Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

V Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

1917-ci il okt­yabr rus in­qi­la­bın­dan son­ra bol­şe­vi­z­mə bəs­­lə­di­yi ümi­din art­ma­sı­nın nə­ti­cə­si idi ki, Nə­ri­­ma­nov 1918-ci ilin əv­vəl­­lə­rin­də “Hüm­mət” qə­ze­tin­də dərc olu­nan bir mə­qa­lə­­sin­də üzü­nü mü­səl­man­la­ra tu­ta­raq ya­zır­dı: “Bir ümid ye­ri­niz var­sa, o da ta­zə hö­ku­mət­dir (Şu­ra hö­ku­mə­ti­dir – F.Ə.) və var qüv­və­niz­lə ona kö­mək et­mə­li­si­niz. Si­zin hər cə­hət­dən ni­cat yo­lu­nuz Le­ni­nin mə­ram­na­mə­sin­də­dir”. [1] Fik­ri­miz­cə, mark­sizm-le­ni­niz­min Azər­bay­can­da if­la­sa uğ­ra­dı­ğı bir za­man­da N.Nə­ri­ma­no­vun Ru­si­ya bol­şe­vik­lə­ri­nin, xü­su­si­lə on­la­rın rəh­bər­lə­ri Le­ni­nin və Sta­li­nin tak­ti­ka­sı­na uy­ğun ola­raq “Azər­bay­can bol­şe­vik­­lə­ri”nin li­de­ri ki­mi önə çə­kil­mə­si tə­sa­dü­fi ol­ma­mış­dır. Bu, Azər­bay­ca­nı ye­ni­dən müs­­təm­­lə­kə­si ha­lı­na gə­tir­mək is­tə­yən rus im­pe­ri­ya­­sı­nın ye­ni bir tak­ti­ka­sı idi. Le­nin baş­da ol­maq­la bol­şe­vik­lə­rin fi­kir də­yiş­­dir­mə­si­nə əsas sə­bəb daş­nak Şa­um­ya­nın əli ilə nə­zər­də tut­duq­­la­rı Azər­bay­can türk­lə­ri­nin soy­qı­rı­mı­nı ta­ma­mi­lə re­al­­laş­dı­ra bil­mə­mə­lə­ri ol­muş­du. Bu ba­xım­dan bol­şe­vik­lər tak­ti­ka də­yiş­­dir­­ə­rək bu də­fə türk-mü­səl­man bol­şe­vik li­de­ri­nin əli ilə Azər­­bay­ca­na sa­hib çıx­ma­ğa qə­rar ver­miş­di­lər. Bu tak­­ti­ka­­ya gö­rə, xalq ara­sın­da mü­əy­yən qə­dər ta­nı­nan, ey­ni za­man­­da sos­­i­al-de­mok­rat əqi­də­si­nə sə­mi­mi şə­kil­də ta­pı­nan Nə­ri­­man­­ov mil­li-de­mok­ra­tik qüv­və­lə­rə və onun ba­riz tə­za­hü­rü olan mil­li hö­ku­­mə­tə qar­şı bir “pro­le­tar” si­ma ki­mi önə çı­xa­rıl­­ma­lı, hə­min “mü­səl­man-türk so­sia­list” si­ma­sı­nın da ra­zı­lı­ğı ilə Mil­li hö­ku­mət dev­ril­mə­li və son ola­raq Nə­ri­ma­no­vun “müs­­tə­­qil So­vet Azər­bay­ca­nı”nın baş­çı­sı ol­du­ğu­­nu bə­yan et­mək­lə Az­­ər­­­bay­ca­nın iş­ğa­lı­na hər­tə­rəf­li haqq qa­zan­dı­rıl­ma­lı idi. Ma­raq­­lı­dır ki, Sta­lin Rə­sul­za­də ilə söh­bə­tin­də Nə­ri­­ma­nov­la on­la­rın ara­­sın­da be­lə bir an­laş­ma­nın ol­du­ğu­nu giz­lət­mə­miş­dir.[2]

Doğ­ru­dur, ha­zır­da bə­zi təd­qi­qat­çı­lar (Ş.Qur­ba­nov, H.Hə­sə­nov və b.) he­sab edir­lər ki, Nə­ri­ma­nov So­vet Ru­si­ya­sı­nın baş­çı­la­rı ilə de­yil, on­lar onun­la an­la­şıb­lar. Hət­ta, bu­nu müs­bət fak­tor ki­mi də­yər­lən­di­rən H.Hə­sə­nov ya­zır ki, Le­nin­lə da­nı­şıq­lar­da Nə­ri­ma­nov Azər­bay­­ca­nın müs­tə­qil­li­yi, Ba­kı­nın pay­taxt ol­ma­sı və mil­li adət-ənə­nə­lə­rin nə­zə­rə alın­ma­sı ki­mi şərt­lər irə­li sür­müş­dür.[3] Bu priz­ma­dan çı­xış edən Şa­mil Qur­ba­nov da ya­zır­dı ki, ona qar­şı irə­li sü­rü­lən it­ti­ham­la­rın heç bir əsa­sı yox­dur: “İn­di bə­zi alim­lər və tə­sa­dü­fi jur­na­list­lər na­haqq ye­rə onu tən­qid atə­şi­nə tu­tur­lar, ye­ri gəl­di-gəl­mə­di tən­qid et­mə­dən ke­çin­mir­lər”.[4] Biz­cə, N.Nə­ri­ma­nov­la bağ­lı irə­li sü­rü­lən bə­zi tən­qi­di fi­kir­lər heç də əsas­sız de­yil­dir. Be­lə ki, Azər­bay­can Cüm­hu­riy­­yə­ti­nin tim­sa­lın­da Azər­bay­can xal­qı bir mil­lə­tin ta­le­yin­də önəm­li rol oy­na­yan ide­ya­la­rı (is­tiq­lal, müs­tə­qil par­la­ment, müs­tə­qil or­du, bay­raq və s.) əl­də et­dik­dən son­ra, onu So­vet Ru­si­ya­­sı­nın əli ilə yı­xıb ye­rin­də “müs­tə­qil So­vet Azər­bay­ca­nı” qur­ma­ğın da, bu mə­na­da Nə­ri­ma­no­vun So­vet Ru­si­ya­­sı­­nın baş­çı­la­rı ilə əs­lin­də ta­be­çi­lik an­laş­ma­sı əsa­sın­da, on­la­rın qar­şı­sın­­da han­sı­sa şərt­lər­lə çı­xış et­mə­si­nin də heç bir an­la­mı yox idi. Bu­ra­da qa­za­nan yal­nız bir tə­rəf var idi: So­vet Ru­si­ya­sı və onun əlal­tı­la­rı. Fik­ri­miz­cə, bu ba­xım­dan Nə­ri­ma­nov So­vet Ru­si­ya­sın­dan de­yil, So­vet Ru­si­ya­sı Azər­bay­can Cüm­hu­riy­­yə­ti­ni iş­ğa­lı pla­nı çər­çi­və­­sin­də “Nə­ri­ma­nov fak­to­ru”ndan mak­si­mum fay­da­lan­mış­dır. Bu­nu, hə­min dövr­də Mosk­va­da ya­şa­yan Nə­ri­ma­no­vun Azər­bay­can­da baş ve­rən­lər­lə bağ­lı Le­ni­ni dai­ma mə­lu­mat­lan­dır­ma­sı, “Qaf­qa­zın iş­ğa­lı­na ba­xış” mə­ru­zə­si və xü­su­si­lə, Azər­bay­ca­nın baş na­zi­ri N.Yu­sif­­bəy­li­yə yaz­dı­ğı mək­tu­bun­dan açıq şə­kil­də gör­mək müm­kün­dür.

Nə­ri­ma­nov son­ra­lar özü də eti­raf edir­di ki, Mosk­va­da ol­du­ğu dövr­də “Azər­bay­can­da ha­ki­miy­yə­tin bol­şe­vik­lə­rin əli­nə keç­mə­si üçün (əs­lin­də müs­tə­qil bir döv­lə­ti – Azər­bay­can Cüm­hu­riy­yə­ti­ni iş­ğal et­mək üçün) ha­zır­lıq işi  gö­rül­müş”[5] o, isə bu pla­nın hə­ya­ta ke­çi­ril­mə­si üçün Le­ni­nə xid­mət et­miş­dir.

1919-ci il iyu­lun­da Həş­tər­xan Vi­la­yə­ti (qu­ber­ni­ya­sı) Xalq Maa­ri­fi di­rek­to­ru N.Nə­ri­ma­nov N.Yu­sif­bəy­li­yə yaz­dı­ğı mək­tu­bun­da bol­şev­­ik­­lər­lə bir yer­də ol­ma­sı­nı si­ya­si-ideo­lo­ji ba­xış­la­rın­­da­kı fərq­lər­lə izah et­mə­yə ça­lış­mış­dır: “Mən türk­lə­ri Qaf­qa­za də­vət et­mək tə­rəf­dar­la­rı­na qar­şı da­im cid­di şə­kil­də çı­xış et­dim. Hət­ta mə­nim Du­ma sa­lo­nun­da oxu­du­ğum son dərs də ta­ma­mi­lə bu möv­zu­ya həsr olun­muş­du və mən in­di­ki və­ziy­yə­ti­ni­zi təs­bit və ay­dın şə­kil­də gös­tər­­miş­dim. Pan­tür­kizm və pa­nis­la­mizm dü­şün­cə­lə­ri­ni ya­yar­kən mən bir kom­mu­nist ki­mi si­zin qə­ti əley­hi­ni­zə çıx­mış­dım, la­kin Tür­ki­yə qa­na­dı al­tı­na gir­mək cəh­di­ni­zə, bir psi­xo­loq ki­mi lütf­ka­ra­nə ba­xır­dım. Tür­ki­yə “zə­fər­lə” gə­lib rüs­vay­çı­lıq­la get­di. Ba­ğış­la­yın, siz İn­gil­tə­rə­nin çək­mə­lə­ri al­tın­da əzi­lə-əzi­lə onu mü­səl­man küt­lə­si­nə tə­rif­lə­mə­yə baş­la­dıq­dan son­ra isə da­ha mə­nim nə­zə­rim­də ide­ya­lı adam­lar, mil­lə­ti və xal­qı se­vən adam­lar de­yil­si­niz…”.[6]

Nə­ri­ma­nov da­ha son­ra ya­zır­dı ki, ya­xın­da De­ni­ki­nin də so­nu­na çı­xı­la­caq və So­vet Ru­si­ya­sı­nın güc­lü qol­la­rı ta­ma­mi­lə açı­la­caq: “Əgər əv­vəl­ki ki­mi kar və kor­su­nuz­sa, əgər in­di, xü­su­si­lə Ver­sal sul­hun­dən son­ra dün­ya sə­viy­yə­sin­də nə­lər ol­du­ğu­nu gör­mür və eşit­mir­si­niz­sə, o za­man So­vet Ru­si­ya­sı si­zin üçün bir o qə­dər qor­xu­du­cu de­yil… Bü­tün bu si­ya­sət üçün Qaf­qaz Mü­səl­man iş­çi və kənd­li­lə­ri­nin məh­kə­mə­si qar­şı­sın­da ca­vab ver­mə­li ola­caq­sı­nız. Müd­hiş sa­at ya­xın­la­şır… Siz­dən so­ru­şa­caq­lar: bəs bil­mir­di­niz­mi ki, Azər­bay­can və Ba­kı So­vet Ru­si­ya üçün xü­su­si möv­qe tu­­tur­­du­­?… So­vet Ru­si­ya­sı­nın Er­mə­nis­tan və Gür­cüs­tan ilə əla­qə­lə­ri əhə­­miy­yət­li rol oy­na­mır, am­ma Ba­kı So­vet Ru­si­ya­sı­nı hə­ya­tı­dır. Siz qa­baq­cıl mü­səl­man­lar isə da­im bu cid­di mə­sə­lə ilə oy­na­ya­raq rus fəh­lə­lə­ri­nə və kənd­li­lə­ri­nə son də­rə­cə nan­kor­luq et­di­niz… Tam bir xal­qın hə­ya­tı ilə, qı­zıl əs­gər­lə­ri xa­rü­qü­la­də­lər ya­ra­dan bü­töv bir döv­lə­tin hə­ya­tı ilə oy­na­maq ol­maz, am­ma siz ci­na­yət­kar­ca­sı­na bu cür oy­na­dı­nız… Mərd­cə de­yin, biz Ru­si­ya in­qi­la­bı­nın xa­rak­te­ri­ni an­la­ma­mı­şıq, biz da­ğı­dı­cı im­pe­ria­list mü­ha­ri­bə­nin bü­tün nə­ti­cə­lə­ri­ni nə­zə­rə ala bi­lər de­yi­lik, biz mey­dan­dan çə­ki­li­rik, Azər­bay­can­da qoy So­vet ol­sun! Mən əmi­nəm ki, bu­nun­la siz rus pro­le­ta­ri­at qar­şı­sın­da təq­si­ri­ni­zi yün­gül­ləş­dir­miş olar­sı­nız…”.[7]

Azər­bay­can Cüm­hu­riy­­yə­ti­nin tim­sa­lın­da Azər­bay­can xal­qı bir mil­lə­tin ta­le­yin­də önəm­li rol oy­na­yan ide­ya­la­rı (is­tiq­lal, müs­tə­qil par­la­ment, müs­tə­qil or­du, bay­raq və s.) əl­də et­dik­dən son­ra, onu So­vet Ru­si­ya­sı­nın əli ilə yı­xıb ye­rin­də “müs­tə­qil So­vet Azər­bay­ca­nı” qur­ma­ğın da, bu mə­na­da N.Nə­ri­ma­no­vun So­vet Ru­si­ya­sı­nın baş­çı­la­rı ilə əs­lin­də ta­be­çi­lik an­laş­ma­sı əsa­sın­da, on­la­rın qar­şı­sın­da han­sı­sa şərt­lər­lə çı­xış et­mə­si­nin də heç bir an­la­mı yox idi. Bu­ra­da qa­za­nan yal­nız bir tə­rəf var idi: So­vet Ru­si­ya­sı və onun əlal­tı­la­rı. Fik­ri­miz­cə, bu ba­xım­dan Nə­ri­ma­nov So­vet Ru­si­ya­sın­dan de­yil, So­vet Ru­si­ya­sı Azər­bay­can Cüm­hu­riy­­yə­ti­ni iş­ğa­lı pla­nı çər­çi­və­sin­də “Nə­ri­ma­nov fak­to­ru”ndan mak­si­mum fay­da­lan­mış­dır.

Tür­ki­yə­nin və Azər­bay­ca­nın bə­zi ideo­loq­la­rı (Mus­ta­fa Ka­mal, Xə­lil pa­şa, N.Nə­ri­ma­nov və b.) ilk dövr­lər­də, doğ­ru­dan da So­vet Ru­si­ya­sı­na eti­mad gös­tər­miş, onun so­vet­ləş­mə ide­ya­sı­nın Azər­bay­can­da re­al­laş­ma­sın­da ya ma­raq­lı ol­muş, ya da bu pro­ses­də bir­ba­şa şə­kil­də iş­ti­rak et­miş­lər. An­caq son­ra­lar on­lar So­vet Ru­si­ya­sı­nın “so­vet­ləş­mə” ide­ya­sı adı al­tın­da iş­ğal­çı­lıq si­ya­sə­ti­ni an­la­mış­dı­lar­sa da, ar­tıq çox gec ol­muş­dur. Bu­nu, Tür­ki­yə Cüm­hu­riy­­yə­ti­nin qu­ru­cu­su Ata­türk də, So­vet Azər­bay­ca­nı­nın rəh­bə­ri N.Nə­ri­­man­­ov da eti­raf et­miş­lər. Yə­ni on­lar “so­vet­ləş­mə”dən Azər­bay­ca­nın, mü­əy­­yən mə­na­da da Tür­ki­yə­nin də qa­za­na­ca­ğı­nı ümid et­dik­lə­ri hal­da, So­vet Ru­si­ya­sı­nın iküz­lü və ri­ya­kar si­ya­sə­ti nə­ti­cə­sin­də, N.Nə­ri­ma­­no­vun təb­rin­cə de­sək, Azər­bay­can yal­nız müs­tə­qil­li­yi­ni de­yil, həm də tor­paq­la­rı­nı itir­miş­dir.

So­vet Ru­si­ya­sı im­pe­ri­ya si­ya­sə­ti­ni hə­ya­ta ke­çir­mək üçün azər­bay­can­lı­la­rın ara­sın­da da cid­di ix­ti­laf ya­rat­ma­ğa na­il ol­muş­du. Be­lə ki, N.Nə­ri­ma­nov baş­da ol­maq­la “sağ­lar” və ya­xud mil­lət­çi-tə­ma­yül­çü­lər ad­lan­dır­lan bir qru­pun (Möv­süm Qə­dir­li, Ta­ğı Şah­ba­zi, Ağa­ba­ba Yu­sif­za­də, Əh­məd Əh­mə­dov, Əmən Qa­zı­za­də, Ba­ğı Cə­fər­za­də, Yu­sif Mə­li­kov və b.) fik­rin­cə, bol­şe­vik ide­ya­la­rı Azər­bay­ca­na təl­qin edi­lər­kən yer­li şə­ra­it, mil­li adət-ənə­nə­lər, məi­şət xü­su­siy­yət­lə­ri nə­zə­rə alın­ma­lı, sərt hə­rə­kət­lər edil­mə­mə­li idi. “Sağ­lar” Ru­si­ya təc­rü­bə­si­nin kor-ko­ra­nə Azər­bay­ca­na tət­biq edil­mə­si­nin əley­hi­nə çı­xır, Azər­bay­can türk di­li­nin – döv­lət di­li ki­mi qə­bul et­mə­yi, mil­li kadr­la­rı irə­li çək­mə­yi tə­ləb edir­di­lər. N.Nə­ri­ma­nov və onun həm­fi­kir­lə­ri öz an­lam­la­rın­da par­ti­ya­nın elan olun­muş mil­li si­ya­sət prin­sip­lə­ri­ni təh­rif edən­lə­rə qar­şı çı­xır­dı­lar.

Sar­kis, Lo­mi­na­di­ze, Ye­qo­rov, Mi­ko­yan və on­la­ra qo­şu­lan R.Axun­dov, M.D.Hü­sey­nov, Ə.Qa­ra­yev, H..Cə­bi­yev­dən iba­rət “sol­­lar” ad­lan­dı­rı­lan kom­mu­nist­lər isə Ru­si­ya təc­rü­bə­si­ni Azər­bay­can­da zor­la hə­ya­ta ke­çir­mə­yi, mil­li adət-ənə­nə­lə­rə mə­həl qoy­ma­ma­ğı, mil­li kadr­la­ra inan­ma­ma­ğı, Ba­kı qə­za­la­ra qar­şı qoy­ma­ğı tək­lif edir­di­lər. “Sol­la­rın” ən zə­rər­li tək­lif­lə­rin­dən bi­ri Ba­kı­nı Azər­bay­can­dan ayır­maq idi. Ki­rov, Mir­zo­yan və Se­reb­rovs­ki Ba­kı haq­qın­da de­yir­di­lər ki, Ba­kı türk şə­hə­ri de­yil, bey­nəl­mi­ləl pro­le­tar şə­hə­ri­dir, ona gö­rə də bir­ba­şa Ru­si­ya­nın əra­zi­si­nə qa­tıl­ma­lı­dır. Bu­nun­la da Mər­kə­zin ma­raq­la­rı­na ca­vab ve­rən “sol” qrup Nə­ri­ma­no­vun Azər­bay­can­dan uzaq­laş­dı­rıl­­ma­­sı­na və AK(b)P MK ka­ti­bi Xan­bu­da­qo­vun “mil­lət­çi” ki­mi rəh­bər iş­dən kə­nar­laş­dı­rıl­ma­sı­na na­il ol­du­lar.

Mil­li mə­sə­lə­yə mü­na­si­bə­tin ilk mər­hə­lə­sin­də, xü­su­si­lə 1920-1925-ci il­lər­də So­vet Ru­si­ya­sı­nın Azər­bay­can­da apar­dı­ğı müs­təm­lə­kə­çi­lik ideo­lo­gi­ya­sı­na mil­li kom­mu­nist rəh­bər­lər ara­sın­da, ilk də­fə açıq şə­kil­də eti­raz edən Nə­ri­ma­nov ol­muş­du. Onun mil­li mə­sə­lə üz­rə si­ya­si-ideo­lo­ji ba­xış­la­rı “Uc­qar­lar­da in­qi­la­bı­mı­zın ta­ri­xi­nə da­ir” mək­tu­bun­da ge­niş şə­kil­də şərh olun­muş­du.

Bu mək­tub­la­rın­da N.Nə­ri­ma­nov gec də ol­sa Azər­bay­ca­nın müs­təm­lə­kə­yə çev­ril­diy­ni eti­raf edir­di. An­caq Nə­ri­ma­nov baş­da ol­maq­la mil­li mə­na­fe­yi qo­ru­ma­ğa ça­lı­şan­la­ra im­kan ve­ril­mir, on­la­ra “mil­lət­çi” dam­ğa­sı vu­ru­lur­du. Bol­şe­vik dik­ta­tu­ra­sı küt­lə­lə­ri özü­nə ta­be et­mək üçün ter­ror­dan, xof ya­rat­maq­dan, psi­xo­lo­ji va­hi­mə­dən is­ti­fa­də edir­di. Bu işə rəh­bər­li­yi Föv­qa­lə­də Ko­mis­si­ya hə­ya­ta ke­çi­rir­di. Var­lı­la­rı, keç­miş hö­ku­mə­tə xid­mə­tə et­miş in­san­la­rı məh­kə­mə­siz gül­lə­lə­yir, sür­gü­nə gön­də­rir­di­lər.

Nə­ri­ma­no­vun bu və baş­qa ya­zı­la­rın­da mil­li mə­sə­lə ilə bağ­lı irə­li sür­dü­yü mü­la­hi­zə­lər­dən be­lə nə­ti­cə çı­xar­maq olar ki, o, müs­tə­qil və mil­li Azər­bay­can de­dik­də, nə 27 ap­rel iş­ğa­lı­na qə­dər, nə də iş­ğal­dan son­ra heç vaxt onu So­vet Ru­si­ya­sın­dan ta­ma­mi­lə ay­rı­lıq­da nə­zər­də tut­ma­mış­dı. [8] Yə­ni, o bü­tün hal­lar­da So­vet Azər­bay­ca­nı­nın var­lı­ğı­nın So­vet Ru­si­ya­sı ilə bağ­lı ol­ma­sı­nı qə­bul et­miş­di. Nə­ri­ma­nov açıq şə­kil­də ya­zır­dı: “So­vet Ru­si­ya­sız biz elə sa­bah möv­cud­lu­ğu­mu­za son qo­ya­rıq…”. [9] Sa­də­cə, Nə­ri­­man­­o­va gö­rə So­vet Azər­bay­ca­nı­nın müs­tə­qil və mil­li si­ya­sət yü­rüt­mə­si So­vet Ru­si­ya­sı­nın özü­nə də la­zım imiş. Be­lə ki, So­vet Azər­bay­ca­nı müs­tə­qil və mil­li olar­dı­sa, Şərq xalq­la­rı bun­dan ruh­la­na­raq mil­li azad­lıq hə­rə­kat­la­rı­na qo­şu­lar və Av­ro­pa ka­pi­ta­liz­mi diz çö­kər­miş. [10]

 

 

[1] N.Nərimanov V.İ.Lenin haqqında. Bakı, Azərnəşr, 1957, s.7

[2] Resulzade M.E.Hatıralar ve Kafkasya.İstanbul,2011, s.42

[3] Həsənov H.Ə. Nəriman Nərimanov–milli təmayüllü kommunist.Bakı: Pedaqogika 2004, s.53

[4] Qurbanov Ş. Nəriman Nərimanov dünyası. Bakı, Azərnəşr, 2001, s.14

[5] N.Nərimanov V.İ.Lenin haqqında. Bakı, Azərnəşr, 1957, s.13

[6] Nərimanov N. Məqalələr və nitqlər. II cilddə, I cild, Bakı, Azərnəşr, 1971, s.216

[7] Yenə orada, s.218-219

[8] N.Nərimanov V.İ.Lenin haqqında. Bakı, Azərnəşr, 1957, s.9

[9] Nərimanov N. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004, s.426

[10] Yenə orada, s.438

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle