Deputat: “Müharibə veteranlarının müavinəti 130 manata qaldırılsın”

Deputat: “Müharibə veteranlarının müavinəti 130 manata qaldırılsın”

Siyavuş Novruzov: “Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının qarşılanmasına nail ola bilərik”

Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov müharibə veteranlarına verilən müavinətin qaldırılmasını təklif edib.

Turkustan.info-nun xəbərinə görə, millət vəkili qeyd edib ki, bu kateqoriya aid əlillərin sayı 21 minə qədərdir: “İkinci Qarabağ müharibəsi ilə bağlı statistika hələ hazır deyil. Əlillər arasında fərq qoyulmasına qarşıyam. Amma bu cür həssas təbəqəni incitmək, onların yenidən yoxlamadan keçirilməsi bu insanlara təsir edir. Çernobılda 8000 nəfər iştirak edib, onlardan 5000-ə yaxın əlil olan var. Birinci Qarabağ müharibəsində 80 min nəfər iştirak edib, 15 min əlil var. Əlillərin sayına görə ölkələr arasında müqayisə aparılması da doğru deyil. Bəzi ölkələrdə heç müharibə olmayıb, müharibədə iştirak edənləri yoxdur. Azərbaycanda isə əlillərin bir qismi müharibə əlilləridir”.

“Müharibə veteranlarının kommunal xərcləri üçün ayrılan vəsaitin artırılması da vacibdir. Hazırda müharibə veteranlarına kommunal xərclərin ödənilməsi ilə bağlı 80 manat müavinət verilir. Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal xərclər 130 manata çatdırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının qarşılanmasına nail ola bilərik”, – deyə S.Novruzov əlavə edib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle