“Ruslar martın 8-də Xocalını pul müqabilində qaytarmağa söz vermişdilər, amma…” – Sensasion açıqlama

“Ruslar martın 8-də Xocalını pul müqabilində qaytarmağa söz vermişdilər, amma…” – Sensasion açıqlama

“Hələ Şuşa işğal olunmamışdan iki ay öncə, Xocalı soyqırımından sonra Rusiyanın Azərbaycandakı qoşunlarına rəhbərlik edən generalları pul müqabilində Xocalını qaytaracaqları barədə Prezident Ayaz Mütəllibova söz vermişdilər…”.

Turkustan.info xəbər verir ki, bunu o dövrdə Azərbaycan parlamentinin üzvü olmuş  politoloq Cümşüd Nuriyev Moderator.az əməkdaşının “Şuşanın işğalından sonra o vaxt istefada olan eks-prezident Ayaz Mütəllibovun hakimiyyətə qayıdacağı təqdirdə Rusiya generaliteti ilə bu şəhərin qaytarılacağı haqda razılığa gəlməsi barədə məlumatınız olmuşdumu” sualını  cavablandırarkən söyləyib. 

“Yadımdadır ki, 1992-ci il martın əvvəllərində biz o dövrün qeyrətli icra başçıları, iş adamları, imkanlı adamları vasitəsilə 300 min dollaradək vəsait toplayıb  Gəncədəki 104-cü hava-desant diviziyasının komandiri Şerbaka vermişdik.  Şerbak söz vermişdi ki, Ayaz Mütəllibov hakimiyyətdə qalacağı təqdirdə martın 8-də Xocalını erməni hərbi birləşmələrindən azad edəcəklər.  Sadəcə, bizim səhvimiz ondan ibarət oldu ki, Xalq Cəbhəsinin nümayəndələri ilə danışıqlarda Şerbakla bu razılığımızı açıqladıq və onlardan iki gün möhlət istədik ki, mitinqləri dayandırın və imkan verin, Xocalını qaytaraq. Lakin onlar məsələni bilən kimi dərhal martın 5-6-da parlamentin mühasirəsini təşkil edib tələb qoydular ki, Ayaz Mütəllibov istefa versin. Buna görə də Xocalının azad olunması baş tutmadı. Özü də ruslar yalnız Xocalını deyil, Əsgəranın da, Pirənəki və Pircamal kəndlərinin, eləcə də Xocalı hava limanının da  Azərbaycanın nəzarətinə keçəcəyinə söz vermişdilər. Laçının işğalından öncə  yenə də Rusiya generalları ilə Mütəllibov arasında Şuşanın qaytarılması haqda danışıqlar olmuşdu. Lakin yenə də AXC liderlərinin nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək məqsədini qarşılarına qoyması bunun qarşısını aldı…”-deyə sabiq deputat bildirib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle