İran Azərbaycanla sərhəd ərazidə neft çıxaracaq – Qərar

İran Azərbaycanla sərhəd ərazidə neft çıxaracaq – Qərar

İran Milli Neft Şirkəti (NIOC) ölkənin şimalında yerləşən Muğan düzənliyində qazma işlərinə hazırlaşır.

Turkustan.info xəbər verir ki, qazma işlərinin Azərbaycanla sərhəd bölgədə aparılması planlaşdırılır.

Yataqda 4 milyard bareldən artıq yüngül xam neftin olduğu təxmin edilir. Məlumata görə, Muğan ərazisində axtarış-kəşfiyyat işləri 13 il çəkib.

İran Neft Nazirliyinin verdiyi xəbərə görə, quyunun qazılması “Fath 54” qazma qurğusu ilə aparılacaq. Əhvazın cənub-qərbindəki neft mərkəzində yerləşən qurğu Muğan düzünə gətiriləcək.

Ərdəbildəki yerli NIOC podratçısı Əli Rafiei qeyd edib ki, qazma işlərinə iyun ayının sonunda başlamaq üçün qurğunun nəqli prosesi təxminən 25 gün çəkməlidir.

Qeyd edək ki, NIOC ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyaların səbəb olduğu satış və gəlirlərin azalmasına baxmayaraq, fərqli layihələrin icrasını davam etdirir. (teleqraf.com)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle