Qənirə Paşayeva Tovuz şəhərində şəhid ailələri ilə görüşüb – FOTOLAR

Qənirə Paşayeva Tovuz şəhərində şəhid ailələri ilə görüşüb – FOTOLAR

Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz şəhərində, bu şəhərin 44 günlük Vətən Müharibəsində şəhid olmuş sakinlərinin ailə üzvləri ilə görüşüb.
Görüşdə Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Orxan Rövşən oğlu Cabbarov (16.10.1995, Tovuz – 09.11.2020, Şuşa),
“Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Ceyhun İqabl oğlu İsmayılov (25.09.1996, Tovuz – 2020, Füzuli),
“Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Elmar Cəbrayıl oğlu Şirinov (09.03.2002, Xatınlı, Tovuz – 08.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Amil Bədrəddin oğlu Rüstəmov (10.12.1995, Bayramlı, Tovuz – 08.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elcan Famil oğlu Cəlilov (26.02.1996, Tovuz –07.11.2020, Xocavənd) və “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Cavid Natiq oğlu Hüseynovun (03.06.2001, Tovuz – 31.10.2020, Xocavənd) ailə üzvləri iştirak edib.
Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb və onları Ramazan bayramı münasibəti ilə təbrik edib:
“Əziz şəhid ailələri,
Siz Vətən uğrunda şəhid olmuş əsgərlərimizin doğmaları, ailə üzvlərisiz.
Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq.
Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik!
Sizlərə – şəhidlərimizin ailə üzvlərinə minnətdarıq!
Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.
Müqəddəs Ramazan bayramınız mübarək olsun”!
Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.
Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.
Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 4 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 3 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle