

Bu səbəbdən şirkətlər və hökumətlər bərabərsizliyin qarşısını ala biləcək qaydalar üzərində işləməli və çətin anlarda verilən qurbanların əvəzini çıxarmaq üçün hazırlıq görməlidirlər.

Maliyyə sektoru dəyişir

Sözügedən dəyişikliyə maliyyə sektoru rəhbərlik edir. Xüsusilə göydələnlər və ya plazalar şəklində işləyən kompleksləri olan maliyyə qurumları köklü dəyişikliklərlə qarşılaşarkən, keçən ayın sonunda İngiltərənin ən böyük maliyyə mərkəzi olan “The City of London” epidemiyadan sonra dəyişən iş qaydasından sonra boşalan ofis sahələrindən 2030-cu ilədək 1500 iqamətgah inşa etməyi planlaşdırdığını bildirdi.

Dünyanın digər əhəmiyyətli maliyyə mərkəzlərinin işçilərinin mərkəzi nöqtələrdəki yüksək kirayəli çoxmərtəbəli binaların əvəzinə işlərini evdən idarə edə ehtimalı yüksəkdir.

Məxfilik və məlumat təhlükəsizliyi texniki baxımdan evdə işləyərkən problem olaraq görülsə də, maliyyə məsələsində “aşılmaz bir maneə” deyil. Lazımi sistem korporativ intizam daxilində uyğunlaşdırıldıqda və texnoloji infrastruktur təmin edildikdə istənilən nəticə əldə edilə bilər.

Bu baxımdan iş saatları, yeni vəzifələr, avadanlıq və evdə mövcud olması lazım olan infrastruktur kimi bir çox məsələnin daimi qaydalarla həllini tapacağı gözlənilir.

Xüsusilə informasiya texnologiyaları və proqram sektoru, evdə çalımaq sistemlərinə yad olmadıqları üçün dəyişikliyə daha hazır görünür.

McKinsey Qlobal İnstitutunun araşdırmasına görə, əsas fəaliyyət istiqamətləri məlumatları yeniləmək, öyrənmək və kompüterlə qarşılıqlı əlaqə qurmaq olan peşələr, məhsuldarlığını itirmədən evdə işləyə bilər. Cisimlərin saxlanılması, hərəkət etdirilməsi və ya maşınların idarə edilməsi tələb olunan işlərin isə şəxsən həyata keçirilməsinə davam etməsi gözlənilir. Bu şəkildə şirkətdəki bəzi işləri uzaqdan və ya qismən yerinə yetirməklə səmərəliliyi əldə etmək mümkün olduğu halda, digər işləri də yerində əməliyyatlar sayəsində əldə etmək olar.

İnstitut eyni zamanda işçi qüvvəsinin 20-25 faiz ilə məhsuldarlıqda heç bir itki olmadan həftənin 3-5 günü evdə işləyə biləcəyini proqnozlaşdırır.    /Cebhe.info/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle