İsrail-Fələstin müharibəsində kimlər maraqlıdır?

İsrail-Fələstin müharibəsində kimlər maraqlıdır?

ABŞ bu həftə ərzində üçüncü dəfə BMT Təhlükəsizlik Şurasında İsraillə HƏMAS arasında atəşkəsin dərhal dayandırılmasına ediləcək çağırışın qəbulunu bloklayıb. Bu barədə məlumatı “Tayms of İsrail” qəzeti yayıb. Layihə Norveç, Tunis və Çin tərəfindən hazırlanıb. Layihədə konfliktin hər iki tərəfi tənqid edilib. BMT Təhlükəsizlik Şurasında qətnaməni 15 üzvdən 14-ü müdafiə edib.

Mövzu ilə bağlı siyasi-şərhçi Asif Nərimanlı “Şərq“ə açıqlamasında bildirib ki, ABŞ-ın bu addımı İsrail-Fələstin müharibəsində maraqlı tərəf olduğu fikrini önə çıxarır və bunun birdən çox səbəbi var. O qeyd edib ki, ilk öncə BMT Təhlükəsizlik Şurasında atəşkəs layihəsinin hansı ölkələr tərəfindən hazırlanmasına baxmaq lazımdır:

“Qeyd edim ki, layihə Çin, Norveç və Tunis tərəfindən irəli sürülüb və ABŞ-ın layihəyə qarşı çıxmasının başlıca səbəbi Çindir. Vaşinqton İsrail-Fələstin müharibəsində vasitəçi olmaq istəyini irəli sürüb və başqa ölkənin, xüsusilə Çinin vasitəçiliyini istəmir. Fələstin-İsrail toqquşmasının tarixi kökləri var. Amma yenidən başlanan toqquşmanın bu həddə çatması, yaxud başlanan toqquşmanın dayandırılmamasında ABŞ-Çin mübarizəsinin geosiyasi tərəfləri mövcuddur. İsrail 2016-cı ildən sonra Çinlə yaxınlaşmağa başladı. Çin isə İsrailin Hayfa limanını 25 illik icarəyə götürmək istəyir. Pekin və Təl-Əviv arasında İsrailin Suveyş kanalından istifadə etmədən Aralıq dənizinə çıxışını təmin edəcək Retmet layihəsi də var. Bununla yanaşı, Çin və İsrail arasında enerji və texnologiya üzrə əməkdaşlıq genişlənir. Misal üçün, İsrailin dəniz suyunun təmizlənməsi layihəsində iştirak edən əsas şirkətlərdən biri Çin şirkətidir. Çinin İsraili “Bir kəmər bir layihəsi”ndə görür. Ötən ilin may ayında ABŞ İsrailin Çinlə əməkdaşlığına qarşı hərəkətə keçdi. Tramp Administrasiyasının dövlət katibi Mayk Pompeo İsrailə getdi və Təl-Əvivə xəbərdarlıq etdi. Maraqlıdır ki, Pompeonun səfərindən 4 gün sonra Baş nazir Benyamin Netanyahu yeni hökumət qurduğu gün Çinin İsraildəki səfiri evində ölü tapıldı. Bütün bunlara ABŞ-Çin mübarizəsinin nəticəsi kimi baxa bilərik. Vaşinqtonun İsrailə Qüds məsələsindəki dəstəyinin səbəblərindən biri də budur”.

A.Nərimanlı əlavə edib ki, Baydenin gəlişindən sonra İsrail-Fələstin müharibəsinin başlanması təsadüfi deyil:

“Mümkündür ki, bu toqquşmanın başlanmasında, yaxud olduqca kövrək olan münaqişənin yenidən alovlanmasının bu həddə çatdırılmasında ABŞ maraqlı tərəflərdən biridir. Bu, Vaşinqtonun İsraili özündən asılılığını gücləndirəcək və Çinlə uzaqlaşdıracaq addımlarından biri kimi görünür. Bu baxımdan, ABŞ-ın atəşkəs layihəsini israrla bloklaması təsadüfi deyil. Fələstin-İsrail toqquşmasında ABŞ-ın maraqlarından biri də İsrail-Türkiyə münasibətlərinin kəskinləşməsidir. Qarabağ müharibəsindən sonra iki ölkənin münasibətlərinin istiləşməsi perspektivləri açıldı və Azərbaycan bu prosesdə vasitəçilik də edə bilərdi. Əslində Ankara-Təl-Əviv münasibətlərinin normallaşması istəkləri də məhz “Bir kəmər bir yol” layihəsindən irəli gəlir. Lakin İsrail-Fələstin toqquşması bu prosesi ən azından təxirə saldı. Vaşinqton münaqişədə özünün vasitəçiliyi qəbul edilməyənə qədər, başqa vasitəçilərin qarşısını almaq addımlarını davam etdirəcək”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle