Qənirə Paşayeva Aşağı Öysüzlü, Yuxarı Öysüzlü və Abulbəyli kəndindən olan şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva Aşağı Öysüzlü, Yuxarı Öysüzlü və Abulbəyli kəndindən olan şəhid ailələri ilə görüşüb

Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Aşağı Öysüzlü, Yuxarı Öysüzlü və Abulbəyli kəndindən olan şəhid ailələri ilə görüşüb.
Abulbəyli kənd sakinləri –
“Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhidi baş leytenant Emin Pünhan oğlu Mahmudov (01.06.1994, Tovuz – 11.10.2020, Hadrut),
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid leytenant Aqil Aydın oğlu Məcidov (03.04.1998, Tovuz – 28.09.2020, Füzuli),
“Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid əsgər Röyal Elzar oğlu Aslanov (17.05.2001, Abulbəyli, Tovuz – 30.09.2020, Füzuli),
Aşağı Öysüzlü kənd sakinləri –
“Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Fuad Ramin oğlu Əliyev (10.05.2001, Aşağı Öysüzlü, Tovuz – 11.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Seymur Hüseyn oğlu Mehdiyev (20.04.1995, Aşağı Öysüzlü, Tovuz – 25.10.2020, Füzuli),
Yuxarı Öysüzlü kənd sakinləri –
“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Vüqar Seyid oğlu Əkbərov (12.09.1990, Tovuz – 07.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elmar Elşən oğlu Əhmədov (28.07.2000, Yuxarı Öysüzlü, Tovuz – 19.11.2020, Füzuli),
“Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Münasib Mübariz oğlu Yusifov (14.05.2000, Yuxarı Öysüzlü, Tovuz – 06.11.2020, Laçın),
“Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Yusif Yaşar oğlu Ələsgərovun (14.10.1996, Yuxarı Öysüzlü, Tovuz – 07.11.2020, Xocavənd) ailə üzvləri iştirak edib.
Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar zabit və əsgərlərin həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb, onları Ramazan bayramı münasibəti ilə təbrik edib:
“Əziz şəhid ailələri,
Siz Vətən uğrunda şəhid olmuş əsgərlərimizin doğmaları, ailə üzvlərisiz.
Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq.
Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik!
Sizlərə – şəhidlərimizin ailə üzvlərinə minnətdarıq!
Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.
Müqəddəs Ramazan bayramınız və qarşıdan gələn Cümhuriyyət gününüz mübarək olsun”!
Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.
Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Bir 4 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilər

Bir 5 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilər

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle