General: Qarabağda hər an əməliyyat başlaya bilər – Video

General: Qarabağda hər an əməliyyat başlaya bilər – Video

Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır. 15 minlik şəxsi heyətin, 300 tankın cəlb olunduğu təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən gerçəkləşir.

Turkustan.info xəbər verir ki, Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Publika.az-a açıqlamasında budəfəki təlimlərin sıradan bir təlim olmadığını bildirib.

“Birincisi, Azərbaycan Qarabağ torpaqlarının xeyli hissəsini işğaldan azad edib. Bununla əlaqədar yeni tapşırıqlar meydana gəlib. Ordu tərəfindən dövlət sərhəddinin himayəsi həyata keçirilməlidir. İkincisi, yeni texnikalar alınıb. Onlar təlimlərdə tətbiq olunmalıdır. Əsasən pilotsuz uçuş aparatlarının tətbiqi və ordu ilə onların qarşılıqlı əlaqələrinin tətbiq edilməsi vacibdir. Təlim keçirməyəndə bu problemlər açıq qalır. Bu problemlərin açıq qalmaması üçün bir neçə üsullarla təlimlər keçirilir. Yeni üsullar araşdırılır. Bütün bunlar yeni əmələ gələn tapşırıqlardır. Yeni anlayışların tətbiqi üçün həyata keçirilən təlimlərdir”.

Ehtiyatda olan general “Qarabağda antiterror əməliyyatları keçirilə bilərmi” sualı ilə bağlı fikirlərini də bölüşüb:

“Sözsüz ki, Qarabağda hər an antiterror əməliyyatları ola bilər. Çünki Qarabağ ərazilərində ermənilərin bəzi bölmələri hələ də qalır. Ərazinin tam nəzarətə götürülməsi və Zəngəzur dəhlizinin Azərbaycan tərəfindən nəzarətə götürülüb, kommunikasiyaların açılmasını təmin etmək üçün orada da əməliyyat keçirilə bilər. Əgər onlar kaputilyasiya aktının tələblərini yerinə yetirməsələr, Qarabağ ərazisində də antiterror əməliyyatlarının keçirilməsi mümkündür”.

Qeyd edək ki, mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle