Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

III Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

1917-ci il 2-ci Ru­si­ya iniq­la­bı­na qə­dər mil­li özü­nü­dərk prob­le­mi­nə da­ha çox diq­qət ye­ti­rən Nəriman Nə­ri­ma­nov mil­li dil mə­sə­lə­si­nə, yə­ni türk di­li­nin öy­rə­nil­mə­si­nə və tə­rəq­qi­si­nə də xü­su­si diq­qət ye­tir­miş­dir. Onun fik­rin­cə, çar Ru­si­ya­sı Qaf­qaz­da baş­qa dil­lər­lə (er­mə­ni, gür­cü, rus) ya­na­şı, türk di­li­nin də öy­rə­dil­mə­si­nə ica­zə ve­rib və bü is­ti­qa­mət­də mü­əy­yən iş­lər gö­rül­sə də, son­ra­lar ögey­lik özü­nü ye­ni­dən bi­ru­zə ve­rib: “Ana di­li­nin ib­ti­dai mək­təb­lər­dən qo­vul­ma­ğı, həm­çi­nin bir on il də be­lə get­sə idi, alə­mi-hür­riy­yət ara­lı­ğa gəl­mə­səy­di, türk ba­la­la­rı­nın hal­la­rı nə tövr olar­dı”.[1] Ona gö­rə, “ana di­li” in­sa­na ən ya­xın dost, ali, mü­qəd­dəs, möh­tə­rəm, əzə­mət­li, qəl­bin­də­ki his­siy­ya­tı oya­dan bir kəl­mə­dir. Bu dil­də ana sev­gi­si, şəf­qə­ti, lay­la­sı, lə­ta­fə­ti, əti­ri var. O ya­zır: “Bir dil ki, hə­yat və kai­nat haq­qın­da o dil sa­yə­sin­də bir fi­kir ha­sil edib­sən, cism və ru­hun möh­tac ol­du­ğu­nu mə­va­di o din­də tə­ləb ey­lə­yib­sən… Bir  dil ki, ib­ti­da o dil­də yax­şı-ya­ma­nı bi­lib­sən, sə­ni ya­ra­da­nı ta­nı­yıb­san…”. [2] Nə­ri­ma­no­va gö­rə, fran­sız di­li Av­ro­pa­da han­sı mə­qa­ma sa­hib­dir­sə, hü­riy­yə­tin gə­li­şi ilə xi­las olan Türk di­li də Asi­ya­da hə­min sə­viy­yə­də­dir. [3] N.Nə­ri­ma­no­vun fik­rin­cə, hür­riy­yət yal­nız Türk di­li­ni xi­las et­mə­miş, ümu­mi­lik­də Türk xalq­la­rı­nı ayılt­mış­dır. Bu ba­xım­dan hür­riy­yə­tə zidd olan mil­lə­tə, və­tə­nə də zid­dir. [4]

Ümu­miy­yət­lə, N.Nə­ri­ma­no­vun is­lam di­ni­nə və mil­li mən­su­biy­yə­tə mü­na­si­bə­ti heç vaxt kəs­kin xa­rak­ter da­şı­ma­mış, ək­si­nə o, hə­mi­şə mil­li və di­ni mə­əs­lə­lə­rə hör­mət­lə ya­naş­ma­ğı va­cib bil­miş­dir. Sa­də­cə, o, bir­mə­na­lı şə­kil­də so­si­al-de­mok­rat tə­li­mi­ni qə­bul et­dik­dən son­ra mil­lət və din mə­sə­lə­si­nə mark­sist­lər ki­mi ya­na­şa­raq, özü­nü “bey­nəl­mi­ləl­çi” ki­mi qə­lə­mə ver­miş­dir. Ar­tıq bu, mark­sist “bey­nəl­mi­ləl­çi­lik” də isə mil­lət və din ta­ma­mi­lə in­kar olun­ma­sa da, əsa­sən qə­bul olun­maz ide­ya­lar ki­mi təq­dim olun­muş­dur. Ar­tıq o, “bey­nəl­mi­ləl­çi” mark­sist-le­nin­çi ki­mi ina­nır­dı ki, so­sia­lizm cə­miy­yə­tin­də din və mil­liy­yət prob­le­mi öz-özü­nə ara­dan qal­xa­caq, ki­min han­sı di­nə və mil­lə­tə qul­luq et­mə­sin­dən ası­lı ol­ma­ya­raq, ha­mı na­mus­la ça­lı­şa­caq, bə­ra­bər və azad ya­şa­ya­caq­lar. Onun fik­rin­cə, sa­də­cə, so­sia­liz­min bu əqi­də­si­nə inan­ma­yan mü­səl­man­la­rın üzə­ri­nə dü­şən Şu­ra hö­ku­mə­ti­nin bu işi­nə qa­rış­ma­maq­dır. O, üzü­nü Həş­tər­xan­da­kı din­dar­la­ra tu­ta­raq de­yir­di: “Əgər siz sə­mi­miy­yət­lə və hə­qi­qə­tən öz mil­lə­ti­ni­zi və di­ni­ni­zi se­vir­si­niz­sə, on­da ha­zır­kı za­ma­nın tə­ləb­lə­ri­ni ba­şa düş­mə­li­si­niz və fə­al su­rət­də ol­ma­sa da, heç ol­maz­sa pas­siv su­rət­də Şu­ra hö­ku­mə­ti­nə kö­mək et­mə­li­si­niz”. [5]

O, ina­nır­dı ki, əgər mü­səl­man xalq­la­rı bir kə­nar­da du­rub din və mil­lət mə­sə­lə­si­ni kö­kün­dən həl­li­nə ça­lı­şan so­si­al-de­mok­rat­la­rın bu əməl­lə­ri­nə pas­siv şə­kil­də kö­mək et­sə­lər, o za­man bun­dan bü­tün bər tə­rəf qa­zan­mış ola­caq­dır. Be­lə ki, di­nin döv­lət­dən ay­rıl­ma­sı an­caq so­si­al-de­mok­rat­la­rın de­yil, o cüm­lə­dən ru­ha­ni­lə­rin, mol­la­la­rın işi­ni yax­şı­laş­dır­ma­ğa xid­mət edir. Çün­ki ru­ha­ni­lər kə­nar­dan heç bir tə­sir ol­ma­dan is­tə­dik­lə­ri di­ni, şə­riə­ti təb­liğ edə bi­lə­cək­lər. O, 1918-ci ilin de­kab­rın­da Həş­tər­xan­da mol­la­la­rın və ta­tar mək­təb­lə­ri mü­əl­lim­lə­ri­nin yı­ğın­ca­ğın­da de­yir­di: “Din, iman azad ol­ma­lı­dır. İman şəx­si bir iş­di; bu hər bir şəxs üçün mü­qəd­dəs olan hiss­dir; onu sat­maq və al­maq ol­maz, zor­la bir ada­mı bir di­nə gə­tir­mək ol­maz”. [6]

Onun fik­rin­cə, So­vet öl­kə­si­nin və­zi­fə­si in­san­la­ra so­sia­lizm, yə­ni bə­ra­bər­lik və aza­də­lik ru­hun­da tər­bi­yə ver­mək­dir: “Nə­ha­yət biz de­yi­rik: vic­dan azad ol­ma­lı­dır, din, iman isə vic­dan işi­dir… Kom­mu­nizm ide­ya­sı si­zin üçün an­la­şıl­maz­dır: elə bir aləm ola­caq, elə bir vaxt gə­lə­cək­dir ki, ha­mı in­san­lar, han­sı mil­lət­dən olur­sa-ol­sun, han­sı di­nə iman gə­tir­miş olur­sa-ol­sun­lar, ha­mı­sı na­mus­la, zəh­mət­lə, qar­daş­ca­sı­na, ha­mı bə­ra­bər və azad ya­şa­ya­caq­lar”. Nə­ri­ma­no­vun fik­ri­nə gö­rə, hə­lə­lik so­sia­liz­mə inan­ma­yan, an­caq sə­mi­miy­yət­lə və hə­qi­qə­tən öz mil­lə­ti­ni və di­ni­ni se­vən mü­sə­lamn­lar, ha­zır­kı za­ma­nın tə­ləb­lə­ri­ni ba­şa düş­mə­li və fə­al su­rət­də ol­ma­sa da, heç ol­maz­sa pas­siv su­rət­də Şu­ra hö­ku­mə­ti­nə kö­mək et­mə­li­dir­lər.

Nə­ri­ma­nov Azər­bay­can So­vet Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğal edil­dik­dən son­ra da is­la­ma və mil­li mə­sə­lə­yə mü­na­si­bət­də çox eh­ti­yat­lı möv­qe tut­muş­dur. So­vet cə­miy­yə­tin­də mil­lət və din prob­le­mi­nin həl­li­ni zo­rak­lıq­la de­yil, kö­nü­lü­lük və  şü­ur­lu­luq əsa­sın­da hə­ya­ta ke­çi­ril­mə­si­ni mü­da­fiə edən Nə­ri­ma­nov üzü­nü zo­ra­kı­lıq tə­rəf­da­rı olan bol­şe­vik­lə­rə tu­ta­raq de­yir­di ki, küt­lə­ni sa­vad­lan­dır­ma­dan bu prob­le­mi həll et­mək müm­kün de­yil. Mə­sə­lən, din prob­le­mi­nin tə­ka­mül­lə həll edil­mə­si­nin tə­rəf­da­rı ki­mi N.Nə­ri­ma­nov he­­sab edir­di ki, küt­lə­ni sa­vad­lan­dır­ma­dan bu prob­le­mi həll et­mək müm­kün de­yil­dir. Onun fik­rin­cə, yal­nız din­dar küt­lə­nin in­ki­şaf sə­viy­yə­si­ni yük­səlt­mək yo­lu ilə di­nə aid mə­ra­sim­lə­rə, o cüm­lə­dən mə­hər­rəm­li­yə mü­na­si­bət də­yi­şə bi­lər. So­vet cə­miy­yə­tin­də din prob­le­mi­nin həl­li­ni zo­rak­lıq­la de­yil, kö­nü­lü­lük və  şü­ur­lu­luq əsa­sın­da hə­ya­ta ke­çi­ril­mə­si­ni mü­da­fiə edən Nə­ri­ma­nov üzü­nü zo­ra­kı­lıq tə­rəf­da­rı olan bol­şe­vik­lə­rə tu­ta­raq de­yir­di ki, küt­lə­ni sa­vad­lan­dır­ma­dan bu prob­le­mi həll et­mək müm­kün de­yil. Nə­ri­ma­nov ya­zır­dı: “Nə qə­dər ki, bu din­dar küt­lə­nin in­ki­şaf sə­viy­yə­si­ni yük­səlt­mək yo­lu ilə onun bu ma­təm gün­lə­ri­nə mö­min olan, la­kin özü­nə iş­gən­cə­lər­də iş­ti­rak et­mə­yən hər han­sı zi­ya­lı mü­səl­man ki­mi ya­naş­ma­la­rı­na na­il ol­ma­mı­sı­nız, elə də ola­caq­dır. Min il­lər­dir ki, bə­də­bəxt,  avam mü­səl­man küt­lə­si (şiə məz­həb­li) Mə­həm­mə­din ən se­vim­li nə­və­si imam Hü­sey­nin işə­gən­cə­li ölü­mü gü­nü ma­təm yü­rü­şü ke­çi­rir və ən dəh­şət­li şə­ra­it­də düş­mən­lə­rin əli­nə ke­çən Hü­seyn və onun ailə­si­nə mə­hə­bət və rəğ­bət əlam­təi ola­raq əsil din­dar avam ün­sür­lər bu və ya di­gər yol­la bu ha­di­sə­lə­rə öz mü­na­si­bə­ti­ni bil­di­rir­lər. Bu,  öz güc­süz­lü­yü­nü bi­lə­rək Mə­həm­mə­din qa­nun­la­rı­nı po­zan, ha­mı­nı və hər şe­yi qı­zıl­la ələ amaq is­tə­yən Ye­zi­də qar­şı mər­di-mər­da­nə çı­xış et­miş ada­mın hə­ya­tın­dan bü­töv bir fa­ciə­dir”. [7]

Nə­ri­ma­nov he­sab edir­di ki, İmam Hü­seyn nə qə­dər İs­lam yo­lun­da şə­hid ol­sa da, ey­ni za­man­da o, bir əqi­də ada­mı­dır de­mə­li, əqi­də uğ­run­da da şə­hid ol­muş­dur. Onun fik­rin­cə, bu ba­xım­dan İmam Hü­sey­nin (ə) az bir adam­la bö­yük bir qo­şu­na qar­şı mü­ba­ri­zə apar­ma­sı ima­nın, əqi­də­nin gü­cün­dən irə­li gəl­miş­dir. Bu ba­xım­dan S.Ağa­ma­lı­­oğ­lu­nun Hü­sey­ni qor­xaq ki­mi xa­rak­te­ri­zə eti­mə­si­nə eti­raz ola­raq Nə­ri­ma­nov ya­zır­dı ki, az bir adam­la bö­yük bir qo­şu­na qar­şı mü­ba­ri­zə apa­ran bir şəx­siy­yə­ti qor­xaq ki­mi ad­lan­dır­maq əda­lət­siz­lik­dir: “Qor­xaq o de­yil ki, yet­miş nə­fər pis si­lah­lan­mış adam­la on də­fə ar­tıq qüv­vət­li olan düş­mən­lə dö­yü­şür, odur ki, sol qrup­dan qor­xub işin əsil və­ziy­yə­ti­ni bil­dir­mir və bu­nun­la da par­ti­ya üzv­lə­ri­ni al­dı­dır, on­la­rı fəh­lə-kənd­li res­pub­li­ka­sın­da qı­zıl əs­gər gül­lə­rin­dən qa­nı tö­kü­lən fəh­lə­lə­rə qar­şı si­lah­lan­dı­rır. Qor­xaq odur ki, və­zi­fə­sin­dən öt­rü al­çaq­ca­sı­na ya­lan da­nı­şır, la­kin imam Hü­seyn ta­be ol­sun və öz vic­da­nı­nı sat­sın de­yə Ye­zid bü­töv bir vi­la­yə­ti ida­rə et­mə­yi ona tək­lif edir­di. O bu­nu et­mə­di: hə­lak ol­du”. [8]

Bu fi­kir­lə­ri­nə gö­rə, onu İs­lam di­ni­nin mü­da­fiə­çi­si ki­mi qə­lə­mə ve­rən­lə­rə ca­vab ola­raq Nə­ri­ma­nov qeyd edir­di ki, ilk də­fə “Ba­ha­dır və So­na” ro­ma­nın­da 20 il bun­dan əv­vəl kil­sə­nin döv­lət­dən ay­rıl­ma­sı ba­rə­də yaz­mış, mil­lət­lə­rin məhv edil­mə­si­ni və er­mə­ni So­na­nın türk Ba­ha­dır­la bir can­da qo­vuş­ma­sı­nı təb­liğ et­miş­dir.[9] Bu­nun­la da, Nə­ri­ma­nov de­mək is­tə­miş­dir ki, “di­nə qar­şı ma­te­ria­list ki­mi çı­xış et­mək bir şey­dir, bu mə­ra­sim­lə­ri ic­ra et­mə­yi qa­da­ğan et­mək məq­sə­di­lə si­lah­lı qüv­və tət­biq et­mək baş­qa şey”. [10] Bu ba­xım­dan Ar­zu Ha­cı­ye­va doğ­ru qeyd edir ki, N.Nə­ri­ma­no­vun di­nə ba­xı­şı bir çox ma­te­ria­list fi­lo­sof­lar­dan fərq­li ol­muş­dur: “Nə­ri­man Nə­ri­ma­nov bir çox baş­qa ma­te­ria­list fi­lo­sof­lar ki­mi di­ni qə­tiy­yət­lə in­kar və rədd et­mir, ona ta­ri­xin mü­əy­yən mər­hə­lə­sin­də ya­ra­na­raq in­san­la­rın hə­ya­tın­da müs­bət rol oy­na­mış və hə­lə də öz tə­sir qüv­və­si­ni sax­la­mış ba­xış­lar sis­te­mi ki­mi ba­xır”. [11]

De­mə­li, Nə­ri­ma­nov din mə­sə­lə­si­nə ma­te­ria­list ki­mi ya­naş­sa da, bu prob­le­min zor­la və dər­hal de­yil, dinc yol­la və tə­ka­mül­lə həll olun­ma­­sı­nın tə­rəf­da­rı ol­muş­du. An­caq ümu­mi­lik­də Nə­ri­ma­nov di­nin, o cüm­lə­­dən İs­lam di­ni­nin mü­əy­yən bir mər­hə­lə­də ara­dan qal­xa­ca­ğaı­na ina­nır­dı.

Ona gö­rə də, Nə­ri­ma­nov da­ha çox diq­qə­ti mark­sizm-le­ni­nizm mə­sə­lə­si­nə, xü­su­si­lə də el­mi kom­mu­niz­mə yö­nəlt­miş­dir. O, “El­mi kom­mu­niz­mi dər­ket­mə yo­lu” əsə­rin­də (əl­ya­zam) ta­ri­xi ma­te­ria­lizm və el­mi ma­te­ria­lizm mə­sə­lə­lə­ri­ni şərh et­miş­dir. O, hə­min əsə­rin ay­rı-ay­rı böl­mə­lə­rin­də (“Dia­lek­tik me­tod el­mi”, “Fəl­sə­fə”, “İdeo­lo­gi­ya”, “For­mal mən­tiq el­mi” və b.) idea­liz­min puç­lu­ğu fo­nun­da mark­sist-le­nin­çi ma­te­ria­liz­min əsas­la­rı­nı sü­but et­mə­yə ça­lış­mış­dır.

 

 

 

[1] Nərimanov N. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004, s.288

[2] Yenə orada, s.334

[3] Yenə orada, s.336

[4] Yenə orada, s.343

[5] Əhmədov H.M. Nəriman Nərimanov (həyatı, fəaliyyəti, pedaqoji və tibbi fikirləri). Bakı, ABU, 2004 s.202

[6] Yenə orada, s.201

[7] Nərimanov N. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004, s.446-447

[8] Yenə orada, s.447

[9] Yenə orada, s.429

[10] Yenə orada, s.448

[11] Hacıyeva Arzu Əşrəf qızı. N.Nərimanovun din haqqında fəlsəfi düşüncələri. Bakı: Az. Ensiklopediyası NPB,1998, s.160

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle