TƏBİB-dən vaksinasiya ilə bağlı vacib AÇIQLAMA

TƏBİB-dən vaksinasiya ilə bağlı vacib AÇIQLAMA

Vaksinasiya zamanı eyni qrup peyvəndin istifadəsi daha məqsədəuyğundur.

Turkustan.info xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev eyni şəxsin vaksinasiya olunaraq fərqli şirkətlərin istehsal etdiyi peyvəndlərdən istifadə edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, fərqli ölkələrin peyvəndini vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar:

“Həmin halı şərtləndirən bəzi zəruri məqamlar ola bilər. İlk peyvənd dozası bir, ikinci doza fərqli qrupdan istifadə oluna bilər, lakin onların arasındakı məsafə azı 28 gün olmalıdır, yəni aradan minimum 28 gün keçməlidir ki, ikinci fərqli qrupdan istifadə olunsun. Bu, o zaman tətbiq edilə bilər ki, ilkin vurulan peyvənd dozasının ya vaxtı keçir və yaxud əvvəl edilən peyvənd əlçatan olmasın.

Fərqli qrup peyvəndlər fərqli mexanizmlərdə anticisimlər yaradır.Bu baxımdan müxtəlif qrup peyvənddən istifadə olunması tövsiyə edilmir”.

O qeyd edib ki, hazırda ölkəmizə gətirilən bütün peyvəndlər iki dozada vurulur:

“İkinci doza peyvəndin tətbiq edilməsi mütləqdir. Qoruyuculuq yaranmasını istəyiriksə, mütləq eyni qrup peyvənd ikinci dozada da tətbiq olunmalıdır. Yalnız “Johnson&Johnson” peyvəndi bir dozada istifadə olunur və həmin peyvənd bizim ölkədə yoxdur. Lakin onun qoruyuculuğu digər peyvəndlərdən daha aşağıdır. Ona görə də mütləq iki dozada vurulmalıdır ki, anticisimlərin yaranmasına səbəb olsun. Buna əməl edilmədikdə qoruyuculuq aşağı olur və bu da gələcək fəsadlardan qorumur”.

Həkim-infeksionist onu da əlavə edib ki, hazırda ölkəmizdə peyvəndləmə prosesi sürətlə gedir və COVID-19 pasportu alanlara imtiyazların verilməsi əhalinin vaksinasiyaya marağını daha da artırıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle