Penitensiar xidmətin əsgəri özünü GÜLLƏLƏDİ

Penitensiar xidmətin əsgəri özünü GÜLLƏLƏDİ

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

Turkustan.info xəbər verir ki, Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle