Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

Nəriman Nərimanovun dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq

 

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

VI Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Nəriman Nə­ri­ma­nov bir müddət qəbul edə bilməmişdir ki, So­vet Ru­si­ya­sı­nın məq­sə­di ilk növ­bə­də, Av­ro­pa im­pe­ria­list­lə­ri­ni de­yil, Türk-İs­lam mə­də­niy­yə­ti­ni məhv et­məkdir. Bu mə­na­da, o, So­vet Ru­si­ya­sı­nın bü­tün mə­na­lar­da ona bağ­lı olan bir şəx­sə de­yil, çox son­ra­lar kom­­mu­nist ol­muş keç­miş men­şe­vik­lə­rə, eser­lə­rə, hət­ta “mü­sa­vat­çı”la­ra gü­vən­mə­si­ni də vax­tın­da an­la­ya bil­mə­miş­dir. Çün­ki Nə­ri­ma­nov öz alə­min­də müs­tə­qil və mil­li So­vet Azər­bay­ca­nı va­si­tə­si­lə di­gər Şərq xalq­la­rı­nı da so­sia­lizm hə­rə­ka­tı­na qoş­maq is­tə­yir­di. An­caq bu ide­ya­sı­nı hə­ya­ta ke­çir­mək üçün Mər­kə­zin ona eti­bar et­mə­di­yi­ni, üs­tə­lik bü­tün sə­la­hiy­yət­lə­ri Or­co­ni­kid­ze­yə, Ki­ro­va, Mir­zo­ya­na və baş­qa qey­ri-türk kom­mu­nist­lə­rə ver­diy­ni gö­rən Nə­ri­ma­nov ya­zır­dı ki, on­lar isə ət­ra­fın­da­kı xə­bis adam­la­rı va­si­tə­si­lə onu mil­li tə­ma­yül­­çü­lük­də it­ti­ham edir­lər: “Mər­kəz baş aça bil­mir­di ki, nə üçün mən, 20 il bun­dan əv­vəl öz ro­ma­nım­da bey­nəl­mi­ləl­çi­li­yi təb­liğ et­di­yim hal­da, o za­man ən çə­tin an­da mü­səl­man­lar ara­sın­da hər cür di­ni in­kar et­di­yim hal­da, in­di mə­nim mil­li tə­ma­yü­lüm ol­ma­lı­dır, dü­nən­ki daş­nak və ya mü­sa­vat­çı isə bey­nəl­mi­ləl­çi ol­ma­lı­dır. Bu­ra­da mə­sə­lə­ni be­lə qoy­maq la­zım­dır: ya hə­qi­qə­tən Mər­kəz bu mə­sə­lə­dən baş aça bil­mir, ya da o, uc­qar res­pub­li­ka­la­rın da­xi­li iş­lə­ri­nə qa­rış­maq məq­sə­di­lə qəs­dən bu “bey­nəl­mi­ləl­çi­lə­ri” irə­li çə­kir, mü­da­fiə edir”.[1]

Nə­ri­ma­nov gec də ol­sa, son­ra­lar an­la­mış­dı ki, hə­min dövr­də So­vet Ru­si­ya­sı­nın Şərq­də so­sia­lizm in­qi­la­bı et­mək ki­mi niy­yə­ti ol­ma­mış­dı. Be­lə bir niy­yə­ti ol­ma­dı­ğı üçün də So­vet Azər­bay­ca­nı­nın mil­li və müs­tə­qil ol­ma­sı so­vet rəh­bər­lə­ri­nə heç cür əl ver­mir­di. Ək­si­nə, So­vet Ru­si­ya­sı­na müs­təm­lə­kə və onun hər cür ar­zu və is­tək­lə­ri­ni qeyd-şərt­siz ye­ri­nə ye­ti­rən “bey­nəl­mi­ləl­çi” rəh­bər­lər la­zım idi. Məhz N.Nə­ri­ma­nov So­vet Ru­si­ya­sı­nın rəh­bər­lə­ri­nin nə­zə­rin­də ide­ya ba­xı­mın­dan de­yil, prak­tik ba­xı­mın­dan “bey­nəl­mi­ləl­çi” he­sab olun­mur­du. Prak­ti­ki “bey­nəl­mi­ləl­çi­lər” o kəs­lər (“sol­lar”) idi­lər ki, on­lar Nə­ri­ma­nov­dan fərq­li ola­raq, Azər­bay­ca­nın sər­və­ti­nin Ru­si­ya tə­rə­fin­dən is­tə­ni­lən şə­kil­də is­ti­mar olun­ma­sı­na, üs­tə­lik onun mil­lə­ti­nə yu­xa­rı­dan aşa­ğı ba­xıl­ma­sı­na, ey­ni za­man­da er­mə­ni­lə­rin, rus­la­rın Azər­bay­can rəh­bər­li­yin­də yük­sək və­zi­fə tut­ma­la­rı­na heç bir eti­raz et­mir­di­lər. Bu ba­xım­dan Nə­ri­ma­no­vun əsas sa­va­şı So­vet Azər­bay­ca­nı­nın müs­tə­qil­li­yi­ni ta­nı­maq is­tə­mə­yən və Azər­bay­can­da özü­nə “sol­lar” adı al­tın­da “bey­nəl­mi­ləl­çi” da­yaq nöq­tə­si ya­ra­dan Mosk­va ilə idi. Nə­ri­ma­no­va gö­rə, So­vet Azər­bay­ca­nı­nı si­ma­sız­laş­­dı­ran­la­ra qar­şı mü­ba­ri­zə apar­dı­ğı üçün rə­qib­lə­ri onu mil­lət­çi­lik­də it­ti­ham et­miş­lər.[2] Nə­ri­ma­nov da məhz bu inam­sız­lı­ğa eti­raz et­miş, han­sı sə­bəb­lər­dən türk­lə­rin de­yil, qey­ri-türk­lə­rin So­vet Azər­bay­­ca­nı­nın rəh­bə­ri və­zi­fə­lə­ri­nə irə­li çə­kil­mə­lə­ri­ni ay­dın­laş­­dır­ma­ğa ça­lış­mış­dır: “Mə­nim zər­rə qə­dər də şüb­həm yox­dur ki, Ser­qo və Sta­li­nin si­ma­sın­da AKP MK biz türk­lə­rə eti­bar et­mir və Azər­bay­ca­nın ta­le­yi­ni er­mə­ni daş­nak­la­rı­na tap­şı­rır”. [3]

N.Nə­ri­ma­nov qeyd edir­di ki, əgər bir il bun­dan əv­vəl Azər­bay­can­da so­vet ha­ki­miy­yə­ti türk küt­lə­lə­ri­nin ümu­mi rəğ­bə­ti ilə mü­da­fiə edi­lir­di­sə, ha­zır­da ha­ki­miy­yət yal­nız sün­gü gü­cü­nə qo­ru­nur. [4] Çün­ki Mər­kəz Azər­bay­ca­na açıq-aş­kar öz müs­təm­lə­kə­si ki­mi ya­na­şır­dı ki,  bu­nun da  nə­ti­cə­si ola­raq, Azər­bay­can türk­lə­ri Ba­kı So­ve­ti­nin qul­luq­çu­la­rı­na rus di­lin­də şi­fa­hi və ya­zı­lı mü­ra­ci­ət edə bi­lir­di­lər. Ey­ni za­man­da rəh­bər və­zi­fə tu­tan iş­çi­lə­rin ək­sə­riy­yə­ti də et­nik mən­şə­cə rus, er­mə­ni, yə­hu­di və gür­cü i­­di­lər. Nə­ri­ma­nov ya­zır: “Mən bil­di­ri­rəm ki, Döv­lət Du­ma­sı olan­da türk əha­li­si be­lə sı­xın­tı­ya mə­ruz qal­mır­dı”. [5]

Azər­bay­can­da so­vet ədə­biy­ya­tı­nı­nın in­ki­şa­fın­da bü­tün mə­də­ni ir­sin ro­lu­nu in­kar edən “pro­lea­tar mə­də­niy­yət”  – “pro­let­kult­çu­­luq”mən­fi rol oy­na­yır­dı. Hət­ta N.Gən­cə­vi­yə, M.Ə.Sa­bi­rə hey­kəl qo­yul­ma­sı “fəh­lə işi­nə” xə­ya­nət ki­mi də­yər­lən­di­ri­lir­di. N.Nə­ri­ma­nov 1922-ci il iyu­nun 15-də “Ba­kins­kiy ra­bo­çiy” qə­ze­tin­də dərc olu­nan bir mə­qa­lə­sin­də “pro­le­tar mə­də­niy­yət”i tə­rəf­dar­la­rı­nı  tən­qid edə­rək ya­zır­dı: “Türk uşaq­la­rı tək­cə Puş­ki­nin de­yil, ha­be­lə Şeks­pir və Şil­le­rin də şe­ir­lə­ri­ni bil­mə­li­dir­lər. An­caq hər hal­da yal­nız on­dan son­ra, o za­man  ki, on­lar hər şey­dən əv­vəl əsl  pro­le­tar, xalq şai­ri Sa­bir, Va­qif, Za­kir, Vi­da­di­nin bü­tün zəhm­li, dö­yüş­kən şe­ir­lə­ri­ni bi­lə­lər”. [6]

Nə­ri­ma­no­vun Le­ni­nə yaz­dı­ğı mək­tu­bu da açıq şə­kil­də gös­tə­rir ki, o, Azər­bay­ca­nın si­ma­sız­laş­dı­rıl­ma­sın­da və müs­tə­qil­­li­yi­nin əlin­dən alın­ma­sın­da əsas gü­nah­kar ki­mi Mər­kə­zi və onun ha­va­dar­lıq et­di­yi  an­ti­türk, an­tia­zər­bay­can qüv­və­lə­ri gör­müş­dü: “Əziz Vla­di­mir İliç Le­nin, mə­gər “Müs­tə­qil Azər­bay­can” si­zin di­li­niz­dən çıx­­ma­­mış­­dır­­mı­­? Axı, məhz bu­na əsas­la­na­raq biz Mü­sa­va­tın qur­du­ğu fit­nə­kar­lı­ğı məhv edə bil­dik. İn­di və­ziy­yət be­lə bir şə­kil alır: hə­mi­şə De­ni­ki­ni mü­da­fiə et­miş Er­mə­nis­tan müs­tə­qil­lik qa­zan­mış və üs­tə­lik də Azər­bay­ca­nın əra­zi­si­ni al­mış­dır. İn­di­yə qə­dər iki­li si­ya­sət apa­ran Gür­cüs­tan müs­tə­qil­lik əl­də et­miş­di. Üç res­pub­li­ka­dan bi­rin­ci ola­raq So­vet Ru­si­ya­sı­nın qoy­nu­na atıl­mış Azər­bay­can isə həm əra­zi­si­ni, həm də müs­tə­qil­li­yi­ni iti­rir”. [7]

Nə­ri­ma­nov oğ­lu Nə­cə­fə mək­tu­bun­da da Azər­bay­ca­nın si­ma­sız­­laş­dı­rıl­ma­sın­da gü­nah­kar ki­mi so­si­al-de­mok­ra­tiz­mi ya da mark­sizm-le­ni­niz­mi de­yil, bu tə­li­min baş­lı­ca müd­dəa­la­rı­na xə­ya­nət edən Mər­kə­zi və onun yer­li əla­lıt­la­rı­nı gör­müş­dür: “Bəl­kə də sən bu sə­tir­lə­ri oxu­yar­kən, bol­şe­vizm heç ol­may­caq. La­kin bu heç də o de­mək de­yil ki, bol­şe­vizm ya­ra­mır; bu o de­mək ola­caq ki, biz onu sax­la­ma­ğı ba­car­ma­dıq, onu ye­tə­rin­cə qiy­mət­lən­dir­mə­dik, işin qul­pun­dan pis ya­pış­dıq”. [8] De­mə­li, Nə­ri­ma­nov öm­rü­nün so­nu­na qə­dər “bol­şe­vizm-le­ni­nizm yo­lu”ndan üz dön­dər­mə­miş, [9] sa­də­cə, o, he­sab et­miş­dir ki, onu hə­ya­ta ke­çi­rən­lər işin qul­pun­dan pis ya­pış­mış­lar.

Hə­sən Hə­sə­no­va gö­rə, Nə­ri­ma­no­vun özü­nə­məx­sus ba­xış­la­rı və fəa­liy­yə­ti sağ­lı­ğın­da ol­du­­ğu ki­mi, ölü­mün­dən son­ra da xü­su­si vur­ğu ilə “mil­lət­çi­lik”, “mil­li tə­­ma­­yül­­çü­­lük”, “nə­ri­ma­nov­çu­luq” ad­lan­dı­rı­la­raq bur­jua-mil­lət­çi­li­yi ki­mi qiy­mət­lən­­di­­­ri­lib pis­lən­miş­dir. Hət­ta, 1920-ci il­lə­rin or­ta­la­rın­dan 1950-ci il­lə­rin or­ta­la­rı­na­dək kom­­mu­nist ideo­loq­la­rı onun adı­nın unut­du­rul­ma­sı­na xü­su­si səy gös­tər­­miş­lər. “De­mə­li, N.Nə­ri­ma­no­vun mil­li tə­ma­yül­lü dün­­ya­gö­rü­şü­nün kök­lə­ri hə­yat və ya­ra­dı­cı­lı­ğı ilə, xal­qı­nın ya­şa­yı­şı­nı və prob­­lem­lə­ri­ni, Azər­bay­ca­na qar­şı ha­zır­la­nan məkr­li plan­la­rı, dün­ya­da və böl­­gə­də ge­dən pro­ses­lə­ri də­rin­dən dərk et­mə­si ilə bağ­lı ol­muş­dur”. [10] Doğ­ru­dan da, vax­ti­lə M.S.Or­dub­di ya­zır­dı ki, Nə­ri­ma­nov “tə­zə bir əqi­də mü­əs­sis” et­­di­yi­ni gös­tə­rir­di: “Nə­ri­man­çı­lıq de­yir­di ki, xalq­la­rın irq və adət­lə­ri müx­tə­lif ol­du­ğu ki­mi, dü­­şün­­cə və zeh­niy­yət­lə­ri də bir-bi­rin­dən ay­rı­dır… Nə­ri­man­çı­lıq ey­ni za­man­da si­nif­lə­rin təs­viy­yə et­mək mə­sə­lə­si­ni kom­mu­nizm ilə bur­jua­zi­ya­nı ba­rış­dır­maq­la həll et­mək is­tə­yir­di. Nə­ri­man­çı­lıq so­sia­lizm və kom­mu­niz­mə sin­fi mü­ba­ri­zə yol­la­rı ilə de­yil, ba­rış­dı­rı­cı­lıq yol­la­rı ilə get­mə­yi töv­si­yə edir­di. Nə­ri­man öz nə­zə­riy­yə­si ilə so­vet üsul-ida­rə­sin­dən ra­zı qal­ma­yan­la­rı da öz tə­rə­fi­nə çə­kir­di”.[11]

Be­lə­lik­lə, Nə­ri­ma­no­vun keç­di­yi si­ya­si-ideo­lo­ji hə­ya­ta ümi­mi bir nə­zər sa­la­raq be­lə qə­naə­tə gəl­mək olar ki, mil­li-de­mok­ra­tizm və so­si­al-de­mok­ra­tiz­mi ara­sın­da se­çim edər­kən, so­nun­cu­ya üs­tün­lük ver­mə­si ta­le­yin­də həl­le­di­ci rol oy­na­mış­dır. Şüb­hə­siz, Nə­ri­man­­o­vun si­ya­si-ideo­lo­ji sa­hə­də bu­rax­dı­ğı əsas səhv so­si­al-de­mok­rat ide­ya­sı­na inan­ma­sın­dan da­ha çox, hə­min ide­ya­nı müs­təm­lə­kə­çi­lik si­ya­sə­ti­nin tər­kib his­sə­si­nə çe­vi­rən rus bol­şe­vik­lə­ri­nə həd­dən ar­tıq eti­bar et­mə­si idi. Bu mə­na­da Nə­ri­ma­nov he­sab et­miş­dir ki, Azər­bay­ca­nın gə­lə­cə­yi mil­li-de­mok­ra­tik yol tu­tan Azər­bay­can Cüm­hu­riy­yə­ti ilə de­yil, So­vet Ru­si­ya­sı və onun bol­şe­vik im­pe­ria­liz­mi ilə bağ­lı­dır. Hət­ta bir dö­nəm Nə­ri­ma­nov bol­şe­vik im­pe­ria­liz­mi­nin yal­nız Azər­bay­ca­nın de­yil, Şər­qin xi­la­sı və Av­ro­pa­nın in­qi­la­bı üçün la­zım ol­du­ğu­na da inan­mış­dır: “Av­ro­pa­da biz is­tə­di­yi­miz in­qi­lab mey­da­na gə­lər­sə, bol­şe­vik im­pe­ria­liz­ma­sı özü-özün­dən yox ola­caq­dır. Bu bir na­zik mət­ləb­dir, bu­nu ba­şa düş­mək gə­rək­dir”. [12] Hal­bu­ki çar Ru­si­ya­sı­nın ye­rin­də tə­şək­kül ta­pan So­vet Ru­si­ya­sı üçün əsas məq­səd Av­ro­pa­da və Şərq­də so­sia­lizm in­qi­la­bı­nın baş ver­mə­si de­yil, müs­təm­lə­kə­çi­lik si­ya­sə­ti­ni da­vam et­dir­mək idi. Bu mə­na­da, Nə­ri­ma­nov müs­tə­qil və mil­li Azər­bay­can ide­ya­sı­nı mü­da­fiə et­mək, Azər­bay­can Cüm­hu­riy­­yə­ti­nə da­yaq dur­maq əvə­zi­nə, ək­si­nə onun ye­ni­dən müs­təm­lə­kə ha­lı­na gət­ril­mə­si üçün rus bol­şe­vik­lə­ri­nə yar­dım et­miş­dir.

Hər hal­da eti­raf olun­ma­lı­dır ki, Nə­ri­ma­nov Rə­sul­za­də, Yu­sif­­bəy­­li və di­gər mü­tə­fək­kir­lər­dən fərq­li ola­raq mark­sist so­si­al-de­mok­ra­tizm­lə rus bol­şe­viz­mi­ni vax­tın­da bir-bi­rin­dən ay­ra bil­mə­miş, ən va­ci­bi rus­la­rın so­si­al-de­mok­ra­tiz­mi müs­təm­lə­kə­çi­­lik­­lə ey­ni­ləş­dir­di­yi­ni çox gec an­la­mış­­dır. Hal­bu­ki, M.Ə.Rə­sul­­za­də, N.Yu­sif­­bəy­li və baş­qa zi­ya­lı­lar so­si­al-de­mo­k­ra­tiz­mə za­man-za­man rəğ­bət gös­tər­mə­lə­ri­nə bax­ma­ya­raq, rus bol­şe­viz­mi­­nin əsil ma­hiy­yə­ti­nin türk­çü­lü­yün (is­tər ümu­mi türk­çü­lük, is­tər­sə də Azər­bay­can türk­çü­lü­yü­nun) mə­na­fe­yi­nə zidd ol­du­ğu­nu vax­tın­da gör­müş və on­dan uzaq dur­muş­lar. An­caq Nə­ri­ma­nov isə on­lar­la mü­qa­yi­sə­də, çox son­ra­lar ba­şa düş­müş­dür ki, is­tə­ni­lən bir ide­ya (so­si­al-de­mok­rat, li­be­ra­lizm, mil­lət­çi­lik) yal­nız mü­əy­yən bir sin­fin (mə­sə­lən, proe­ta­ria­tın) de­yil, ümu­mi­lik­də mil­­lət­­in xey­ri­nə iş­lə­mə­li və onun ma­raq­­la­rı­na uy­ğun ol­ma­lı­dır. Bu isə, mil­lə­tin sin­fi ma­raq­la­rın­dan ça­ha çox onun kim­li­yi, di­li, mə­­də­­niy­­yə­ti, əra­zi bü­töv­lü­yü və müs­tə­qil­li­yi ilə bağ­lı­dır. Bun­lar var ol­ma­yan yer­də isə, hər han­sı mil­lə­tin so­si­al-de­mok­ra­tizm, ya­xud da baş­qa bir ide­ya­ya ta­pın­ma­sı­nın heç bir əhə­miy­yə­ti qal­mır.

De­mə­li, N.Nə­ri­­ma­nov, Ə.Xan­bu­da­qov, M.Xan­bu­da­qov və baş­qa­la­rı mil­li mə­sə­lə­­nin ilk mər­hə­lə­sin­də (1920-1936) bi­rin­ci növ­bə­də, So­vet Azər­bay­ca­nı­nın ya­ran­ma­sın­da So­vet Ru­si­ya­sı­nın müs­təs­na “əmə­yi”ni eti­raf et­mək­lə ya­na­şı, mü­əy­yən mə­na­da onu müs­tə­qil və mil­li döv­lət ki­mi qo­ru­ma­ğa ça­lış­mış­lar. On­lar ümid et­miş­lər ki, Azər­bay­can Cüm­hu­riy­yə­ti mü­əy­yən ob­yek­tiv sə­bəb­lər­dən kə­nar tə­sir­lər (Tür­ki­yə, İn­gil­tə­rə və b.) al­tın­da ol­ma­sı­na bax­ma­ya­raq, müs­tə­qil si­ya­sət yü­rüt­müş­dür­sə, Azər­bay­can da so­sia­lizm qu­ru­lu­şu­na gö­rə So­vet Ru­si­ya­sı­na borc­lu ol­maq­la ya­na­şı, sər­bəst hə­rə­kət et­mə­li­dir. Ən azı rəh­bər­li­yi­nin tər­ki­bi­ni, da­xi­li və xa­ri­ci si­ya­sə­ti­ni, mə­də­ni in­ki­şa­fı­nı Azər­bay­can türk­lə­ri öz­lə­ri mü­əy­yən­ləş­dir­mə­li­dir.

An­caq So­vet Ru­si­ya­sı və onun Azər­bay­can­da­kı yer­li əlal­tı­la­rı, Nə­ri­ma­nov və baş­qa bir ne­çə mil­li tə­ma­yül­çü­nün (Ə.Xan­bu­da­qov, M.Xan­bu­da­qov və b.) səy­lə­ri­nə bax­ma­ya­raq, “Azər­bay­can” sö­zü is­tis­na ol­maq­la Azər­bay­can mil­li ide­ya­sı­na aid olan di­gər prin­sip­lə­rin ha­mı­sı­nı za­man-za­man “so­vet bey­nəl­mi­ləl­çi­liy”i pər­də­si al­tın­da məhv et­di. İlk ola­raq Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni Za­qaf­qa­zi­ya fe­de­ra­si­ya­sı və SSRİ adı al­tın­da ka­ğız üzə­rin­də sax­la­yan So­vet Ru­si­ya­sı da­ha son­ra, onu bir türk hö­ku­mə­ti ikən, “bey­nəl­mi­ləl­ləş­dir”di, hət­ta kos­mo­po­lit­ləş­dir­di. Bu­nun­la ki­fa­yət­lən­mə­yən Mər­kəz Azər­bay­can türk­lə­ri­nin türk mil­li kim­li­yi, türk di­li, türk mə­də­niy­yə­ti üzə­rin­dən çar­paz bir qa­ra xətt çə­kə­rək, üs­tə­lik is­la­ma və is­lam mə­də­niy­yə­ti­nə əsas­lan­ma­ğı da ya­saq et­di. Be­lə­lik­lə, So­vet Ru­si­ya­sı Azər­bay­ca­nı iş­ğa­lı­nın təx­mi­nən 20 il­lik bir döv­rü ər­zin­də Azər­bay­can mil­li ide­ya­sı ilə bağ­lı prin­sip­lə­ri əsa­sən ta­ri­xə qo­vuş­du­ra­raq, hə­min prin­sip­lər ara­sın­da to­xun­ma­dı­ğı ye­ga­nə prin­sip üzə­rin­də ye­ni ide­ya irə­li sür­dü: Azər­bay­can so­vet bey­nəl­mi­ləl­çi­li­yi ide­ya­sı.

Be­lə­lik­lə, So­vet­lər Bir­li­yi döv­rün­də cə­miy­yə­tin si­ya­si qu­ru­lu­şu, yə­ni so­si­al-de­mok­ra­tizm ilə Azər­bay­can türk­çü­lü­yü ara­sın­da nə­in­ki uz­­laş­ma ya­ra­dıl­dı (Nə­ri­ma­no­vun və bir ne­çə mil­li tə­ma­yül­çü­nün səy­lə­ri­ni çıx­maq şər­ti­lə), tam ək­si­nə, mil­li­lik bey­nəl­mi­ləl­çi­li­yə, müs­tə­qil­­lik müs­­təm­lə­kə­çi­li­yə ta­be et­di­ril­di. Bu­nun­la da, Azər­bay­can mil­li ide­ya­sı mü­vəq­­qə­ti də ol­sa, öz ye­ri­ni So­vet-Rus “bey­nəl­mi­ləl­çi­li­yi” ide­ya­­sı­na tərk et­di.

 

 

[1] Yenə orada, s.438

[2] Yenə orada, s.441

[3] Yenə orada, s.465

[4] Yenə orada, s.452

[5] Yenə orada, s.453

[6] Н.Нариманов. Ответ некоторым товарищам. “Бакинский рабочий”,  15 ийун, 1922 год.

[7] Nərimanov N. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004, s.466

[8] Yenə orada, s.469

[9] N.Nərimanov V.İ.Lenin haqqında. Bakı, Azərnəşr, 1957, s.35

[10] Həsənov H. Nəriman Nərimanov: Milli ruh və siyasi təfəkkürün vəhdəti. Fəlsəfə və sosial-siyasi elmlər. Sayı 2.  Bakı, 2010, s.25

[11] Ordubadi M.S. Nərimançılıq // “Azərbaycan” qəzeti, 1990, 13 aprel.

[12] Azərbaycan-Türkiyə münasibətləri (1920-1922). Sənədlər və materiallar. Bakı, «Orxan», 2003, s.94

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle