Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

IV Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

Nəriman Nə­ri­ma­nov 1917-ci ilə qə­dər əsa­sən, si­ya­si ide­ya cə­hət­dən yo­lu­nu mü­əy­yən­ləş­di­rə bil­mə­miş­dir. Bu mə­na­da, onun hə­min döv­rə qə­dər mark­siz­mə mü­na­si­bə­ti M.Ə.Rə­­sul­za­də, A.Ka­zım­­za­də, M.H.Ha­cıns­ki, Ü.Ha­cı­­bəy­­li və baş­qa­la­rı ilə mü­qa­yi­sə­də elə də cid­di şə­kil­də fərq­lən­­mə­­miş­dir. Hət­ta de­yə bi­lə­rik ki, N.Nə­ri­ma­nov mark­siz­mə da­ha eh­ti­yat­la ya­naş­mış, bir çox hal­lar­da İs­la­mın əsas­la­rı­nı so­sia­lizm­­dən, ey­ni za­man­da əs­rin elm və fən­lə­rin­dən üs­tün he­sab et­miş­­dir. Gö­rü­nür, bu­nu nə­zə­rə ala­raq Rə­sul­za­də son­ra­­lar ya­zır­dı ki, Nə­ri­man­­ov 1906-cı il­də nəşr olu­nan “Qa­ra qar­tal­lar” ad­lı mə­qa­lə­sin­də mark­siz­mi və so­sia­liz­mi rədd et­miş, bir çox əsər­lə­rin­də isə İs­la­mın əsas­­la­rı­nı əs­rin elm və fən­lə­ri­nə qar­şı qoy­muş­dur.[1] So­vet­lər Bir­li­yi döv­rün­də Ə.Qa­ra­yev, M.D.Hü­seyn­­ov və H.Cə­bi­yev də Nə­ri­man­­ov haq­qın­da ya­zır­­dı­lar ki, o, 1917-ci ilə qə­dər bol­şe­vik hə­rə­ka­tın­dan uzaq ol­muş­dur. [2]

İlk dövr­lər­də – 1900-cu il­lər­də N.Nə­ri­ma­no­vun so­si­al-de­mok­rat əqi­də­si­nə-mark­siz­mə mü­na­si­bə­ti da­ha çox maa­rif­çi xa­rak­ter da­şı­mış­dır. Nə­ri­ma­no­va gö­rə, Mark­sın mə­nə­viy­ya­tın, ic­ti­mai ba­xış­la­rın iq­ti­sa­di şərt­lər­dən ası­lı ol­ma­sı ha­qın­da ma­te­ria­list ba­xış­la­rı­nı ba­şa düş­mək üçün Dar­vi­nin ma­te­ria­list nə­zə­riy­yə­si ilə ta­nış ol­maq la­zım­dır. N.Nə­ri­ma­nov he­sab edir­di ki, bu tə­lim mark­siz­min mey­da­na gəl­mə­si­nin əsas amil­lə­rin­dən bi­ri ol­muş­du. Mü­əl­lif ya­zır: “Mə­sə­lən, nə sə­bə­bə Marks “məi­şət”, eko­no­mi­çes­ki möh­tac­lı­ğın əh­val-ru­hiy­yə­yə bö­yük tə­si­ri ol­ma­sı­nı həll edib­dir. Bu­nu dü­rüst an­la­maq üçün və Mark­sın bu ba­rə­də söy­lə­di­yi fi­kir­lə­ri­ni qə­bul et­mək üçün tə­bii elm­lər­dən xə­bər­dar ol­maq gə­rək”. [3]

O, yal­nız 1917-ci ilin fev­ral bur­jua in­qi­la­bın­dan son­ra bir­mə­na­lı ola­raq pro­le­tar dik­ta­tu­ra­sı­nın tə­rəf­da­rı ol­muş, mark­sist-le­nin­çi prin­sip­lər çər­çi­və­sin­də Azər­bay­can­da da so­sia­lizm-kom­mu­nizm cə­miy­yə­ti­nin qu­ru­la­ca­ğı­na inan­mış­dı: “Ey mü­səl­man qar­daş­lar! Fəh­lə­lər, zəh­mət­keş­lər və vic­da­nı oyan­mış zi­ya­lı­lar! Mil­lə­tin səa­də­ti­ni is­tə­yir­si­niz isə bu mil­lə­ti zikr olu­nan mü­qəd­dəs nöq­tə­yə də­vət edir­si­niz isə, “Hüm­mət” ic­ti­ma­iy­yun-amiy­yun fir­qə­si “Hüm­mət” təş­ki­la­tiı­nın bay­ra­ğı al­tı­na cəm olu­nuz”.[4] Fik­ri­miz­cə, mark­sizm-le­ni­niz­min Azər­bay­can­da ta­ma­mi­lə if­la­sa uğ­ra­dı­ğı bir za­man­da N.Nə­ri­ma­no­vun Ru­si­ya bol­şe­vik­lə­ri­nin, xü­su­si­lə on­la­rın rəh­bə­ri Le­ni­nin tak­ti­ka­sı­na uy­ğun ola­raq “Azər­bay­can bol­şe­vik­lə­ri”nin li­de­ri ki­mi önə çə­kil­mə­si tə­sa­dü­fi ol­ma­mış­dır.

Ümu­miy­yət­lə, Nə­ri­ma­nov SSRİ döv­rün­də bir ne­çə də­fə əv­vəl­lər özü­nün an­tis­lam­çı­lıq və an­ti­türk­çü­lük möv­qe­yin­də ol­ma­sı ba­rə­də fi­kir­lər səs­lən­dir­miş­di. An­caq Nə­ri­ma­nov bey­nəl­­mi­ləl­­çi­li­yi­ni və an­tis­lam­çı­lı­ğı­nı elə bir for­ma­da təq­dim edir ki, zid­diy­yət açıq-aş­kar hiss olu­nur. Mə­sə­lən, o, Azər­bay­can So­vet Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğal olun­duq­dan son­ra ya­zır­dı ki, “Ba­ha­dır və So­na” əsə­rin­də bey­nəl­mi­ləl ide­ya­la­rı təb­liğ edə­rək, hər cür di­ni və mil­li­yət­çi­li­yi in­kar et­miş­dir (47, 438). [5] Bu mə­sə­lə­də Nə­ri­ma­nov bir qə­dər if­ra­ta va­rır­dı, çün­ki 19-cu əs­rin so­nu 20-ci əs­rin əv­vəl­lə­rin­də onun is­la­ma mü­na­si­bə­ti və mil­liy­yə­tə ba­xış heç də mən­fi  xa­rak­ter da­şı­ma­mış­dır. Ya­xud da o ya­zır­dı ki, Ni­ko­la­yın sü­qu­tun­dan əv­vəl pa­nis­la­mist­lər­lə bir yer­də iş­lə­sə də (!), on­la­rın ide­ya­la­rı­na cid­di ya­naş­ma­mış­dır:  “.. hə­lə Ni­ko­la­yın sü­qu­tun­dan əv­vəl mən pa­nis­la­mist­lər­lə iş­lə­mi­şəm, bi­zim bir məq­sə­di­miz var­dı – Ni­ko­la­yı yıx­maq, on­lar da Ni­ko­la­yı yıx­maq is­tə­yir­di­lər, biz də.  La­kin on­lar pa­nis­la­mizm­dən da­nış­ma­ğa baş­la­yan­da, mən hə­mi­şə gü­lüb de­yir­dim: Heç vaxt siz mil­lə­tə­ri is­lam bay­ra­ğı al­tın­da  top­la­ya bil­mə­yə­cək­si­niz, heç vaxt fars Tür­ki­yə­nin bay­ra­ğı­nın al­tın­da ya­şa­ma­ğa ra­zı ol­ma­ya­caq, heç vaxt türk ra­zı ol­maz ki, ba­şı üs­tün­də İran tay­fa­sı ağa­lıq et­sin”. [6]

Bu­nun­la da, Nə­ri­ma­nov 1917-ci il Ru­si­ya bur­jua in­qi­la­bın­­dan son­ra de­yil, əv­vəl­lər də bey­nəl­mi­ləl­çi və mark­sist ol­ma­sı­nı sü­but et­mə­yə ça­lış­mış­dır ki, bu mə­sə­lə də, onu ba­şa düş­mək çə­tin de­yil­dir. O, so­si­al-de­mok­ra­tiz­mə tə­sa­dü­fən üz tut­ma­dı­ğı­nı əsas­­lan­­dır­maq üçün özü­nü bey­nəl­mi­ləl­çi ki­mi qə­ləm ve­rir­di. Əgər Nə­ri­ma­nov 1917-ci il fev­ral bur­jua in­qi­la­bın­dan son­ra so­si­al-de­mok­ra­tiz­mə de­yil, mil­li-de­mok­ra­tiz­mə üz tut­say­dı o za­man da, vax­ti­lə türk­lük və is­lam­la bağ­lı ya­zı­la­rı­nı nü­mu­nə gös­tə­rə­cək­di. Hət­ta, biz­cə, Nə­ri­ma­nov mil­li-de­mok­ra­tizm xət­ti­ni  se­çib, bu za­man möv­qe­yi­ni əsas­lan­dır­maq üçün vax­ti­lə is­la­ma və türk­lü­yə bağ­lı ol­du­ğu­nu id­dia et­miş ol­say­dı da­ha inan­dı­rı­cı və ger­çək gö­rü­nər­di. De­mə­li, so­vet döv­rün­də bu fik­ri ifa­də edən Nə­ri­ma­nov si­ya­si-ideo­lo­ji mü­hi­tə uy­ğun ola­raq çı­xış et­miş, bu­nun­la da 1917-ci ilə qə­dər­ki tə­rəd­düd­lü möv­qe­yi­nə bol­şe­vik don ge­yin­dir­mə­yə ça­lış­mış­dır.

An­caq ha­zır­da bə­zi təd­qi­qat­çı­lar id­dia edir­lər ki, Nə­ri­ma­no­vun bu cür fi­kir­lə­ri onun vax­ti­lə di­nə mü­na­si­bət­də “it­ti­ha­di-is­lam­çı­lar”a (Hü­seyn­­­za­də, Ağa­oğ­lu və b.) nis­bə­tən  da­ha ra­sio­nal möv­qe tut­ma­sı ilə bağ­lı ol­muş­dur.[7] Mə­sə­lən, A.Ha­cı­ye­va­ya gö­rə, “it­ti­ha­di-is­lam­çı­lar”ın (Ə.Hü­seyn­za­də, Ə.Ağa­oğ­lu və b.) ba­xış­la­rı xül­ya ol­du­ğu hal­da, N.Nə­ri­­man­­ov ger­çək­çi ol­muş­dur. Bu mə­na­da, o ya­zır ki, “di­ni xül­ya­la­rın so­sia­lizm­lə qa­rı­şıq sa­lın­ma­sı N.Nə­ri­ma­no­vun ba­xış­la­rı­na yad idi”. [8] A.Ha­cı­ye­va­nın “di­ni xül­ya” de­di­yi Ağa­oğ­lu, Hü­seyn­za­də tə­rə­fin­dən irə­li sü­rü­lən mü­səl­man xalq­la­rı­nın oya­nı­şı, azad­lı­ğı və bir­li­yi idi. Vax­ti­lə so­vet ideo­loq­la­rı on­la­rın bu ide­ya­la­rı­nı ta­mam baş­qa mə­na­ya yoz­muş və təh­rif et­miş­lər. Gö­rü­nən odur ki, in­di də so­vet tə­fək­kü­rü­nün bu dü­şün­cə­sin­dən bir çox­la­rı qur­tul­ma­mış­dır. Ona gö­rə də, gü­nü­müz­də də Ağa­oğ­lu, Hü­­seyn­za­də “it­ti­ha­di-is­lam­çı”lar ad­lan­dı­rı­lır, on­la­rın is­lam­çı­lıq və türk­çü­­lük­­lə bağ­lı fi­kir­lə­ri “di­ni xül­ya” ki­mi qə­lə­mə ve­ri­lir. Bu­nu, A.Ha­cı­ye­va­nın “it­ti­ha­di-is­lam­çı­lar”ın ba­xış­la­rı­nı ifa­də edər­kən yaz­dı­ğı söz­lər də təs­diq edir: “Müx­tə­lif əra­zi­lər­də ya­şa­yan, müx­tə­lif iq­ti­sa­di, si­ya­si-ic­ti­mai in­ki­şaf yo­lu keç­miş xalq­la­rın is­lam bay­ra­ğı al­tın­da, va­hid mil­lət ha­lın­da bir­lə­şə bi­lə­cə­yi uto­pik bir xül­ya tə­si­ri ba­ğış­la­yır”.[9] Əs­lin­də Ağa­oğ­lu, Hü­seyn­za­də­nin nə­zər­də tut­du­ğu “va­hid is­lam” mil­lə­ti­nin, ya da döv­lə­ti­nin ya­ran­ma­sı de­yil, mü­səl­man­lar ara­sın­da mə­nə­vi bir­li­yin ya­ran­ma­sı idi. Bü­tün bun­lar SSRİ döv­rün­də təh­rif edil­miş və so­vet ideo­lo­gi­ya­sı­na uy­ğun­laş­dı­rıl­mış­dır. Bir söz­lə, SSRİ döv­rün­də mil­li ideo­loq­la­rın fi­kir­lə­ri bir, rus bol­şe­viz­mi­nə xid­mət edən­lə­rin dü­şün­cə­lə­ri isə di­gər is­ti­qa­mət­də təh­rif edil­miş­dir.

Bu mə­na­da, rus bol­şe­viz­mi­nin yo­lu­nu tu­tan Nə­ri­ma­nov və onun məs­lək­daş­la­rı­nın SSRİ döv­rün­də mif­ləş­di­ril­mə­si tə­sa­dü­fi ol­ma­mış­dır. Bu o döv­rün mü­hi­ti və ideo­lo­gi­ya­sı ilə bir­ba­şa bağ­lı ol­muş­dur. Bun­da yal­nız so­vet ideo­loq­la­rı de­yil, ey­ni za­man­da rus bol­şe­viz­mi­nə üz tu­tan­la­rın öz­lə­ri də ma­raq­lı ol­muş­lar. Əgər prob­­le­mə oy­bek­tiv ya­naş­saq gö­rə­rik ki, Nə­ri­ma­nov da 1917-ci il fev­ral bur­jua in­qi­la­bı­na qə­dər is­lam və türk­lü­yə bir ide­ya xət­ti ki­mi bax­ma­sa da, ümu­mi­lik­də  on­la­rı bir­mə­na­lı şə­kil­də in­kar­çı­lıq yo­lu da tut­ma­mış­dır. Bu dövr­də bir çox Azər­bay­can türk ay­dın­la­rı ki­mi, Nə­ri­ma­nov da mil­li ide­ya ax­ta­rı­şın­da ol­muş­dur. Məhz bu sə­bə­dən­dir ki, Nə­ri­ma­nov bir tə­rəf­dən Türk-İs­lam mə­də­niy­yə­ti və ideo­lo­gi­ya­sı xət­ti­nə qul­luq edən qə­zet­lər­lə əmək­daş­lıq et­miş, di­gər tə­rəf­dən mil­li so­si­al-de­mok­rat yön­lü “Hüm­mət”in üz­vü ki­mi mark­sizm­lə də ma­raq­lan­mış­dır. Bu ba­xım­dan, hə­min dövr­də Nə­ri­ma­no­vun ya­zı­la­rı ümu­mi xa­rak­ter­li­dir və ide­ya ba­xım­dan konk­ret­lik­dən çox uzaq­dır. O, is­la­mın və türk­lü­yün də, so­si­al-de­mok­ra­ti­ya­nın da müs­bət cə­hət­lə­ri­ni gös­tər­miş, an­caq on­la­ra qar­şı hər han­sı cid­di tən­qid­lər­dən yan qaç­mış­dır. Hal­bu­ki mil­lə­tin dər­di hər bir mü­tə­fək­ki­ri dü­şün­dü­rə bi­lər, an­caq o çı­xış yo­lu gös­tər­mə­li­dir. N.Nə­ri­ma­nov isə hə­min dövr­də konk­ret bir ide­ya se­çə bil­mə­di­yi üçün ümu­mi te­zis­lər­lə çı­xış edir­di. Hər hal­da, ümum­mil­lə­tin, mü­səl­man­la­rın dərd­lə­ri­ni dü­şün­mək bir şey­dir, bun­dan çı­xış yo­lu ki­mi hər han­sı­sa bir ide­ya­nı qə­bul edib onu in­ki­şaf et­dir­mək baş­qa bir şey­dir.

Aka­de­mik F.Q.Kö­çər­li tə­rə­fin­dən qeyd edi­lən be­lə bir fi­kir­lə ra­zı­laş­maq müm­kün de­yil ki, Nə­ri­ma­nov mark­siz­min baş­lı­ca müd­dəa­la­rı haq­qın­da sət­hi tə­səv­vü­rə ma­lik ol­du­ğu üçün, “sin­fi mü­ba­ri­zə­nin el­mi mark­sist an­la­yı­şı sə­viy­yə­si­nə qə­dər yük­səl­mə­miş, sin­fi mü­ba­ri­zə­nin an­ta­qo­nist cə­miy­yət­lə­rin əsil hə­rə­kət­ve­ri­ci qüv­və­si ol­du­ğu­nu, pro­le­ta­ria­tın azad­lıq ro­lu­nu və onun mü­ba­ri­zə­si­nin pro­le­tar dik­ta­tu­ra­sı ilə nə­ti­cə­lə­nə­cə­yi­ni tam ay­dın­lı­ğı ilə dərk edə bil­mə­miş­di”. [10] Tər­si­nə, 1917-ci il fev­ral bur­jua de­mo­k­ra­tik in­qi­la­bı­na qə­dər Nə­ri­ma­nov mark­sizm-le­ni­nizm haq­qın­da ki­fa­yət tə­səv­­vü­rə ma­lik ol­du­ğu üçün on­dan uzaq dur­muş, bir növ özü­nün də eti­raf et­di­yi ki­mi, kom­mu­niz­min qu­rul­ma­sı­na uto­pi­ya ki­mi bax­mış­dır.  Bu ba­xım­­dan, o he­sab et­miş­dir ki, ya­xın za­man­­lar­da yal­nız bur­jua de­mo­k­ra­tik in­qi­la­bı­nın ger­çək­ləş­mə­si müm­­kün­­dür və küt­lə­ni də yal­nız onun mə­nə­vi-ru­ha­ni hə­ya­tın­da­kı çev­ri­li­şə ha­zır­la­maq la­zım­dır.[11]

Fik­ri­miz­cə, uzun müd­dət Türk-İs­lam-Şərq və Rus-Qərb-Av­ro­pa iki­li­yi ara­sın­da tə­rəd­düd edən Nə­ri­man­­ov­­un so­nun­cu­nu seç­mə­sin­də 1917-ci il Ru­si­ya fev­ral bur­jua in­qi­la­bı və so­si­al-de­mok­ra­tiz­mə bəs­lə­di­yi ümid­lər mü­hüm rol oy­na­mış­dır. Bu mə­na­da, o, hə­min in­qi­la­bın tə­si­ri al­tın­da yal­nız so­sia­lizm qu­ru­lu­şun­da mil­liy­yə­tin­dən və di­nin­dən ası­lı ol­ma­­ya­raq in­san­la­rın bir-bi­ri­lə yol­daş ola­caq­la­rı­nı inan­mış­dır: “Bol­­şe­v­ki­lər mə­nim ar­zu­la­dı­ğım dün­ya­nın qa­pı­sı­nı aça bi­lə­cək ye­ga­nə ha­ki­miy­yə­ti – xalq ha­ki­miy­yə­ti­ni ye­ni­dən ya­rat­maq ümi­di ilə sin­fi mü­ba­ri­zə­də qan tö­kür­lər”. [12]

Məhz o, so­si­al-de­mok­ra­tiz­mi seç­di­yi üçün, so­vet dövr­­ün­­də vax­ti­lə da­ha çox me­yil et­di­yi is­lam­lıq və türk­lü­yü de­yil, qərb­sa­ya­ğı bey­nə­mi­ləl­çi­li­yi mü­da­fiə et­mək zo­run­da qa­lıb. Ey­ni za­man­da, Nə­ri­man­­ov yal­nız rus bol­şe­vik­lə­ri­nə qo­şul­duq­dan, hət­ta on­lar­la bir­ləş­­mək fik­ri­nə düş­dük­dən son­ra bir­mə­na­lı şə­kil­də türk­çü­lük və is­lam­­çı­­lı­ğın əleyh­da­rı­na çev­ril­miş­dir. Hət­ta, o id­dia edir­di ki, Azər­bay­can türk mü­tə­fək­kir­lə­ri­nin bir ço­xu Os­man­lı türk­­lə­ri­nə gü­və­nə­rək türk­çü­lü­yü ya­yır­lar. [13] Bu­nun ıvı­zin­də Nə­ri­ma­nov özü isə M.Əziz­bə­yov, S.M.Əfən­di­yev ki­mi Azər­bay­ca­nın gə­lə­cə­yi­­ni Ru­si­ya­da gör­müş­dü. Rə­sul­za­də­nin təb­rin­cə de­sək, Nə­ri­ma­nov üçün ar­tıq ümid ye­ri, çı­xış yo­lu yal­nız bol­şe­vik Ru­si­ya­sı və onun li­de­ri Le­nin idi: “O za­man mü­səl­­man so­sia­list­lə­rin ələm­da­rı bu­lu­nan “Hüm­mət” fir­qə­si baş­da dok­tor Nə­ri­man ol­maq üz­rə Azər­bay­can mux­ta­riy­yə­ti­nin ədəvv-ca­nı idi. “Hüm­mət”ə gö­rə biz mil­lə­ti fə­la­kə­tə çə­kir və mən qey­ri həqq mil­lət na­mi­nə söz söy­lə­yir­mi­şik. Azər­bay­can fik­ri, türk­lük id­dia­la­rı xal­qın de­yil, bir sı­ra bur­jua­pə­rəst “boş­bo­ğaz­lar”ın imiş. Mü­səl­man­la­rın mən­fəə­ti “qır­mı­zı əmə­lə bay­ra­ğı”nın al­tı­na top­lan­maq və “Ru­si­ya de­mok­ra­ti­ya­sı”ndan ay­rıl­ma­maq­da imiş”. [14]

 

[1] Resulzade M.E.Hatıralar ve Kafkasya. İstanbul, 2011, s.193

[2] Həsənov H.Ə. Nəriman Nərimanov–milli təmayüllü kommunist.Bakı: Pedaqogika,2004, s.59

[3] «Həyat» qəzeti, 1906-cı il, №149, 160

[4] Nərimanov N. Məqalələr və nitqlər. I c, II cilddə, Bakı, 1977, s.121

[5] Nərimanov N. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004, s.438

[6] Н.Нариманов. Избранные произведения. Т.2, Баку, Eлм, 1989, s.495

[7] Hacıyeva Arzu Əşrəf qızı. N.Nərimanovun din haqqında fəlsəfi düşüncələri. Bakı: Az. Ensiklopediyası NPB,1998, s.17

[8] Yenə orada, s.61

[9] Yenə orada, s.16-17

[10] Köçərli F.Q. Nəriman Nərimanov. Bakı, Azərnəşr, 1965, s.74

[11] Nərimanov N. Məqalələr və nitqlər. I c, II cilddə, Bakı: Azərnəşr, 1977, s.210

[12] Yenə orada, s.190

[13] Azərbaycan sovet ədəbiyyatı tarixi. II cilddə 1-ci cild. Bakı, Azərnəşr, 1967, s.32

[14] Rəsulzadə M.Ə. Əsərləri. IV cild, Bakı, «Qanun», 2013, s.10

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle