“Gürcüstan hökumətinin gecikən addımları qarşıdurmanın böyüməsinə şərait yaratdı”

“Gürcüstan hökumətinin gecikən addımları qarşıdurmanın böyüməsinə şərait yaratdı”

“Biz istəyirik ki, hüquqlarımız qorunsun və gürcülərə göstərilən münasibət azərbaycanlılara da göstərilsin” – Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru Aygül İsayeva.

Bir neçə gün öncə Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş vermişdi. Sonradan yayılan məlumatlarda tərəflər arasında barışığın əldə olduğu bildirilsə də, bu məsələ Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi problemləri yenidən diqqət mərkəzinə gətirib.

Bəs bu davanın kökündə nə dayanır və Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi əsas problemlər nələrdir? Mövzu ilə bağlı Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

Dmanisidə Gürcüstan polisi və yerli sakinlər, 17 may 2021-ci il 

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev bildirib ki, Dmanisidə baş verən xoşagəlməz hadisəyə ictimai rəyin fikri yekdildir: belə məsələlər ölkənin milli maraqlarına ziddir.

“Bizim çoxəsrlik dostluq, qardaşlıq şəraitində birgə yaşayımız var. Bu gün heç kəsə sirr deyil ki, Gürcüstanı istəməyən qüvvələr tərəfindən ölkəmizdə milli-etnik zəmində qarşıdurma yaratmaq niyyəti ilk sırada dayanır. Gürcüstan cəmiyyətində böyük əksəriyyət bunu dərk edir. Zaman-zaman belə hallar təkrarlanıb. Bu dəfə isə ictimaiyyətin adekvat reaksiyası və hökumət qurumlarının operativ fəaliyyəti məişət münaqişəsinin böyüməsinin qarşısını aldı. Gürcüstan tərəfi Azərbaycanın strateji tərəfdaş və etibarlı dost olduğunu yaxşı başa düşür”.

Deputat Gürcüstanda problemlərin olduğunu inkar etmir. Lakin deyir ki, bu problemlər həm gürcülər, həm də azərbaycanlılar üçün ortaqdır:

“Bu gün Gürcüstanda ən böyük problem işsizlikdir. Təəssüf ki, bu problemdən həm gürcülər, həm də azərbaycanlılar əziyyət çəkir. Bununla yanaşı Gürcüstandakı Azərbaycan icmasının həm də spesifik problemləri var. Bunlardan ilki gürcü cəmiyyətinə inteqarsiya ilə bağlıdır. Müəyyən obyektiv və subyektiv səbəblərə görə Azərbaycan icmasının üzvləri gürcü dilini bilmirlər. Bunun da çox böyük fəsadları var. Gürcüstanda yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının zəif olması, burada yaşayan gənc azərbaycanlıların dövlət strukturlarında işləyə bilməməsinə şərait yaradır”.

Gürcüstan polisinin əməkdaşları Dmanisidə, 17 may 2021-ci il

Mahir Dərziyev deyib ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin aradan qaldırılması üçün Azərbaycan dövləti böyük yardımlar göstərir:

“Məhz Azərbaycan dövlətinin verdiyi dəstəklə azərbaycanlı gənclər Gürcüstan universitetlərində ali təhsil alırlar. Azərbaycan dövlətinin Gürcüstana investisiya yatırması dolayısı ilə bizim problemlərimizin həllinə xidmət edir. Arzu edirik ki, gələcəkdə belə xoşagəlməz hadisələr təkrarlanmasın. Bunun üçün də dövlət qurumlarının ardıcıl iş aparması vacibdir”.

Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva isə bildirib ki, Gürcüstan dövləti tərəfindən burada yaşayan azərbaycanlıların problemlərinin aradan qaldırılması üçün müəyyən proqramlar reallaşdırılır, amma onların monitorinqi aparılmadığından əksəriyyəti keyfiyyətsizdir:

“Gürcü dilini bilməmək azərbaycanlılar üçün problemə çevrilmişdi. Sonradan Gürcüstan hökuməti tərəfindən proqramlar reallaşdırıldı, lakin bu, gözlənilən nəticəni vermədi. Bu işə külli miqdarda maliyyə sərf edilir. Azərbaycan dövləti də burada yaşayan gənclərin ali təhsil alması üçün maliyyə sərf edir. Bunun nəticəsi olaraq 900-ə yaxın gənc il ərzində təhsil almaq haqqı qazanır”.

Yerli sakinlər Dmanisi küçələrində, 17 may 2021-ci il

İsayeva qeyd edib ki, bütün bunlarla yanaşı, Gürcüstanda azərbaycanlılara qarşı diskriminasiya hallarına rast gəlinir. Əvvəllər isə belə hallar daha çox olub.

“Dmanisidə baş verən hadisədə də biz hüququn işə düşməsini gözləyirdik. Amma Gürcüstan hökumətinin gecikən addımları qarşıdurmanın böyüməsinə şərait yaratdı. Bu hadisələrdə dövlətin passiv davranması, olaylara şərait yaratdığı fikrini formalaşdırdı. Burada yaşayan azərbaycanlılar sülhsevər və zəhmətkeş insanlardır. Biz istəyirik ki, hüquqlarımız qorunsun və gürcülərə göstərilən münasibət azərbaycanlılara da göstərilsin”.   

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle