Sərhədçilərimizə atəş açan iranlının kimliyi müəyyənləşdi

Sərhədçilərimizə atəş açan iranlının kimliyi müəyyənləşdi

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olmuşlar.

Baş Prokurorluqdan verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılmış, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Həsənəli Novruz oğlu Bərgi olması müəyyən edilmişdir.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram “marixuana” və 95 qram “metamfetamin”, güclü təsir edən maddə olan 17715 ədəd “preqabalin” həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülmüşdür.

İstintaq zamanı Həsənəli Novruz oğlu Bərgi şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.

Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimiayyətə ətraflı məlumat veriləcəkdir.  / Axar.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle