Arustamyan 7 ildir “qara siyahı”dadır – FOTO

Arustamyan 7 ildir “qara siyahı”dadır – FOTO

Erməni əsilli Rusiya vətəndaşı, idman şərhçisi Nobel Arustamyan Azərbaycanın Xarici İşlər Nazirliyinin “qara siyahı”sındadır.
Turkustan.info-nun məlumatına görə, Nobel Eduardoviç Arustamyan 2014-cü ildə işğal dövründə Qarabağa qanunsuz səfər edib. O, bu səbəbdən Azərbaycan XİN-in “qara siyahısına” düşüb. Arustamyan həmin vaxt “NTV+” kanalının şərhçisi olub.

Qeyd edək ki, erməni əsilli jurnalist və idman şərhçisi Nobel Arustamyan Azərbaycanda keçiriləcək “AVRO-2020” matçlarına akkreditasiya almayıb. O, futbol oyununu şərh etmək üçün Bakıya gələ bilməyəcək. Arustamyanla bağlı məsələ son günlər geniş müzakirələrə yol açıb.

Xatırladaq ki, Nobel Arustamyan ötən illər ərzində işğal altında olmuş Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq qurumlarından icazə almayıb. O,aşkar şəkildə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib. (azvision.az)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle