Ter-Petrosyan: “Ermənistanla Azərbaycan arasında sovet sərhədləri tanınmalıdır”

Ter-Petrosyan: “Ermənistanla Azərbaycan arasında sovet sərhədləri tanınmalıdır”

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır.

Turkustan.info-nun məlumatına görə, hazırda “Erməni Milli Konqresi” Partiyasına rəhbərlik edən eks-prezident bu gün keçirdiyi mətbuat konfransında bunun alternativinin olmadığını bildirib.

“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz. Ermənistanla Azərbaycan arasında sərhəd – sovet sərhədidir”, – deyə o qeyd edib.

Ter-Petrosyan əlavə edib ki, dəqiq müqavilə imzalanmaya qədər sərhəddə insidentlər davam edəcək.    /APA/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle