Ter-Petrosyan Koçaryanı “vurdu”: “Onu Paşinyandan intiqam almaq maraqlandırır, dövlət yox!”

Ter-Petrosyan Koçaryanı “vurdu”: “Onu Paşinyandan intiqam almaq maraqlandırır, dövlət yox!”

Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan keçmiş dövlət başçıları Robert Koçaryan və Serj Sarkisyanla görüşünün təfərrüatları barədə danışıb.

Turkustan.info-nun məlumatına görə, Ter-Petrosyan bildirib ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanyanın erkən parlament seçkilərində birgə iştirakdan imtina etməsi dövlətin maraqlarını deyil, baş nazir Nikol Paşinyandan intiqam almağı üstün tutması deməkdir.

Ter-Petrosyan bunu Erməni Milli Konqresinin qurultayında çıxış edərkən söyləyib.

O qeyd edib ki, qarşıdakı seçkilərdə birgə iştirakla bağlı iki keçmiş prezident Serj Sarkisyan və Robert Koçaryana edilən müraciətdə bir şərt var idi: keçmiş liderlərdən heç kim baş nazir vəzifəsinə namizəd göstərilməyəcək.

“Bu, bir tərəfdən Nikol Paşinyanın yenidən dirçəlməsinin qarşısını alacaqdı, digər tərəfdən isə Robert Koçaryanın hakimiyyətə qayıdışını əngəlləyəkdi. Belə olan halda, Baş nazir postunu ciddi təcrübəsi və idarəçilik vərdişləri olan, texnokratlardan ibarət böhran hökuməti qurmağı bacaran şəxs tutmalıydı”, – deyə Ter-Petrosyan vurğulayıb.

L.Ter-Petrosyanın sözlərinə görə, R.Koçaryanın təklifi rədd etməsi onun  Nikol Paşinyandan intiqam almaq istəməsindən xəbər verir.

Serj Sarkisyana gəldikdə, Ter-Petrosyan “o, hakimiyyətə qayıtmaq istəmir, amma partiyasının nümayəndələrinin parlamentə düşməsinə çalışır”

Qeyd edək ki, Levon Ter-Petrosyan ikinci və üçüncü prezidentlər Robert Koçaryan və Serj Sarkisyana müraciət edərək, onlara erkən seçkilərdə birgə iştirak təklif etmişdi.  /Modern.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle