Ermənistan-Azərbaycan danışıqları bu gün DAVAM ETDİRİLƏCƏK

Ermənistan-Azərbaycan danışıqları bu gün DAVAM ETDİRİLƏCƏK

Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı vəziyyət dəyişməyib.

Turkustan.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi mövcud durumun hazırda sabit olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən heç bir istehkam əməliyyatının aparılmadığını, vəziyyəti ağırlaşdırmağa çalışmadıqlarını bəyan edib.

“Artıq xəbər verdiyimiz kimi, vəziyyətin sülh yolu ilə həlli ilə bağlı danışıqlar bu gün saat 14:00-da davam etdiriləcək”, – Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Xatırladaq ki, Azərbaycan hazırda beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir – başqa sözlə, sərhədin demarkasiyası və delimitasiyası gerçəkləşdirilir. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir.

Amma Azərbaycan Ordusunun işğal dövründə Ermənistanın qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etməsi rəsmi İrəvan tərəfindən beynəlxalq aləmə hay-küylə təqdim olunur. Halbuki, Azərbaycan BMT tərəfindən təsbit olunmuş 86.6 min kv.km ərazizisindən 1 sm də irəli getməyib.

Bu gün tərəflər arasında davam etdiriləcək danışıqlar yenə də Qarabağdakı Rusiya Sülhməramlı Qüvvələrinin komandanı general Rüstəm Muradov iştirakı ilə davam etdiriləcək. Dünən aparılan danışıqlar nəticəsiz qalmışdı.

Hazırda əsas gərginlik Ermənistanın Sünik vilayəti (Qərbi Zəngəzur) ilə Azərbaycanın Laçın rayonu arasındakı sərhəd bölgəsində yerləşən “Qara göl” ətrafında hökm sürür…  /Modern.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle