İnsanların yayda maska taxmasından imtina oluna bilər?

İnsanların yayda maska taxmasından imtina oluna bilər?

Artıq 1 ildən çoxdur ki, pandemiya şəraitində yaşayırıq. Pandemiya şəraitinə uyğun olaraq uşaqdan böyüyə hər kəs maskadan istifadə edir. Maska bizim gündəlik həyatımıza daxil olan əsas faktorlardan birinə çevrilib.

Pandemiyanın ilk başlarında maskanın yalnız qapalı məkanlarda istifadəsi lazım idisə, artıq bir neçə müddətdir açıq havada da maska taxılması şərtdir. Havalar isindikcə açıq havada maskadan istifadə edilməsi getdikcə çətinləşir. Hətta bu insanların səhhətində problemlər də yarada bilər.

Bəzi ölkələrdə məsələn, Çexiyada mayın 10-dan maskaların məcburi şəkildə taxılması ləğv edilib. Maskalardan yalnız insanların çox olduğu yerlərdə, eləcə də daxili otaqlarda, sosial məsafənin gözlənilməsində çətinlik yaranan məkanlarda istifadə ediləcək.

Maraqlıdır bütün bunları nəzərə alaraq ölkəmizdə açıq havada, məcburi şəkildə maska taxılması ləğv oluna bilərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a maska taxmaq və onunla düzgün rəftar edilməsini karantin davranışlarının əsas şərtlərindən biri olduğunu söyləyib:

“Bununla yanaşı bəzi paradoksal vəziyyət var. Qapalı yerlərdə, iaşə müəssisələrində, restoranlarda insanlar maskasız otururlar. Lakin çıxandan onlardan maska taxmaq tələb olunur. Bu absurd bir haldır. Əslində isə əksi olmalıdır. Ümumiyyətlə, iaşə müəssisələrinin hansısa formada fəaliyyət göstərməsi üçün konkret qayda-qanuna riayət edilməlidir. Yəni burada məsafə gözlənilməsi, giriş- çıxışların dezinfeksiyası, həmin yerlərin yaxşı havalanması əsas faktorlardandır”.

 

A.Qeybulla istənilən qapalı məkanın, iaşə müəssisələrinin və ictimai nəqliyyatların yoluxma üçün əsas mənbələrdən biri olduğunu qeyd edib:

“Ona görə də qapalı məkanlarda maska taxılması şərtdir. Çexiyada verilən qərarın daha düzgün olduğunu hesab edirəm. Qərarlar əsasən dünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında verilir. Ayrı-ayrı ölkələr bu qərarlara əməl edərək pandemiyanın gedişini nəzarətdə saxlayırlar. Yəqin ki, biz də müəyyən ölkələr tərəfindən sınaqdan keçmiş qərarları versək, daha yaxşı olar. Hər halda istənilən bir qərar düşünülüb verilməlidir”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle