Azərbaycan tarixi torpaqlarını Ermənistandan geri istəyərsə: “1970-ci illərin xəritəsi necə saxta ola bilər?”

Azərbaycan tarixi torpaqlarını Ermənistandan geri istəyərsə: “1970-ci illərin xəritəsi necə saxta ola bilər?”

Ermənistan Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir.

2020-ci il noyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını imzalaması ilə münaqişə başa çatıb. Buna baxmayaraq, ermənilər Azərbaycanın öz tarixi sərhədlərini bərpa etməsinə mane olmağa çalışır.

Münaqişədən dərhal sonra Paşinyan hökuməti SSRİ dövründə mövcud olmuş sərhədlərin bərpasına razılıq versə də, ermənilər yenidən Azərbaycan torpaqlarını öz adlarına çıxmağa başlayıb.

Son günlər Laçın rayonu ərazisindəki Qaragöl adlanan ərazi ətrafında baş verən insidentdən istifadə edən edən Ermənistanda müharibə çağırışları səslənməyə başlayıb. Azərbaycan tərəfi isə öz tarixi torpaqlarını Ermənistana güzəştə getməyəcəyini bildirib.

Eyni zamanda, Ermənistanın vəziyyəti gərginləşdirmək cəhdlərinə baxmayaraq, rəsmi Bakı yaranmış mübahisəni danışıqlar yolu ilə həll etməyə çalışır. Ona görə də Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında danışıqlar başlanılıb.

Rəsmi İrəvan Azərbaycanın Ermənistan sərhədlərini pozduğunu iddia etməklə Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi dəstəyinə nail olmağa çalışır.

Lakin Rusiya bölgədə növbəti münaqişənin yaranmasında maraqlı olmadığından Ermənistana dəstək verəcəyi də inandırıcı görünmür. Eləcə də KTMT üzvü olan digər ölkələr əvvəllər olduğu kimi bu dəfə də Ermənistanı müdafiə etmək üçün Azərbaycanla münaqişəyə girmək istəməz.

Onu da qeyd edək ki, iki ölkə arasında sərhədlərin müəyyənləşməsi prosesi başa çatmadığından, Ermənistan Azərbaycanın hər hansı müdaxiləsindən danışa bilməz. Bu baxımdan, bəzi siyasi ekspertlər hesab edir ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməsə də, ilhaq edilmiş bir sıra tarixi ərazilərini geri qaytarmaq hüququna malikdir.

Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin Erməni Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan xəritə üzrə müəyyən edilmiş əraziləri geri tələb edə bilər:

“Sovet dönəmində bizimlə yaxın münasibətdə olmaqdan istifadə edən ermənilər yavaş-yavaş torpaqlarımıza sızıblar. Paşinyan bir tərəfdən kapitulyasiya sənədinə imza atıb, digər tərəfdən parlamentdə deyir ki, Azərbaycan 1970-ci illərin saxta xəritəsini gətirib. 1970-ci illərin xəritəsi necə saxta ola bilər? Biz həmin dövrdə ermənilərə inanmışıq, onlar da tədricən bizim torpaqlarımızda ev tikib, təsərrüfat yaradıblar. Azərbaycan o vaxtdan bu təhlükənin qarşısını almalı idi. Məsələn, Qazax rayonunun kəndlərinin ərazisinin Ermənistana verilməsi nəticədə işğala gətirib çıxartdı. İndi o ərazilər xəritə üzrə geri qaytarılmalıdır. Azərbaycan sərhədçiləri Rusiya sülhməramlılarına sübut etmək istəyir ki, bu xəritə SSRİ dövründə çəkilib.

Ancaq ermənilər iddia edir ki, sərhəd xətti necə varsa, elə də qalmalıdır. Amma onların şıltaq qardaş rolunu oynamaq cəhdi bu dəfə alınmayacaq. Əks təqdirdə, ermənilər Azərbaycana torpaqlarını zəbt etməyə çalışacaqlar. Artıq məsələ qaldırmağa başlayıblar ki, biz kapitulyasiyanı tanımırıq və status tələb edirik. Ermənilərə bu dəfə şans verilsə, bir müddətdən sonra yenə də torpaqlarımıza yiyələnməyə başlayacaq. Ona görə də ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da çıxıb getməlidirlər”.

Ermənişünas ekspert bildirdi ki, Qaragöl tarixən Azərbaycana məxsus olub. Sonradan Ermənistana gölün 70 faizindən istifadə hüququ verilsə də, indi onlar su hövzəsinin hamısını ələ keçirmək iddiasına düşüblər. Bu səbəbdən Azərbaycan öz tarixi ərazilərinə nəzarəti bərpa etmək məcburiyyətindədir:

“Qaragöl dəniz səviyyəsindən 2600 metr yüksəklikdə yerləşir. Ermənilər bizi aldadıb oradan yaylaq kimi istifadə edib, mal-qara saxlayıb, sonra öz adlarına çıxıblar. İndi onların yaydığı xəritədə göstərilir ki, guya Qaragölün üçdə biri Azərbaycana məxsusdur. Hətta bununla da kifayətlənmirlər. Könüllü silahlı dəstələr yaradırlar. Onların birinə də “Monax” kod adlı terrorçu rəhbərlik edir. Erməni politoloqları təklif edir ki, Azərbaycanlı əsir götürmək, sonra erməni “əsirlər”lə dəyişmək lazımdır. Ona görə də ermənilərə güzəştə getmək olmaz. Mən bu yaxınlarda Hadruta, Şuşaya getmişdim. Oradakı torpaq sahibi olan ermənilərin 90 faizi kənardan gəlmədir. Torpaqları çox ucuz qiymətə özəlləşdirib, yerli ermənilərə icarəyə verib gediblər. Halbuki 1 hektar sahənin qiyməti 100 dollardan da aşağıdır. Onların buna heç bir haqqı yoxdur. Araik Arutunyanın Hadruta gedən yolun kənarında 15 hektar tut bağı var, 15 hektar da üzüm bağı. Dağlıq Qarabağdakı qondarma rejimin adından saxta çıxarış da düzəldiblər. Ərəbistandan, Amerikadan gələn ermənilər Qarabağın torpaqlarını “özəlləşdiriblər”. Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarının 14 min hektar torpaqlarını əkib-becərməklə həm özləri dolanırdılar, bir az da ixrac edirlər. İndi o ərazilər əllərindən çıxdıqları üçün çətin duruma düşüblər. Ona görə də Ermənistan mətbuatı yazır ki, cənub əraziləri itirilsə də, Sisyan tərəfdə, Şorja kəndini qoruyub saxlamaq üçün müharibə etmək lazımdır. Hesab edirəm ki, Azərbaycan ehtiyatı əldən verməməli, beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdır”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle