Ermənistan təxribatdan əl çəkmir: Məqsəd nədir?

Ermənistan təxribatdan əl çəkmir: Məqsəd nədir?

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrimizə atəş açılıb. Lakin bu ilk deyil, Ermənistan tərəfi 10 noyabr bəyanatından sonra müxtəlif buna oxşar təxribat xarakterli əməllər törədib. Belə ki, ermənilərdən ibarət diversiya qrupu Şuşa, Laçın, Gədəbəy, Naxçıvan və dəfələrlə Kəlbəcərdə təxribata əl atıblar.

Bəs bu cür təxribatların qarşısını necə almaq olar? Ermənistan nə istəyir?
Mövzu ilə bağlı Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu qrupların məqsədləri müxtəlifdir:
“Onların nə məqsədlə gəldiyini bilmək üçün sorğu-sual etmək, eyni sualları müxtəlif istiqamətlərdən verməklə fikirlərini almaq mümkündür. Onlar hansısa təxribat üçün ərazilərimizə girirsə, heç bir halda Azərbaycan onu qarşı tərəfə təhvil vermir. Noyabr ayından bu yana Azərbaycanda saxlanılan erməni terrorçularından xeylisi məhkəmə prosesinə cəlb edilib, dindirilib. Onların Ermənistana qaytarılması üçün bütün dünya bizə təzyiq edirdi. Kim qaytarılmalıdır, kim qalmalıdır, dövlət özü daha düzgün qərar verir. Köklənməli olduğumuz məsələ 3 tərəfli birgə bəyənatın şərtlərinə əməl edilməsi, mina xəritələrinin verilməsi, erməni terrorçularının sülhməramlıların nəzarətində olan ərazidən çıxarılmasıdır”.
Ekspert Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Laçına daxil olması, dəstə üzvlərindən birinin saxlanılması və daha sonra geri qaytarılmasına da münasibət bildirib:
“Onun kəşfiyyat diversiya qrupunun üzvü olduğuna dair şübhələr mövcud idi. Adətən ilkin məlumatlar dəqiqləşdirmələr nəticəsində dəyişə bilir. Erməni əsgərinin özünü şübhəli aparması, suallara qeyri-dəqiq və ikimənalı cavablar verməsi onun diversiya üzvü olmasını deməyə əsas verirdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, ərazimizə, ölkəmizə qarşı heç bir cinayət tərkibli işdə iştirak etmədiyi üçün geri qaytarılıb.
Düşünürəm ki, digər əsirlər, terrorçular da bəlli bir cəzanı alıb, nə zamansa geri qaytarılacaq. Bunun üzərində çox köklənməməliyik. Əgər Azərbaycanda ölüm hökmü yoxdursa, ermənini burda saxlayıb, yedizdirib-içizdirib, kökəldib geri qaytarmağın nə mənası var? Bu məsələlər aidiyyəti qurumlar tərəfindən araşdırılır, “fitrasiya” deyilən proseslər varki, onlardan keçirilir. Daha sonra aydın olur ki, o hansı məzhəbə qulluq edirdi və nə məqsədlə Azərbaycan ərazisinə gəlmişdi”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle