Amerikalılar maskalarını çıxarırlar, bəs biz – Rəsmi və qeyri-rəsmi reaksiya

Amerikalılar maskalarını çıxarırlar, bəs biz – Rəsmi və qeyri-rəsmi reaksiya

Baydenin qərarından sonra Azərbaycanda vergülü harada qoyacaqlar: Maska taxmaq olmaz çıxarmaq

Amerikada koronavirusa qarşı peyvənd olunanların tibbi maska taxması məcburi olmayacaq. Bunu cümə axşamı ABŞ Prezidenti Co Bayden Ağ Evdə ölkədəki peyvəndləmənin gedişatı ilə əlaqədar danışarkən deyib.

Dövlət başçısından, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Federal Mərkəzinin tamamilə peyvənd olunmuş vətəndaşların bu fərdi qoruyucu vasitələrdən istifadə etməməsinə imkan verən qərarı fonunda, maska ​​rejimini necə sərt şəkildə tətbiq edəcəkləri soruşulub.

“Peyvənd olunmamısınızsa, özünüzü və aşılanmamış başqalarını qorumaq üçün maska ​​taxın. Söhbət məcburiyyətdən getmir, insanları həbs etməyəcəyik. Ancaq inanıram ki, amerikalıların böyük əksəriyyətini qonşularının və ailələrinin təhlükəsizliyi narahat edir. Vaksin vurdursanız, əl sıxıb bir-birinizə sarıla bilərsiniz. Peyvənd olmamısınızsa, xahiş edirəm, maska ​​taxın”, – deyə Bayden cavab verib.

Ağ Ev rəhbəri koronavirusla mübarizəni dayandırmamağa çağırıb: “Aşılanmamısınız və ya peyvəndin ilk dozasını almamısınızsa (iki dozalı dərman halında), yaxud ikinci dozadan iki həftə keçməyibsə, yenə də maska taxmaq ​​lazımdır. Zəhmət olmasa, özünüzü qoruyun”.

Xatırladaq ki, Azərbaycanda maska ​​taxmaq məcburidir. İnzibati Xətalar Məcəlləsinə görə, Azərbaycan vətəndaşları tibbi maskalar taxmaqdan imtina etdiklərinə görə 100 manat məbləğində cərimələnirlər.

Bu gün Azərbaycan əhalisinin sayı 10 milyon 127 min nəfərdən artıqdır. Bunlardan 1.748.525 nəfəri peyvənd olunub. Bu, əhalinin 17 faizini təşkil edir. Amerika Birləşmiş Ştatlarının əhalisi 332.673.000 nəfərdir. Amerikada 117 647 439 ölkə vətəndaşı peyvənd edilib ki, bu da ölkə əhalisinin 35%-i deməkdir.

AYNA Azərbaycan hökumətinin vətəndaşlara tibbi maskalar taxmaqdan imtina etmək hüququ təmin edib-etməyəcəyini öyrənməyə çalışıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış deyib ki, tibbi maskaların məcburi taxılmasına dair qərarı onlar yox, Nazirlər Kabineti (NK) qəbul edir.

NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə sorğumuza cavab olaraq, sadəcə onu bildirib ki, tibbi maskaların məcburi taxılmasının ləğvi barədə rəsmi qərar verilməyib.

Professor, tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, tam peyvənd olunmuş şəxslər həm qapalı, həm də açıq yerlərdə tibbi maskalardan istifadə etməyə bilərlər: “Ümid edirəm ki, hökumət yaxın vaxtlarda aşılanmış şəxslərə maska ​​taxmaqdan imtina etmək hüququ verəcək”.

“Medservice” tibb mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Hikmət İsmayılov isə Adil Qeybullanın fikri ilə razı deyil: “Azərbaycanda peyvənd başlayanda bizə rəsmi olaraq peyvəndin yüzdə 92% qoruduğunu söylədilər. Bu yaxınlarda mediada peyvəndin yalnız yüzdə 50,3% qoruduğunu oxudum. Düşünürəm ki, sağlamlığınızı riskə atmamalı və tibbi maska ​​taxmaqdan imtina etməməliyik”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle