“Lavrov Qarabağın statusu məsələsini aydın şəkildə izah etdi” – Rusiyalı politoloq

“Lavrov Qarabağın statusu məsələsini aydın şəkildə izah etdi” – Rusiyalı politoloq

“Rusiya Xarici İşlər naziri Sergey Lavrov aydın şəkildə izah etdi ki, Qarabağın statusu məsələsi hazırda gündəmdə deyil”.

Turkustan.info xəbər verir ki, bunu rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistləri Birliyinin üzvü Yevgeni Mixaylov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bəyanatını şərh edərkən bildirib.

“Rusiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” fikrini eşidib və hesab edirəm ki, əgər gələcəkdə hər hansı statusdan söhbət getsə, bu, yalnız Azərbaycanın tərkibində ola bilər”, – deyə ekspert qeyd edib.

Y.Mixaylovun fikrincə, status məsələsi artıq öz həllini tapıb.

“Hazırda Rusiyanın xarici işlər naziri Sergey Lavrov birbaşa iddialarla vəziyyəti gərginləşdirmir. O, diplomat olaraq erməni tərəfinə aydın şəkildə başa salır ki, Qarabağın statusu məsələsi siyasi məsələ kimi faktiki olaraq həll olunub və ona yalnız Azərbaycanın şərtləri kontekstində baxıla bilər”, – politoloq əlavə edib.    /report/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle