FHN çimərlikdəki qadağaları açıqladı – VİDEO

FHN çimərlikdəki qadağaları açıqladı – VİDEO

Çimərlik mövsümünün başlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

FHN-dən verilən məlumata görə, çimərlikdə xoş zaman keçirmək üçün nazirlik bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirib.

Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:

– çimərlikdə ailə üzvləri istisna olmaqla insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!

– qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə isə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!

– özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!

Həmçinin qadağandır:

– nəzərdə tutulmamış ərazilərdə çimmək!
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
– küləkli havada dənizə girmək!
– çimərlikdə gecələmək!
– sərxoş halda çimərlikdə olmaq!
– suda kobud hərəkətlər etmək!
– çimərlikdə balıq tutmaq!
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

– Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

– Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle